Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4110/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X5 19.05.1947-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bir neçə ildir ki, böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkirdi, mütəmadi olaraq dializə gedirdi. Bundan başqa öd kisəsinin xərçəngi xəstəliyindən də əziyyət çəkirdi. 15.02.2021-ci il tarixdə evdə olarkən qəflətən atasının halı pisləşdi, onlar dərhal təcili yardıma zəng vurdular, həkimlər atasını müayinə edib, onun vəfat etdiyini bildirdilər. Hazırda mərhum atası Bakı şəhəri Birgəh kənd qəbristanlığından dəfn olunmuşdur. Pandemiya səbəbindən X1 ölüm qeydini vaxtında apara bilməmişlər. Hazırda mərhum atasının ölüm haqqında şəhadətnaməsinin olmaması vərəsəlik məsələlərində ərizəçiyə bəzi çətinliklər yaradır. X1 15.02.2021-ci ildə vəfat etməsi Təcili və X4 Stansiyası tərəfindən verilmiş 15.02.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsində qeyd edilmişdir. Mərhum X1 ölüm akt qeydinin olmaması Bakı şəhəri, Maraqlı şəxs tərəfindən verilmiş 27.04.2021-ci il tarixli arayışla təsdiq olunur. Göstərilənlərə əsasən, mərhum X1 15.02.2021-ci ildə ünvan 1 ünvanda 14 dekabr 2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək göstərdi ki, o, ərizəçini və atasını qiyabi olaraq tanıyır. X3 dəfnində o, da iştirak etmişdir. Mərhum 15.02.2021-ci ildə rəhmətə getmişdir, rəhmətə getməsi xəbərini də ərizəçi özü ona demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X5 19.05.1947-ci ildə Bakı şəhərində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 25.02.1997-cı il tarixli, XX-JQ № 309062 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Ərizəçi xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X8 göstərilmişdir. İş materiallarında olan «EGE Hospital» tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından 00099/2021 nömrəli çıxarışın surətindən görünür ki, X5 13.01.2021-ci il tarixdə klinikaya daxil olmuş, tam diaqnoz «Pankreas adenokarsinoması», 14.02.2021-ci il tarixdə çıxmışdır, çıxarılma zamanı vəziyyəti ağır olmuşdur. Mülki işdə olan 15.02.2021-ci il tarixdə Təcili və X4 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsində göstərilmişdir ki, X5 15.02.2021-ci il tarixdə, saat 04:35-də onun yanına gəldikdə artıq vəfat etmiş və onun meyiti aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi etibarnaməsinə əsasən nümayəndəsi nümayəndəsi Şahid ünvanlanmış 27.04.2021-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İşdə olan Bakı şəhəri Sabunçu rayonu Birgəh Bələdiyyəsinin 02.07.2021-ci il tarixli, 229 saylı arayışına əsasən Ərizəçi atası mərhum X2 qəbirstanlığında 15.02.2021-ci il tarixdə dəfn edilmişdir. Qəbir üstü abidəsi var, üzərində «X5 (1947-2021)» sözlər yazılıb. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, baş daşı üzərində «X5 (1947-2021)» yazılar qeyd edilmişdir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X5 15 fevral 2021-ci il tarixdə vəfat etmiş və Bilgəh qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi X1 15 fevral 2021-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 19 may 1947-ci il təvəllüdlü X3 15 fevral 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4110/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4110/2021
02.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver