Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4119/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1972-ci il təvəllüdlü X1 Bakı şəhərində xx xxxx 2020-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, xx.xx.1972-ci il təvəllüdlü həyat yoldaşı X4 xx.xx.2020-ci il tarixində ev şəraitində infakt nəticəsində vəfat etmişdir. Təcili və X3 çağırsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir və 19 saylı KYS təcili yardım briqadası tərəfindən ölüm haqqınd xəbərdarlıq vəsiqəsi verilmişdir. Əlavə olaraq qeyd edir ki, mərhum həyat yoldaşını xx.xx.2020-ci il tarixndə “Bakıxanov qəbiristanlığında” dəfn etmişlər. Bundan başqa qeyd etmək istəyir ki, o, yaşayış yeri üzrə polinlinikada tibbi qeydiyyatda olmamışdır. Ona görə də yaşadıqları ərazi üzrə 33 nömrəli şəhər poliklinikası tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs təqdim etdiyi xx.xx.2020ci il tarixli imtina məktubunda qeyd olunur ki, ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyi üçün ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, X4 onun bibisi oğludur. xx.xx.2020-ci il tarixində ev şəraitində infakt nəticəsində vəfat etmişdir. Bibisi oğlu rəhmətə gedəndə onun yanında olmuşdu. Bakıxanov qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, X4 onun qardaşıdır. xx.xx.2020-ci il tarixində ev şəraitində infakt nəticəsində vəfat etmişdir. Qardaşı rəhmətə gedəndə onun yanında olmuşdu. Bakıxanov qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasəntəmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən məlum olur ki, xx.xx.2020-ci il tarixində saat 10:20 radələrində X1 adına çağırış daxil olmuşdur. Çağırışa gələn həkimlər “kişi cinsinə məxsus meyit” aşkar etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx xxxx 2020-ci il tarixli,05/Q-944/75 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzərinizə çatdırırıq ki, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 33 nömrəli şəhər poliknikası 1-ci terapiya şöbəsinin arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə TTTYS (sahə həkimi tərəfindən) verilmiş məlumata əsasən Lomonosov 10da ünvanda yaşayan 1972 təvəllüdlü X7 vəfat etmişdir. Vəfat etmiş şəxsin 33 № İİ ŞP-da tibbi qeydiyyatda olmadığına, ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Bakı şəhər Baş Səhiyyə İdarəsinin 58 №li əmrinə müvafiq olaraq poliknika tərəfindən 106 №li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan və şahid ifadələrindən məlum olur ki, xx.xx.1972-ci il təvəllüdlü X1 Bakı şəhərində xx xxxx 2020-ci il tarixində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1972-ci il təvəllüdlü X1 Bakı şəhərində xx xxxx 2020-ci il tarixində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X1 Bakı şəhərində xx xxxx 2020-ci il tarixində vəfat etməsi faktı müəyyən edilsin. X1 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4119/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4119/2020
27.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver