Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4120/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il tarixdə doğulan X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir (ərizəçi tərəfindən tələbə texniki düzəliş edilmişdir).
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi övladı - X6 xx.xx.1980-ci il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. Ürək-damar çatışmazlığından əziyyət çəkdiyindən X2 xx.xx.2025-ci il tarixdə saat 08 radələrində qəflətən səhhəti pisləşmiş və ünvan 1 ünvanında vəfat etmişdir. Bu barədə X15 zəng edilərək məlumat verilmiş, təxminən 20-25 dəqiqə sonra X13 əməkdaşları qeyd edilən ünvana gəlmiş, X2 yoxladıqda nəbzinin vurmadığını hiss edib dərhal ilkin tibbi yardım göstərmiş, lakin X2 həyatını xilas etmək mümkün olmamış və X13 əməkdaşları ərizəçiyə oğlunun artıq ürək çatışmazlığından vəfat etdiyini bildirmişlər. Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Rafiq Şıxəliyevin icraatında olan 299-C-25 nömrəli qərara əsasən aparılmış araşdırma zamanı X2 ölümünə səbəb “ürək çatışmazlığı” qeyd edilmişdir. X1 rayonu inzibati ərazisi olan Müşfiqabad qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi övladı X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə onda əsaslı sənədlər olmadığından həmin şəhadətnamənin verilməsindən imtina edilmişdir. X2 ölüm haqqında şəhadətnaməsinin olmaması bir çox sənədləşmə işlərində problemlər yaradır və həmin şəhadətnamə bir çox sənədləşmə işlərinin həyata keçirilməsi ilə əlaqədar zəruridir. Görünür ki, Nəsimi rayon Qeydiyyat şöbəsinin Bakı şəhəri Nərimanov rayon prokurorluğunun qərarı olan sənədləri əsas götürməməsi və ölüm haqqında şəhadətnaməni verməkdən imtina etməsi ərizəçinin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. X2 ölüm faktını şahidlər, qəbir üstünün fotoşəkli də təsdiq edə bilər.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, həmin şöbə tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi onun dayısıdır, mərhum X6 isə onun dayısı oğlu olub. Daxil Vəliyev ürək xəstəlikdən əziyyət çəkdiyinə görə xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Müşfiqabad qəbiristanlığında dəfn edilmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi onun dayısıdır, mərhum X6 isə onun dayısı oğlu olub. Daxil Vəliyevin ürəyində problemlər var idi. Daxil Vəliyevin xx.xx.2025-ci il tarixdə vəfat etməsini ona anası bildirmişdi.
7. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla birlikdə nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. Doğum haqqında İİİ-СЛ seriyalı 312971 nömrəli şəhadətnamədən görünür ki, atası Ərizəçi, anası X10 olan X6 xx.xx.1980-ci il tarixdə Ermənistan SSR, Vardenis rayonunda anadan olmuşdur.
9. AZE seriyalı 15975039 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X2 doğulduğu yer və tarix: Ermənistan, Vardenis, xx.xx.1980-ci il qeyd olunmuşdur.
10. Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Rafiq Şıxəliyevin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından və Ərizəçi ünvanladığı məktubundan görünür ki, X2 ölməsi faktı ilə əlaqədar rayon prokurorluğunda toplanmış material üzrə aparılmış araşdırma zamanı sonuncunun ölümündə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
11. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 5 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 nömrəli şəhər poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə olmadığından onun ölümünün səbəbini bilmədiklərinə görə “Forma № 106” almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir.
12. Qaradağ rayon Müşfiqabad bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Qaradağ rayonu inzibati ərazisi olan Müşfiqabad qəbiristanlığında dəfn edilmişdir.
13. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında” tibbi şəhadətnamə olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
14. “Respublika Təcili və X5 Mərkəzi” PHŞ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan və ona əlavə edilmiş xx.xx.2025-ci il tarixli “təcili yardımın qeydiyyat vərəqi”ndən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 07:44-də “Respublika Təcili və X5 Mərkəzi” PHŞ-nin Mərkəzi Çağrı Xidmətinə “103” ünvan 2 ünvanından Daxil adlı şəxsin (45 yaş) adına “halı pis” səbəbi ilə daxil olmuş çağırışı ünvan 3 ünvanda X3 (45 yaş) məxsus meyit ilə rastlaşmış “Həkimə qədər ölüm. Kişim cinsli meyit” diaqnozu qoymuşdur. Meyit Nərimanov rayon prokurorluğunun əməkdaşı Rafiq Şixəliyevə təhvil vermiş və hadisə barədə 16-cı Polis Bölməsinin leytenantı Qəribov məlumatlandırılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.1980-ci ildə Ermənistanın Vardenis rayonunda anadan olmuş X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Müşfiqabad qəbiristanlığında dəfn olunmuşdur.
16. X2 ölümü haqqında tibbi şəhadətnaməni almaq üçün 5 nömrəli Şəhər Poliklinikasına müraciət edilsə də, müraciəti olmadığından, müayinə və müalicə olunmadığından ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsi isə şəxsin “ölüm haqqında tibbi şəhadətnamə”si olmadığına görə onun ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsinin mümkün olduğu barədə məlumat vermişdir.
17. Ərizəçi övladı X2 ölüm haqqında şəhadətnaməsini məhkəmədən kənar qaydada almağa çalışsa da buna nail ola bilməmişdir. Ərizəçinin müvafiq şəhadətnaməni almaqda məqsədi oğlunun universitetdə olan qalıq maaşının və sosial müavinətin əldə edilməsi üçün övladının ölümünü təsdiq edən sənədi müvafiq quruma təqdim etməkdir. Odur ki, X11 ölümü haqqında şəhadətnamənin alınması zəruridir. Buna görə də məhkəməyə xüsusi icraat qaydasında müraciət edilmişdir.
c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 8.5-ci bənd. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 104.1-ci maddə. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1 və 305.1.1-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddə. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddə. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
20. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1980-ci ildə Ermənistanın Vardenis rayonunda anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunduğuna, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydasının nəzərdə tutulmadığına və ərizəçinin qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyinə görə hazırki ərizə təmin edilməlidir.
Nəticə:
21. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1980-ci ildə Ermənistanın Vardenis rayonunda anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova