Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4123/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası xx.xx.1952-ci il təvəllüdlü X5 ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov 54, mənzil 2-də qeydiyyatda olan atası xx.xx.1952-ci il təvəllüdlü X12 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, Moskva prospekti, 75A, mənzil 43-də rəhmətə getmişdir. Bildirir ki, atası X2 M.A.Topçubaşov adına X1 xəstəliyindən müalicə alırdı.Belə ki, atasının vəziyyəti xx.xx.2024-cü il tarixdə qəfildən pisləşmiş və onlar tez təcili yardım çağırmışlar. Təcili yardım çatanda artıq atası ölmüşdür. Atası rəhmətə getdikdən sonra onlar onu Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi qəbiristanlığında dəfn etmişlər.Lakin hələ qəbirüstü abidəsi hazır deyildir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmişdir.Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Görünür ki, Qeydiyyat Şöbəsinin təcili yardımın sənədini əsas götürməməsi və imtina etməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.Atasının ölüm faktını şahidlər, qəbir üstünün fotoşəkli də təsdiq edə bilər. Tərəflərin iştirakı və izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə keçiriləcək məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, Ərizəçila qohumdular, mərhum Tofik Səlimovun da qohumları kimi xəstə olduğunu bilmişdir. Mərhum bu ilin iyulun 17-si tarixində uzun çəkən xəstəlikdən sonra vəfat etmişdir. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində göstərmişdir ki, Ərizəçila qohumdular, mərhum Tofik Səlimovun da qohumları kimi xəstə olduğunu bilmişdir. Tofik Səlimov vəfatından bir neçə ay əvvəl əməliyyat olunmuşdur. Əməliyyatdan sonra bir müddət düzəlsə də, sonradan yenə vəziyyəti pisləşmişdir. Bir neçə ay xəstə yatdıqdan sonra vəfat etmişdir. İş materialları: Bakı-Nəsimi RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı № 02714905 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/7-1512//24 nömrəli məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Azərbaycan Respublikası «Bakı şəhər Baş Səhiyyə Mərkəzi» X18 3 nömrəli Şəhər Poliklinikasının 18-1-1-1/2-S-705-xx-xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, atası xx.xx.1952-ci il təvəllüdlü X5 ölümü qəfləti və səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05№li Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən tərəflərindən mərhumun adına ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika Neyrocərrahiyyə Xəstəxanası X18 xəstənin stasionar tibbi kartından 1239 nömrəli çıxarışdan (daxil olma: xx.xx.2024-evə yazılma: xx.xx.2024) görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X7 “YSS və falksın ön 1/3-nin ikitərəfli meningioması.Cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Bakı şəhər Təcili və X4 Stansiyası PHŞ statistika şöbəsində qeydiyyata alınmış ölüm haqqında xəbərdarlıq vərəqəsindən aydın olur ki, təcili yardım briqadası xx.xx.2024-cü il tarixdə 21:49 radələrində ünvan 3 ünvanında X12-kişi cinsli meyit aşkar etmişlər. Bakı şəhəri Təcili və X4 stansiyası PHŞ xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli sahə həkimi xəbərdarlıq vərəqəsindən görünür ki, X8 çağırış olmuşdur. Bakı şəhəri Oktyabr rayon VVADQ Şöbəsinin verdiyi A3 №1671886 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Sahil qəsəbəsi, “Cümə məscidi” Dina icmanın sədri tərəfindən təsdiq edilmiş arayışda göstərilmişdir ki, Ərizəçi həqiqətən 18 iyul 2024-cü il tarixdə atası X5 vəfat etməsi ilə əlaqədar Sahil qəsəbə məscidinə müraciət etmişdir.Mərhum Sahil qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Bakı şəhəri Nəsimi rayon VVADQ Şöbəsinin xx.xx.1984-cü il tarixdə verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi məhkəmə iclasındakı izahatından, dindirilmiş şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X13 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Sahil qəsəbə qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1952-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Odur ki, ərizə təmin edilməli və Ərizəçi atası xx.xx.1952-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4123/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4123/2024
10.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver