Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4149/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçinın «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxs2 və Bakı 1 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsini maraqlı şəxslər qismində qeyd etməklə, «ölüm faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X7 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1961-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Mərhum atası X11 (Ş/v: AZE 14239325; FİN: 1SV5FDG) 07 iyul 2024-cü il tarixdə təxminən səhər saat 08:30 radələrində qəfil ürək tutmasından vəfat etmişdir. Atasının vəfat etməsindən xəbər tutduqdan sonra təcili və X4 stansiyasında müraciət etmişlər. Bakı Şəhər Təcili və X4 Briqadasının 8 saylı bölməsinin 07 iyul 2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi mərhum atasının ölüm faktını təsdiq edir. “Bakı Baş Səhiyyə Mərkəzi” X15in tabeliyində fəaliyyət göstərən 3 nömrəli Şəhər Poliklinikasının 11 iyul 2024-cü ii tarixli məktubunda qeyd edilir ki, mərhum atasının ölümü qəfləti və səbəbi məlum olmayan şəraitdə olduğundan ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bakı 1 saylı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm faktının qeydiyyata alınmasından imtina edilmişdir. Mərhum atası vəfat etməzdən əvvəl hər ay 220 manat yaşa görə sosial müavinət alırdı. Sosial müavinətlər haqqında” AR Qanununun 7.0.13-cü maddəsinə əsasən, yaşa görə sosial müavinət alan şəxs öldükdə onun vərəsələrinin dəfn üçün birdəfəlik müavinət almaq hüququ yaranır. Həmçinin, atası məcburi köçkün statusu olan şəxs olduğundan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq hər ay vahid aylıq müavinət alırdı. Hazırda ölüm faktı dövlət qeydiyyatına alınmadığından dəfn xərclərinin tərəfindən qarşılanmasına baxmayaraq, dəfn üçün birdəfəlik müavinət ala bilməmişlər. Həmçinin, atasının vəfatından sonra ailəmizin digər üzvlərinə də vahid aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Yuxarıda qeyd edilən səbəblərdən, atası X7 ölüm faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs2 məhkəməyə teleqram göndərərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər maraqlı şəxs Bakı 1 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçinin uşaqlıq dostudur. xx.xx.2024-cü il tarixdə səhər Taleh Nağıyevin vəfat etdiyini eşitmişdir. Ürək tutmasından vəfat etmişdir, vəziyyəti əvvəldən yaxşı deyildi. Bundan əvvəl bir neçə dəfə xəstəxanaya birlikdə getmişlər. Mərhumu adəti üzrə Ağdam rayonu Mahrızlı kənd qəbiristanlığında dəfn etmişlər. Sonra keçirilmiş yas mərasimlərində iştirak etmişdir. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum onun Ağdam rayonundan qonşusu olmuşdur, xx.xx.2024-cü il tarixdə mərhumun oğlu ona zəng vuraraq atasının vəziyyətinin pisləşdiyini bildirmiş və gəlib çatdığında artıq mərhum vəfat etmişdir. Mərhumu həmin tarixdə Ağdam rayonu Mahrızlı kənd qəbristanlığında dəfn etmişlər. Dəfndə də, yas mərasimlərində də iştirak etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Xİİ-JQ seriyalı 299142 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Ərizəçi xx.xx.1986-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş, anası X9 və atası X11 qeyd edilmişdir. Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, X7 adına 11:15-də çağırış daxil olmuş, ünvana gələn həkim kişi meyiti aşkar etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaəretmə Birliyi" X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 05 nömrəli şəhər Poliklinikasının 204 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.1961-ci il təvəllüdlü X7 ölmü qəfləti və səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş «Ölüm haqqında şəhadətnamə»nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən «Ölüm haqqında şəhadətnamə»nin verilməsi mümkün olmadığı qeyd edilmişdir. 1 saylı Bakı «Asan Xidmət» X2 xx.xx.2024-cü il tarixli 3-16-5/8-1950/2024 nömrəli Ərizəçi ünvanlanmış məktuba əsasən, X7 ölümünün qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Zəngişalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 67 saylı xx.xx.2024-cü il tarixli arayışına əsasən, X11 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Ağdam rayonu Mahrızlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Qəbiristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, mərhum X11 dəfn edilmişdir. AR Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nəsimi rayonu sektorunun xx.xx.2024-cü il tarixli 579 nömrəli arayışına əsasən Ərizəçi Ağdam rayonundan məcburi köçkündür, Nəsimi rayonu, M.qardaşları 119 ünvanında müvəqqəti qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçinın məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, ərizəçinin atası (ərizəçinin mərhumun oğlu olması işə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surəti ilə təsdiq edilir) X11 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Ağdam rayonu Mahrızlı kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə atasının ölümünə görə dəfn üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin alınması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1961-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1961-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4149/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4149/2024
09.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver