Məhkəmə qərarları › İş №2(006)-4211/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4211/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4211/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-in xeyrinə 2014-cü il 24 dekabr tarixli kredit müqaviləsi üzrə 1628.2 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 1628.2 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 39.63 kv.m ümumi, 27.73 kv.m yaşayış sahədən ibarət 38 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 39.63 kv.m ümumi, 27.73 kv.m yaşayış sahədən ibarət 38 nömrəli evin 44 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 qızma məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 39.63 kv.m ümumi, 27.73 kv.m yaşayış sahədən ibarət 38 nömrəli evin 44 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 39.63 kv.m ümumi, 27.73 kv.m yaşayış sahədən ibarət 38 nömrəli evin 44 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmədə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 2014-cü il 24 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 26%-lə 36 ay müddətinə 26500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 39.63 kv.m ümumi, 27.73 kv.m yaşayış sahədən ibarət 38 nömrəli evin 44 nömrəli mənzil 2014-cü il 24 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 24 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 17-dək Cavabdeh1 2014-cü il 24 dekabr tarixli kredit müqaviləsi üzrə banka 1628.2 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 1628.2 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır ki, həmin məbləğin də cavabdehlərdən tutulmasını xahiş edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli 15-G-1-0-994-14 saylı istehlak kredit müqaviləsinə əsasən, cavabdehə 26500 ABŞ dolları məbləğində 36 ay müddətində, illik 26 faiz dərəcəsi ilə kreditin ayrılmasını iddiaçı öz öhdəsinə götürmüşdür. 24 dekabr 2014-cü il tarixli kassa məxaric orderindən göründüyü kimi həmin tarixdə "xxxx" İKB ASC-nin 5 saylı filialı tərəfindən Cavabdeh1 26500 ABŞ dolları məbləğində pul vəsaiti nağd qaydada verilmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Belə ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə ümumi borcu (faiz borcu) 1682,2 ABŞ dolları təşkil edir. Bundan başqa, Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq 24 dekabr 2014-cü il tarixində "xxxx" İKB ASC-nin 5 saylı filialı ilə Cavabdeh1 arasında 15- G-1-0-994-14 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 39.63 kv.m ümumi, 27.73 kv.m yaşayış sahədən ibarət 38 nömrəli evin 44 nömrəli mənzil, dəyəri tərəflərin razılığı ilə 52000 manat qiymətləndiriərək Banka ipoteka qoymuşdur.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - cavabdeh X1 üzərinə düşür. Lakin, mülki işdə cavabdehin öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 425, 427, 439, 442, 448, 462-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb, qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi, ASC cavabdehin qarşısında müqavilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən ASC-nin xeyrinə 2014-cü il 24 dekabr tarixli kredit müqaviləsi üzrə 1682,2 ABŞ dolları faiz borcu tutulmalıdır. «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə «əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi». Həmin Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Belə ki, müqavilənin 2.3-cü bəndindən görünür ki, ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 52000 manat məbləğində qiymətləndirilmiş, tərəflər isə bu müqaviləni imzalamışlar. Məhkəmə həmin qiymətləndirmə ilə bağlı mübahisənin olmadığını nəzərə alaraq göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, «borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər». Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, «əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir». Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən «əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetrilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir». Azərbaycan Respublikası MM-nin 307.6-cı maddəsinə əsasən, «ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır». Həmin Məcəllənin 309-cu maddəsində göstərilmişdir ki, «daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır». Beləliklə, işin faktiki hallarında göründüyü kimi iddiaçının tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına iddia tələbinin ödənilməsinə dair tələbi əsaslı oldluğuna görə təmin edilməlidir. İddia ərizəsində qoyulan “....Cavabdeh1 qızma məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 39.63 kv.m ümumi, 27.73 kv.m yaşayış sahədən ibarət 38 nömrəli evin 44 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 39.63 kv.m ümumi, 27.73 kv.m yaşayış sahədən ibarət 38 nömrəli evin 44 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi» tələbi təmin edilə bilməz. Belə ki, həqiqətən də “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Lakin, ilk növbədə nəzərə alınmalıdır ki, “başqa əmlak” ümumi ifadədədir. Məhkəmə “əmlak” ifadəsi altında nəzərdə tutulan konkret əşyanın adını, dəyərini, yerləşdiyi yeri göstərmədən bununla bağlı qətnamə qəbul edə bilməz. Digər tərəfdən, iddiaçı cavabdehə pul verib, ona görə də verdiyi pulun qaytarılmasını tələb edə bilər. Pulun qaytarılması barədə icra sənədi üzrə icraat zamanı məcburi icra tədbiri kimi tələbin borclunun əmlakına yönəldilməsinə əsas yaranarsa, icra məmuru bunu qanunla müəyyən edilmiş qaydada təmin təmin etmək hüququna malikdir. “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsindəki müddəa borcun tutulması barədə icra sənədi üzrə icraat zamanı məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsini nəzərdə tutur (“İcra haqqında” Qanun, maddə 43.1.1). Azərbaycan Respublikası “İpoteka haqqında Qanunun” 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: həmin Qanunun 59.3.1. yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2-cü maddəsinə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından göründüyü kimi, cavabdehlər Qanunun həmin tələblərinə riayət etməklə iddiaçıya notariat qaydada təsdiq edilmiş ərizələr vermişlər. Lakin, məhkəmə belə hesab edir ki, iddiaçının həmin tələbi təmin edilə bilməz. Belə ki, Qanunun tələblərindən göründüyü kimi, mülkiyyətlə bağlı yeni mülkiyyətiçinin tələb etmə hüququ (mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi və s.) mənzil satıldıqda əmələ gəlir. Nə qədər ki, mənzil satılmayıb, iddiaçı bu tələblə məhkəmədə çıxış edə bilməz. Odur ki, iddiaçının həmin tələbi rədd edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-in xeyrinə 2014-cü il 24 dekabr tarixli kredit müqaviləsi üzrə 1628.2 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 1628.2 (bir min altı yüz iyirmi səkkiz dollar iyirmi sent) ABŞ dolları məbləğində borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı ödənilməli, tutma Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 39.63 kv.m ümumi, 27.73 kv.m yaşayış sahədən ibarət 38 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və borc Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 39.63 kv.m ümumi, 27.73 kv.m yaşayış sahədən ibarət 38 nömrəli evin 44 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməlidir. Məhkəmə MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-in xeyrinə 2014-cü il 24 dekabr tarixli kredit müqaviləsi üzrə 1628.2 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 1628.2 (bir min altı yüz iyirmi səkkiz dollar iyirmi sent) ABŞ dolları məbləğində borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 39.63 kv.m ümumi, 27.73 kv.m yaşayış sahədən ibarət 38 nömrəli evin 44 nömrəli mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və borc Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən, 39.63 kv.m ümumi, 27.73 kv.m yaşayış sahədən ibarət 38 nömrəli evin 44 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilsin, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar