Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4226/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası xx.xx.1956-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Məmmədquluzadə küçəsi, ev 21, mənzil 14-də qeydiyyatda olan atası xx.xx.1956-cı il təvəllüdlü X6 Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq, Təmənis yeni yaşayış massivində rəhmətə getmişdir. Bildirir ki, atası X6 Milli Onkologiya Mərkəzi xəstəxanasında onkologiya xəstəliyindən müalicə alırdı. Belə ki, atasının vəziyyəti xx.xx.2024-cü il tarixdə qəfildən pisləşmiş və onlar tez təcili yardım çağırmışlar. Təcili yardım çatanda artıq atası ölmüşdür. Atası rəhmətə getdikdən sonra onlar onu Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kənd qəbiristanlığında dəfn etmişlər. Lakin hələ qəbirüstü abidəsini götürməmişlər. Ərizəçi bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmişdir. Bir sözlə, ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Görünür ki, qeydiyyat şöbəsinin təcili yardımın sənədini əsas götürməməsi və imtina etməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Atasının ölüm faktını şahidlər, qəbir üstünün fotoşəkli də təsdiq edə bilər. Tərəflərin iştirakı və izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə keçiriləcək məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır, mərhum Əhməd Məmmədov onun qayınatası idi. Məhrum onkoloji xəstə idi. Məhrum xəstəlikdən evdə vəfat etmişdir. Bundan sonra təcili yardım çağırmışlar. Məhrum bu ilin iyul ayında rəhmətə getmiş, Məmmədli qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, Ərizəçi həyat yoldaşı Yalçın Rəfiyevlə birlikdə işləmişdir. Yalçından eşitmişdir ki, qayınatası xərçəng xəstəsidir. Əhməd dayının yay aylarında rəhmətə getdiyi yadındadır, dəfndə iştirak etmişdir.Lakin hansı ay olduğunu dəqiq xatırlamır. İş materialları: Bakı-Nəsimi RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, № 08854449 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/7-1498/24 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Azərbaycan Respublikası «Bakı şəhər Baş Səhiyyə Mərkəzi» X13 3 nömrəli Şəhər Poliklinikasının 18-1-1-1/2-S-705-xx-xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, atası xx.xx.1956-cı il təvəllüdlü X2 ölümü qəfləti və səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 05 №li Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən tərəflərindən mərhumun adına ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli maqnit rezonans tomoqrafiyasından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X3 “Hilar xolangeokarsinoma. Tip 4. Ümumi qaraciyər arteriyasına invaziya. Obstruksion intrahepatik biliar hipertensiya” diaqnozu qoyulmuşdur. Bakı şəhər Təcili və X5 Stansiyası PHŞ statistika şöbəsində qeydiyyata alınmış ölüm haqqında xəbərdarlıq vərəqəsindən aydın olur ki, təcili yardım briqadası xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə atçılıq yeni sahəsində X6 – kişi cinsli meyit aşkar etmişlər. Vİİ-ЖГ seriyalı, 489307 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. X1r. Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 137 nömrəli arayışından görünür ki, mərhum X6 13 iyul 2024-cü il tarixində Məmmədli kənd qəbiristanlığında dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi məhkəmə iclasındakı izahatından, dindirilmiş şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Məmmədli kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1956-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Odur ki, ərizə təmin edilməli və Ərizəçi atası xx.xx.1956-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4226/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4226/2024
15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver