Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4238/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi (Bakı Şəhəri Nəsimi Rayon Qeydiyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi (Bakı şəhəri Nəsimi Rayon Qeydiyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası - X1 16 fevral 1998-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1911-ci il təvəllüdlü X2 xx.xx.1998-ci il tarixdə Naxçıvan MR,Culfa rayonu, Kırna kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: ərizəçinin anası- X4 1911-ci ildə doğulmuşdur. 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kəndində ev şəraitində dünyasını dəyişmişdir. Mərhumun məzarı Kırna kəndində yerləşir. Tibbi müəssisəyə tibbi arayışın verilməsi üçün müraciət etsə də, ona bildirilmişdir ki, şəxsin ölüm vaxtından çox vaxt keçdiyindən arayışı ona təqdim etməyəcəklər. Həmin vaxt onun ölümünü təsdiq edən sənədi almamışlar. Lakin, hal-hazırda müəyyən sənədləşmə halları ilə bağlı onun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Nəsimi rayon Qeydiyyat Şöbəsinə ölüm haqqında şəhadətnamənin alınması üçün xx.xx.2024-cü il tarixində yazılı ərizə ilə müraciət etmişdir. X15 ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Eyni zamanda öz imtina ərizəsində bu barədə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi məhkəməyə məktub göndərərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X9 M.Həsən oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi qardaşıdır. X6 anasıdır. Culfa rayonunun Kırna kəndində vəfat etmişdir. Dəfnində iştirak edə bilməsə də, yas mərasimlərində iştirak etmişdir. Yas mərasimlərində ərizəçi də onunla birlikdə olub. Mərhumun əmlakı ilə bağlı vərəsəlik işi açılmayıb. Anasından qalan əmlakda qardaşı Adilin ailəsi yaşayır. Bakıda yerləşən ev əvvəl atasının adına olub, sonradan anasına bağışlayıb. Anası da vəfat edəndən sonra qardaşı həmin evi öz adına keçirmək istəyir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 1 saylı Bakı «Asan xidmət» X8 xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1952-ci ildə Naxçıvan MR, Culfa raonunda anadan olmuş, atası X3 və anası X7 qeyd edilmişdir. Culfa rayon Qeydiyyatn Şöbəsinin xx.xx.2018-ci il tarixli çıxarışına əsasən, Baxşəliyev M.Həsən Alverdi oğlu ilə Novruzova Sona arasındakı nikah xx.xx.1944-cü ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Baxşəliyeva soyadı verilmişdir. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kənd nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışının surətinə əsasən, Bəxşəliyeva (Novruzova) Sona Kəbla- Məhərrəm qızı xx.xx.1998-ci il tarixdə vəfat etmiş, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kənd qəbiristanlığında dəfn olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışına əsasən 1911-ci il təvəllüdlü X4 xx.xx.1998-ci il tarixdə Culfa rayonunun Kırna kəndində vəfat etmiş, Kırna kəndində dəfn olunmuşdur. Ərizəçi X10 publik hüquqi şəxsinə ünvanladığı ərizədən (xx.xx.2024-cü il tarixli poçt qəbzindən) görünür ki, anası Sona Baxşəliyevanın ölüm haqqında arayışının təqdim edilməsini xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/7-15-1477/2024 nömrəli Ərizəçi ünvanlanmış məktuba əsasən, X2 ölümünün qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Qəbiristanlıqda çəkilmiş fotoşəkildən görünür ki, 1911-1998-ci illərdə yaşamış mərhum X4 dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadəsindən müəyyən olundu ki, ərizəçinin anası (ərizəçinin mərhumun oğlu olması işə əlavə edilmiş Qeydiyyat Şöbəsinin arayışı ilə təsdiq edilir) X4 xx.xx.1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kəndində vəfat etmiş və Culfa rayonunun Kırna kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə, sağlığında anasına məxsus olmuş əmlak üzrə vərəsəliyə dair rəsmiləşdirmə işlərinin aparılması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 1911-ci il təvəllüdlü X2 xx.xx.1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kəndində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, 1911-ci il təvəllüdlü X2 xx.xx.1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1911-ci il təvəllüdlü X2 xx.xx.1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4238/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4238/2024
04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver