Məhkəmə qərarları › İş №2(006)-424/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-424/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-424/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5. qızı, Cavabdeh6. qızı və Cavabdeh7. oğluna qarşı “borc tələbi və və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5. qızı, Cavabdeh6. qızı və Cavabdeh7. oğluna qarşı “borc tələbi və və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 17 dekabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 6596.89 ABŞ dolları əsas, 15280.25 ABŞ dolları faiz, 493.27 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 17.12.2019-ci il tarixdən 31.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 22521.06 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon , Cavadxan (Gəncə Xanı) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon , Cavadxan (Gəncə Xanı ) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon , Cavadxan (Gəncə Xam ) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6. qızının və Cavabdeh7 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə Xanı) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, R. qızının və Cavabdeh7 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2014-cü il 17 dekabr tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin “2 saylı” filialından illik 25%-İə 60 ay müddətinə 26800 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə Xanı) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzili 2014-ci il 17 dekabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 17 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilıniş cədvəldə göstərilən ödəniş aparılmalı gün Ödəniş edihnədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il mayuı 31-dək Cavabdeh1 2014-ci İ3 17 dekabr tarixli kredit müqaviləsi üzrə banka 6596.89 ABŞ dolları əsas, 15280.25 ABŞ dolları faiz, 493.27 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 22370.41 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 31 may 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 17 dekabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə banka 6596.89 ABŞ dolları əsas, 15280.25 ABŞ dolları faiz, 493.27 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 17.12.2019-ci il tarixdən 31.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 22521.06 ABŞ dolları borcu vardır. 17 dekabr 2014-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 17 dekabr 2014-cİ il tarixli kredit müqaviləsi üzrə banka 24196.16 ABŞ dolları əsas, 7376.22 ABŞ dolları faiz, 493.27 ABŞ dolları cərimə borcu və və kredit müqaviləsi üzrə 17.12.2019-cu il tarixdən 31.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32216.30 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə Xanı ) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon , Cavadxan (Gəncə Xanı ) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə Xanı) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6. qızının və Cavabdeh7 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə Xanı) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6. qızının və Cavabdeh7 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ("xxxx" İKB) ASC Cavabdeh1 və qeyri 1 əri nə qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir və həmin iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatındadır. Hazırda bildirirlər ki, iş üzrə iddia tələbinin həcminin ekspert rəyinə əsasən artırılması zərurəti yaranmışdır. Belə ki, məhkəmə baxışı dövründə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin rəyinə əsasəti Cavabdeh1 31.05.2020-ci il tarixə banka olan əsas borc məbləği 24196.16 ABŞ dolları, faiz borc məbləği isə 7376.22 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilənin şərtləri vaxtında yerinə yetirilmədiyindən 17.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 20.11.2020-ci il tarixədək hesablanmış 24196.16 ABŞ dolları əsas, 7376.22 ABŞ dolları faiz, 493.27 ABŞ dolları cərimə borcu və və kredit müqaviləsi üzrə 17.12.2019cu il tarixdən 31.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.65 ÄBŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32216.30 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında iştirak edən X3 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, özünə mənzil almaq məqsədi ilə 17 dekabr 2014-cü il tarixdə "xxxx" İKB-na müraciət etmişdir. Müraciətində banka bildirmişdir ki, ona 20 000 AZN məbləğində pul lazımdır. Düşünmüşdür ki, rəsmi iş yeri var, eyni zamanda işdən sonra əlavə işləyib qazancı olduğu üçün götürdüyü pul məbləğini və ona hesablanmış faizləri beş il müddətində tam şəkildə ödəyə bilər. "xxxx" İKB-nın 2 saylı filialının rəhbərliyi ona bildirmişdir ki, 20 000 manat pul verəcəklər, amma bağlanacaq müqavilə dollar məzənnəsi ilə tərtib ediləcəkdir. Belə ki, bank tərəflə olan müqavilələri dollar məzənnəsi ilə rəsimləşdirir. Bank ona ümumilikdə hesablayaraq, 17 dekabr 2014-cü il tarixdə 26 800 ABŞ dolları ilə müqavilə bağladı, müqavilə bağlanan zaman manat məzənnəsi ilə 20 000 AZN-dən artıq müqavilə tərtib etmişlər. Ona görə ki, 18 dekabr 2014-cü il tarixdə ondan 804 ABŞ dolları (757 AZN) məbləğində ilkin ödənişi dərhal tutdular. Əslinə qalsa ödəniş sonrakı ayın həmin günündə ödənilməli idi. 18 dekabr 2014-cü il tarixdə o, "xxxx" İKB-mn kassasına yaxınlaşaraq, pulu qəbul edəndə kassanın əməkdaşının yazdığı kağızda hesablamasına görə 26800-804=25996 ABŞ dolları alacağı pulu həmin günə olan məzənnəyə, 20380,86 AZN təşkil etdiyini bildirdi. Əlavə olaraq, ondan mənzilin qiymətləndirilməsi haqqı üzrə 150 AZN və "xxxx" ASC-yə 179 AZN məbləğində pul çıxılandan sonra ona bankın kassasından cəmi 20051,86 AZN pul təhvil verildi. Ona 14 saylı kredit müqaviləsinin 1 saylı əlavəsinə görə ödəniş qrafiki verildi və həmin qrafıkə əsasən o 16562,25 ABŞ dolları faiz (12 918,6 AZN) ödəməli idi. O banka cəmi beş il müddətinə 42 648 ABŞ dolları (33 265 AZN) ödəməli idi. Bir daha təkrar edir ki, bankın rəhbərliyi onunla ödəniləcək məbləğin manatla olduğunu bildirmişdir. Bankın pulunu hər ay ödəyəndə o, banka pulu manatla ödəmişdir. Lakin bank isə ona ödəniş qəbzlərini dollarla verilmişdir. Dəfələrlə bu barədə narazıçılığını bildirsə də, bankın əməkdaşları ona “Siz 33265 AZN ödəyəndən sonra, ipoteka qoyulan mənizili girovdan azad olunması barədə lazımı sənədi verəcəyik” deyə bildirirdilər. Bank Respublikada məlum olan devalivasiyanı nəzərə alaraq, onun götürdüyü müqaviləyə tətbiq etmişlər. Belə ki, onun müqaviləsi aralarında olan razılaşmaya əsasən manatla olduğu halda və pul məbləğini manatla aldığı üçün, formal olaraq, müqaviləni dollar məzənnəsi ilə tərtib edilməsini əsas götürürlər. Ümumilikdə o, "xxxx" İKB-yə 2015-ci il tarixdə 9565 AZN (9110 ABŞ dolları həmin ilin məzənnəsi 1.05), 2016-cı il tarixdə 5638 AZN (3524 ABŞ dolları həmin ilin məzənnəsi 1.5), 2017-ci il tarixdə 8097 AZN (4763 ABŞ dolları həmin ilin məzənnəsi 1.7), 2018-ci il tarixdə 6803 AZN (4002 ABŞ dolları həmin ilin məzənnəsi 1.7), 2019-cu il tarixdə 7578 AZN (4458 ABŞ dolları həmin ilin məzənnəsi 1.7) cəmi, 38308 AZN məbləğində pul ödənişi etmişdir. Buradan da görünür ki, o, banka əlavə olaraq, 5043 AZN əlavə ödəniş etmişdir. 2019-cu il tarixdə bankla bağlanmış müqavilənin müddəti bitəndə, o, sonuncu ödənişləri, onların dediyi məbləği ödəyib "xxxx" İKB-dan ipoteka qoyulmuş anası Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə Xanı) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzilin sənədin almaq istəmişdir. Bank onun borcunun olmadığını bildirərək, lazımı sənədləri qısa müddətdə qaytaracağını bildirmişdir. Sonradan ona məlum oldu ki, "xxxx" İKB İddiaçı ASC-yə çevrilmiş və onun həmin banka borcunun qalması müəyyən edilmişdir. Bankın onlara nə qədər qərəzli və əsassız olduğunu təqdim etdikləri iddia ərizəsində ifadə etmişlər. Belə ki, bu günkü gündə anası Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə Xanı) küçəsində yerləşən, 3 otaqlı, 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış, 13.0 kv.m yardımçı sahədən ibarət 72 nömrəli evin 15 nömrəli mənzilin bazar qiyməti 140 000 AZN təşkil edir. Bank isə həmin mənzilin ümumi dəyərini 22 000 ABŞ dollarından az satılacağını nəzərə alıb, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsini məhkəmədən xahiş edir. Yuxarıda yazılanları nəzərə alaraq İddiaçı ASC-nin ona, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair İddia ərizəsinin əsassız, qərəzli hesab edib, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.12.2014-cü il tarixli 2-G-1-0- 1009-14 nömrəli “kredit müqaviləsinin və ona uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətlərindən görünür ki, bank cavabdehə 60 ay müddətinə, illik 25% ödəmək şərti ilə 26.800 USD məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.14-cü yarımbəndinə əsasən gecikmə faizi hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğin illik 36 faizi qədər hesablanacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadan (ünvan 1 tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 22.11.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 65 saylı Mənzil Kommunal İstismar sahəsinin 315 saylı, 12.12.2014-cü il tarixli arayışından görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5. qızı, Cavabdeh6. qızı və Cavabdeh7. Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadan (Gəncə xanı) küçəsi, ev 72, mənzildə qeydiyyatdadır. "xxxx" ASC ilə (ipoteka qoyan) Cavabdeh2 və (borc alan) Cavabdeh1 arasında bağlanmış 17.12.2014-cü il tarixli 2-G-1-0-1009-14 nömrəli ipoteka müqaviləsi və həmin müqaviləyə 13.05.2015-ci il tarixli əlavəyə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadan (ünvan 1 ünvanında 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış sahədən ibarət 3 otaqlı mənzil öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Bu müqavilə 17.12.2014-cü il tarixli 2-G-1-0-1009-14 saylı kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İpoteka predmeti 70.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 72 nömrəli evin 15 nömrəli mənzili 17.12.2014-cü il tarixli 2-G-1-0- 1009-14 nömrəli kredit müqaviləsi üzrə 60 ay müddətinə "Nikoil" İKB 2 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 18.12.2014-cü il tarixli X4 əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 hesabına 26.800 USD məbləğində pul vəsaiti köçürülmüşdür. “Yelo Bank" ASC tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 12.05.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında bağlanmış 17 dekabr 2014 il tarixli ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2238 №-li reyestr kitabının 208210 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 72 nömrəli evin 15 nömrəli mənzili Cavabdeh1 kredit öhdəliklərinin İcrasını təmin etmək üçün "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 17 dekabr 2014 il tarixli kredit müqaviləsi əsasında Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 göndərilmiş və bildiriş ona təqdim edilmişdir. (Bildirişin və qəbzin surəti əlavə olunur). Yaxanda qeyd olunanları nəzərinizə çatdıraraq ipoteka predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 72 nömrəli evin 15 nömrəli mənzilə (çıxarışların surəti əlavə olunur) tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. Bank tərəfindən Cavabdeh2 ünvanlanmış 06.05.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 tərəfindən kredit üzrə borc ödənilmədiyindən tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə məhkəməyə müraciət olunağı barədə xəbərdar edilmişdir. 31.05.2020-ci il tarixli Arayışdan görünür ki, cavabdeh Borclu Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış olduğu 17.12.2014-cü il tarixli 2-G-1-0-1009-14 saylı kredit müqaviləsinə əsasən 31.05.2020-ci il tarixə kimi əsas borc üzrə 6596,89 USD, faiz borcu 15280,25 USD, cərimə (dəbbə) 493,27 USD, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.65 ÄBŞ dolları, cəmi 22370,41 USD borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1503 №-li, 30.04.2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 17.12.2014cü il tarixli 2-G-1-0-1009-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 17.12.2019-cu il tarixə əsas borc üzrə 24196,16 ABŞ dolları faiz borcu üzrə 7376,22 ABŞ dolları. 31.05.2020-ci il tarixə əsas borc üzrə 24 196,16 ABŞ dolları faiz borcu üzrə 7 340,05 ABŞ dolları. (Aparılmış tədqiqatın dəyəri – 50 manat). "xxxx" MMC-nin 22.06.2021-ci il tarixli, H/04-PLS saylı hesabatdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 72 nömrəli evin 15 saylı mənzilin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar və likvid qiyməti aşağıdakı kimidir: Bazar qiyməti 70.000 (yetmiş min) manat, Likvid qiyməti 58.000 (əlli səkkiz min) manat. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalına əsasən iddiaçı tərəfindən 20 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalına əsasən iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsum ödənilmişdir. 22.05.2020-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək məqsədilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.12.2014-cü il tarixli 2-G-1-0-1009-14 nömrəli kredit müqaviləsi və ona uyğun tərtib edilmiş ödəniş cədvəlinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 25% ödəmək şərti ilə 26.800 USD məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Hazırda iddiaçı borcun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etdiyi məbləğ əsas borc üzrə 24.196,16 ABŞ dolları, faiz borcu üzrə 7.376,22 ABŞ dolları, cərimə borcu üzrə 493,27 ABŞ dolları və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış borc üzrə 150.65 ABŞ dolları, cəmi 32.216,30 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1503 №-li, 30.04.2021-ci il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən iddiaçının borcu 31 may 2020-ci il tarixə banka 24.196,16 ABŞ dolları əsas borc, 7.340,05 ABŞ dolları faiz olmaqla, cəmi 31.536,21 ABŞ dolları məbləğində hesablanmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi ilə cavabdehin faiz borcu üzrə məbləğ 7.376,22 ABŞ dolları deyil, 7.340,05 ABŞ dolları kimi müəyyən edildiyindən, ekspert rəyi ilə müəyyən olunan məbləğ cavabdehdən tutulmalıdır. MM-nin 462.1, 462.3 və 467-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 50 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Çünki 24196,16 ABŞ dolları əsas borc məbləğinə münasibətdə 50 ABŞ dolları məbləğində dəbbə pulu daha ədalətlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, kredit müqaviləsinin təminatı olaraq “Yelo Bank" ASC ilə Cavabdeh2 arasında bağlanmış 17.12.2014-cü il tarixli 2-G-1- 0-1009-14 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadan (ünvan 1 ünvanında 58.9 kv.m ümumi, 45.9 kv.m yaşayış sahədən ibarət 3 otaqlı mənzil öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh1 əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetlərinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 06.05.2020-ci il tarixli, 2676 saylı bildiriş cavabdehə göndərilmiş və 12.05.2020-ci il tarixli, 2726 saylı məktubla ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş qeydə alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli qərardadı ilə ipoteka predmetinin likvid dəyərinin müəyyənləşdirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. 22.06.2021-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 72 nömrəli evin 15 nömrəli mənzilin likvid dəyəri 58.000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 17.12.2014-cü il tarixli 2-G-1-0-1009-14 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 24.196,16 ABŞ dolları, faiz borcu 7.340,05 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.65 ABŞ dolları, cəmi 31.736,86 ABŞ dolları məbləğində kredit borcu (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manatın 29 manatı məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, tutma ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 72 nömrəli evin 15 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 58.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə iddia tələbini “satışdan əldə edilən vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Mülki Məcəllənin 319.6-cı maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə xərci kimi iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunu və məhkəmə ekspertizasının tədqiqat dəyərini nəzərə alır. Belə ki, iddia tələbinin 98%-i təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı Cavabdeh1 tutularaq "xxxx" ASC-nin xeyrinə, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 1 manatı iddiaçı "xxxx" ASC-dən, 49 manatı isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 24.196,16 ABŞ dolları, faiz borcu 7.340,05 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 150.65 ABŞ dolları, cəmi 31.736,86 ABŞ dolları məbləğində kredit borcu (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 72 nömrəli evin 15 nömrəli mənzilinə yönəldilsin. Həmin əmlak ilkin satış qiyməti 58.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 "xxxx" ASC-yə olan kredit borcu ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə ümumi qaydada tutulsun. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh2 qaytarılsın. İddia digər hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 1 manatı iddiaçı "xxxx" ASC-dən, 49 manatı isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar