Məhkəmə qərarları › İş №2(006)-426/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-426/2023

12.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-426/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04 sentyabr 1944cü il təvəllüdlü atası X5 06 iyul 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 04 sentyabr 1944-cü il təvəllüdlü atası X5 06 iyul 2022-ci il tarixdə qəflətən səhhəti pisləşmiş və təcili tibbi yardım çağırılmışdır. Həkim briqadası gələnə qədər X10 ölmüş və bu barədə xəbərdarlıq vərəqəsi verilmişdir. X10 həmin gün dəfn edilmişdir. Bunu təsdiq edən şahidlər də vardır. Atasının ölümündən sonra onun ölümü barədə sənəd almaq üçün poliklinikaya müraciət etdikdə ölüm haqqında sənədinin yalnız rayon qeydiyyat şöbəsi tərəfindən verildiyi bildirilmişdir. Bununla bağlı Maraqlı şəxsnə ərizə ilə müraciət olunmuş, lakin qeydiyyat şöbəsindən ona verilmiş 03 avqust 2022-ci il tarixli 05/Q-1235/75 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10 2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci maddəsinə əsasən ölüm faktını təsdiq edən şəhadətnamə yalnız məhkəmə qətnaməsi əsasında qeydə alına bilər və ona görə də məhkəməyə müraciət edilməlidir. Hazırda atası X7 ilə bağlı olan sənədləşmə işlərinin aparılması üçün onun ölməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Əvvəlki məhkəmə iclası keçirilən zaman Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, mərhumun oğlu, ərizəçinin isə qardaşıdır. Mərhum atası hər hansı bir xəstəlikdən əziyyət çəkmirdi. Atasının 06 iyul 2022-ci il tarixində halı qəflətən pisləşmiş, anası onu çağırmış, lakin bir qədər sonra atası vəfat etmişdir. Onu Fatmayı kənd qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü ilə yanaşı ailə üzvləri və qohumlar da iştirak etmişlər. X6 Əbilyevna məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhumun həyat yoldaşı, ərizəçinin isə anasıdır. Yoldaşı xəstə olmasa da, unutqanlığı var idi. Hadisə 06 iyul 2022-ci il tarixində baş vermişdir. Yoldaşının qəflətən yıxıldığını görmüşdür. O, isə dərhal oğlu Azəri çağırmış və yoldaşının yanına gedərək ona köməklik göstərmək istəmişdir. Lakin heç bir köməklik göstərə bilmədən yoldaşı rəhmətə getmişdir. Elə həmin gün də onu dəfn etmişlər. Dəfn mərasimində özü ilə yanaşı qohumlar da iştirak etmişlər. X2 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhumun qardaşı, ərizəçinin isə əmisidir. Ona qardaşının ölümü barədə səhər saatlarında məlumat vermişlər. Qardaşını Fatmayı kənd qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü ilə yanaşı qohumlar da iştirak etmişlər. X1 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, ərizəçinin yaxın dostudur. Dostu Fərid ona zəng edərək, atasının rəhmətə getdiyini bildirmişdir. Bu xəbəri eşitdikdən sonra onlara getmişdir. Mərhumu Fatmayı kənd qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü də iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. Bakı şəhəri Təcili və X3 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 06 iyul 2022-ci il tarixdə 1944-cü il təvəllüdlü X5 adına çağırış verilmişdir. Həkim tərəfindən kişi cinsli meyit aşkar edilmişdir. Bakı şəhər Baş Səhiyyə Mərkəzi X15 1 №li Şəhər Poliklinikasının 16 dekabr 2022-ci il tarixli, 375 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmuş, lakin xx.xx.2022-ci ildə rəhmətə getmiş, X5 1 nömrəli şəhər poliklinikasında ambulator kartası və hər hansı xəstəliyi ilə əlaqədar müraciətləri olmadığına görə ölüm haqqında 106 saylı arayışın verilməsi mümkünsüz hesab edilmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-1235/75 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumənin adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Abşeron rayonu Fatmayı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 112 saylı arayışından görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Fatmayı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum X5 məzarının üstü götürülmüş, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Mərmər xatirə lövhəsinin üzərinə mərhumun şəkli həkk olunmuş, soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atası X5 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1944-cü il tarixdə Dağlıq Qarabağ, Şuşa şəhərində doğulmuş X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra mərhum xx.xx.1944-cü il təvəllüdlü X5 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1944-cü il tarixdə Dağlıq Qarabağ, Şuşa şəhərində doğulmuş X5 xx.xx.2022ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar