Məhkəmə qərarları › İş №2(006)-4286/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4286/2024

22.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4286/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi MMC-nin (X5 maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi MMC (X5 maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs X5 ilə Ərizəçi MMC arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış 08 aprel 2024-cü il tarixli, MŞB/13/2024-00452 nömrəli «Barışıq sazişi»nin təsdiq edilərək məcburi icrasının təmin edilməsi və tərəflərindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun maraqlı şəxsdən tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, nümayəndəsi olduğu Ərizəçi MMC ilə X5 arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış 08 aprel 2024-cü il tarixli, MŞB/13/2024- 00452 nömrəli «Barışıq sazişi» bağlanmışdır. Həmin «Barışıq sazişi»nə əsasən birinci tərəf, yəni Ərizəçi MMC ikinci tərəf X2 vurulmuş zərərin əvəzi kimi 82262,14 manat məbləğində maddi ziyan tələb edir. İkinci tərəf X5 «Barışıq sazişi» bağlandığı tarixə birinci tərəfə 82262,14 manat məbləğində maddi ziyan vurduğunu qəbul edir. İkinci tərəf nümayəndəsi olduğu şirkətə vurduğu zərərin əvəzini xx.xx.2024-cü il tarixədək tam olaraq ödəməsini öhdəsinə götürür. X1 bu günə kimi «Barışıq sazişi» üzrə üzərinə götürdüyü öhdəliyin könüllü icrasından imtina etmiş, onun tərəfindən vurulmuş zərərin əvəzi hələ də ərizəçiyə ödənilməmişdir. «Barışıq sazişi»nin könüllü icra edilməməsi məhkəməyə xüsusi icraat qaydasında «Barışıq sazişi»nin təsdiqi üçün ərizə ilə müraciət etmələrini şərtləndirmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi MMC ilə maraqlı şəxs X5 arasında xx.xx.2024-cü il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/13/2024-00452 saylı «Barışıq sazişi»ndən görünür ki: 1.1 Birinci tərəf Ərizəçi MMC ikinci tərəf Maraqlı şəxs onun tərəfindən vurulan 82262,14 manat məbləğində maddi ziyan tələb edir. İkinci tərəf Maraqlı şəxs barışıq sazişi bağlandığı tarixə birinci tərəf Ərizəçi MMC-yə 82262,14 manat məbləğində maddi ziyan vurduğunu qəbul edir. 1.2 İkinci tərəf Maraqlı şəxs birinci tərəfə Ərizəçi MMC-yə vurduğu 82262,14 manat məbləğində maddi ziyanı xx.xx.2024-cü il tarixədək tam olaraq ödəməsini öhdəsinə götürür. 1.3 Birinci tərəf Ərizəçi MMC 82262,14 manat məbləğində maddi ziyanı ikinci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixədək ödəməsinə möhlət verir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi MMC-nin (X5 maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi MMC ilə maraqlı şəxs X5 arasında xx.xx.2024-cü il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/13/2024-00452 saylı «Barışıq sazişi» təsdiq olunmalıdır. Dövlət rüsumu qismində ödənilmiş 100 manat pul vəsaiti maraqlı şəxs X2 tutularaq Ərizəçi MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi MMC-nin (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00452 saylı Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.1 Birinci tərəf Ərizəçi MMC ikinci tərəf Maraqlı şəxs onun tərəfindən vurulan 82262,14 manat məbləğində maddi ziyan tələb edir. İkinci tərəf Maraqlı şəxs barışıq sazişi bağlandığı tarixə birinci tərəf Ərizəçi MMC-yə 82262,14 manat məbləğində maddi ziyan vurduğunu qəbul edir. 1.2 İkinci tərəf Maraqlı şəxs birinci tərəfə Ərizəçi MMC-yə vurduğu 82262,14 manat məbləğində maddi ziyanı xx.xx.2024-cü il tarixədək tam olaraq ödəməsini öhdəsinə götürür. 1.3 Birinci tərəf Ərizəçi MMC 82262,14 manat məbləğində maddi ziyanı ikinci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixədək ödəməsinə möhlət verir. Dövlət rüsumu qismində ödənilmiş 100 manat pul vəsaiti maraqlı şəxs X2 tutularaq Ərizəçi MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar