Məhkəmə qərarları › İş №2(006)-4287/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4287/2024

28.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4287/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi MMC-nin Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesində bağlanmış sazişin təsdiq edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi MMC “mediasiya prosesində bağlanmış sazişin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhər 1 saylı Mediasiya Təşkilatında bağlanmış 30 aprel 2024-cü il tarixli, MŞŞ/MT018/2024-00764 nömrəli barışıq sazişinin təsdiq edilərək icrasının təmin edilməsi və tərəflərindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun maraqlı şəxsdən tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onun əsaslanmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Maraqlı şəxs arasında Şəki şəhər 1 saylı Mediasiya Təşkilatında 30 aprel 2024-cü il tarixli, MŞŞ/MT018/2024-00764 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən birinci tərəf, yəni Agroline.Az” MMC ikinci tərəf- Maraqlı şəxs vurulmuş zərərin əvəzi kimi 14420,55 (on dörd min dörd yüz iyirmi manat əlli beş qəpik) AZN məbləğində maddi ziyanı tələb edir. İkinci tərəf Maraqlı şəxs barışıq sazişi bağlandığı tarixə birinci tərəfə 14420,55 AZN məbləğində maddi ziyan vurduğunu qəbul edir. İkinci tərəf nümayəndəsi olduğum şirkətə vurduğu zərərin əvəzini xx.xx.2024-cü il tarixədək tam olaraq ödəməsini öhdəsinə götürür. Lakin Maraqlı şəxs bu günə kimi barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyin könüllü icrasından imtina etmiş, onun tərəfindən vurulmuş zərərin əvəzi hələ də ərizəçiyə ödənilməmişdir. Barışıq sazişinin könüllü icra edilməməsi, məhkəməyə xüsusi icraat qaydasında barışıq sazişinin təsdiqi üçün ərizə ilə müraciət etməyi şərtləndirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Mülki işin materialları: Mülki işin materiallarında olan: Tərəflər arasında bağlanmış 30 aprel 2024-cü il tarixli, MŞŞ/MT018/2024-00764 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. Ərizəçi MMC-nin satış nümayəndəsi Maraqlı şəxs, Ərizəçi MMC-yə vurduğu 14420,55 (on dörd min dörd yüz iyirmi manat əlli beş qəpik) manat maddi ziyanı xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürdü.

2. Ərizəçi MMC Maraqlı şəxs tərəfindən Ərizəçi MMC-yə vurulmuş 14420,55 manat maddi ziyanının xx.xx.2024-cü il tarixədək ödəməsinə etiraz etmir. Ödəniş qəbzindən (**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi MMC-nin (Maraqlı şəxs qismində cəlb edilməklə) "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi təmin edilməlidir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, hər iki tərəfin “Elektron Məhkəmə” Sistemindən çıxarışa əsasən VÖEN hesabları mövcud olsada, yəni hər iki tərəf sahibkarlıq fəaliyyətinin müstəqil subyektləri olsa da, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-00764 nömrəli Barışıq Sazişindən də görünür ki, tərəflər arasında əmək mübahisəsi mövcud olmuşdur. İşin araşdırılan hallarından görünür ki, tərəflər arasında bağlanılan Əmək müqaviləsinə görə işçi kimi çıxış edən Maraqlı şəxs işlədiyi müddətdə öz əmək vəzifələrini düzgün yerinə yetirməyərək İşəgötürən Ərizəçi MMC-yə maddi ziyan vurmuşdur. Beləliklə, hazırki işin VÖEN hesablarının mövcud olması mübahisəsinin kommersiya məhkəməsində baxılması üçün əsas deyildir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, Maraqlı şəxs iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-00764 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Ərizəçi MMC-nin satış nümayəndəsi Maraqlı şəxs, Ərizəçi MMC-yə vurduğu 14420,55 (on dörd min dörd yüz iyirmi manat əlli beş qəpik) manat maddi ziyanı xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürdü.

2. Ərizəçi MMC Maraqlı şəxs tərəfindən Ərizəçi MMC-yə vurulmuş 14420,55 manat maddi ziyanının xx.xx.2024-cü il tarixədək ödəməsinə etiraz etmir. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi MMC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar