Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4288/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi MMC-nin (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları: Ərizəçi ilə Maraqlı şəxs arasında Sabirabad 1 X1 09 fevral 2024-cü ıl tarixli, MŞŞ/MT- 023/2024-00304 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən ikinci tərəf, yəni Maraqlı şəxs birinci tərəfə Ərizəçi MMC-yə olan 10774.40 (on min yeddi yüz yetmiş dörd manat qırx qəpik) manat məbləğində borcunu tam şəkildə qəbul edir. Maraqlı şəxs birinci tərəfə olan borcunu 31.3.2024-cü il tarixinədək tam formada ödəyəcəyini öhdəsinə götürür. Lakin Maraqlı şəxs oğllu bu günə kimi barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyin könüllü icrasından imtina etmiş, onun tərəfindən vurulmuş zərərin əvəzi hələ də ərizəçiyə ödənilməmişdir. Barışıq sazişinin könüllü icra edilməməsi, məhkəməyə xüsusi icraat qaydasında barışıq sazişinin təsdiqi üçün ərizə ilə müraciət etməyi şərtləndirmişdir. Ərizəçinin tələbi: Ərizəçi ilə maraqlı şəxs arasında Sabirabad 1 X1 bağlanmış 09 fevral 2024-cü il tarixli, MŞŞ/MT-023/2024-00304 nömrəli barışıq sazişinin təsdiq edilərək məcburi icrasının təmin edilməsi və tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun maraqlı şəxsdən tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Maraqlı şəxsin etirazı: Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi MMC-nin nümayəndəsi Nümayəndə ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2024-cü il tarixli MŞS/MT-023/2024-00304 nömrəli Sabirabad 01 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış barışıq sazişinə əsasən, - İkinci tərəf Maraqlı şəxs, "Birinci tərəfə” yəni Ərizəçi MMC-yə olan 10774.40 (on min yeddi yüz yetmiş dörd manat 40 qəpik) manat məbləğində borcunu tam şəkildə qəbul edir. “İkinci tərəf Maraqlı şəxs, "Birinci tərəfə" yəni Ərizəçi MMC-yə olan 10774.40 (on min yeddi yüz yetmiş dörd manat 40 qəpik) manat məbləğində borcunu xx.xx.2024-cü il tarixinədək tam olaraq ödəyəcəyini öhdəsinə gölürür. Tətbiq edilən hüquq: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, ərizəçinin izahatını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Ərizəçinin tələbi mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT-023/2024-00304 nömrəli barışıq sazişinin məcburi icra üçün təsdiq edilməsidir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişini təhlil edərək hesab edir ki, ərizəçinin Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Tərəflər mediasiya prosesində borc ilə bağlı məsələdə barışıq əldə etmişlər. Ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin təsdiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi MMC-nin (Nümayəndə maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi təmin edilməli, Ərizəçi MMC ilə maraqlı şəxs Nümayəndə arasında 09 fevral 2024-cü il tarixdə Sabirabad 01 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞS/MT-023/2024-00304 saylı barışıq sazişi təsdiq olunmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu Nümayəndə alınaraq ərizəçiyə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi MMC ilə maraqlı şəxs Nümayəndə arasında 09 fevral 2024-cü il tarixdə Sabirabad 01 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞS/MT-023/2024-00304 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - İkinci tərəf Maraqlı şəxs, "Birinci tərəfə” yəni Ərizəçi MMC-yə olan 10774.40 (on min yeddi yüz yetmiş dörd manat 40 qəpik) manat məbləğində borcunu tam şəkildə qəbul edir. - İkinci tərəf Maraqlı şəxs, "Birinci tərəfə", yəni Ərizəçi MMC-yə olan 10774.40 (on min yeddi yüz yetmiş dörd manat 40 qəpik) manat məbləğində borcunu xx.xx.2024-cü il tarixinədək tam olaraq ödəyəcəyini öhdəsinə gölürür. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Nümayəndə alınaraq Ərizəçi MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4288/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4288/2024
23.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver