Məhkəmə qərarları › İş №2(006)-4299/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4299/2023

05.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4299/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00453 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X1 təhsil və sağlamlığına ziyan vurmaycaq şəkildə və vaxtda onun yanında qalması və sərbəst görüşməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Maraqlı şəxs ilə aralarında nikah xx.xx.2013-cü il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində 667 saylı qeydlə bağlanmışdır. Həmin nikahdan 04 mart 2015-ci il təvəllüdlü qızları X2 doğulmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-330/2017 səylı qətnaməsi ilə qeyd olunan nikah pozulmuş, azyaşlı uşağın ana himayəsində saxlanılması qət edilmişdir. 2023-cü ilin əvvəllərində o, iş fəaliyyəti ilə bağlı olaraq azyaşlı uşağını tək qoya bilmədiyi üçün cavabdehlə razılaşmışdır ki, azyaşlı uşaq ata himayəsinə verilsin. 27 mart 2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında saziş bağlanmışdır. Sazişə əsasən, o, cavabdeh Maraqlı şəxsla birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 atasının yanında qalmasına razılıq vermişdir. Uşağın saxlanılması ilə bağlı Maraqlı şəxs ona qarşı aliment tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Uşağın saxlanılması ilə bağlı bütün xərclər Maraqlı şəxs aid olacaqdır. Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü Ülviyyə Bayramovanın onunla ünsiyyətdə olmasına və öncədən razılaşdırılan günlərdə qalmasına, sərbəst görüşməsinə razılıq verir. Saziş bağlandıqdan bir müddət sonra cavabdeh onun azyaşlı uşağı ilə ünsiyyətdə olmasına suni maneələr yaratmış, öncə uşağın xəstələnməsi bəhanəsi ilə görüş günlərini təxirə salmış, daha sonra isə uşağın özünün görüşmək istəməməsini bildirərək, görüşlərin keçirilməsinə razılıq verməmişdir. Daha sonra azyaşlı uşağa güclü psixoloji təsir və təzyiq göstərmiş, uşağın anası ilə olan bütün ünsiyyət vasitələrini kəsmişdir. O, bir neçə aydır uşağını görə bilmir, güclü həyəcan keçirir, mənəvi sarsıntı içindədir. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəçinin izahatına oxşar izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs ananın uşaqla görüşməsinə etirazı yoxdur. Uşaq anası ilə görüşmək istəmir. Barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən pozulmamışdır, ona görə də, hazırki ərizəni qəbul etmirlər. Göstərilənlərə əsasən ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin və maraqlı şəxsin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/18/2023-00453 saylı Barışıq Sazişindən görünür ki: - 3. İkinci tərəf (Ərizəçi) birinci tərəfə (Maraqlı şəxs) birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 (uşağın) birinci tərəfin (Maraqlı şəxs) yanında (himayəsində) qalmasına razılıq verir; - 4. Uşağın saxlanılması ilə bağlı birinci tərəfin (Maraqlı şəxs) aliment tələbi yoxdur və gələcəkdə də ikinci tərəfə (Ərizəçi) qarşı aliment tələbi irəli sürməyəcəyini təsdiqləyir. Uşağın saxlanması ilə bağlı bütün xərclər birinci tərəfə (Maraqlı şəxs) aid olacaq; - 5. Birinci tərəf (Maraqlı şəxs) xx.xx.2015-ci il təvəllüdlü X1 ikinci tərəflə (Ərizəçi ilə) ünsiyyətdə olmasına, təhsil və sağlamlığına ziyan vurmayacaq şəkildə və vaxtda anasının yanında öncədən razılaşdırılan günlərdə qalmasına, sərbəst görüşməsinə razılıq verir. Görüş günləri və saatları tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir; - 6. Tərəflər qəbul edirlər ki, bu sazişə qədər əvvəllər əldə etdikləri bütün razılaşmalar öz qüvvəsini itirir və hazırki saziş onların uşaqla bağlı hüquq və vəzifələrini müəyyən edən yeganə razılaşmadır. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış “Ərizəçi övladı – xx.xx.2015-ci il təvəllüdlü X2 ilə ünsiyyətdə olmasına, ərizəçinin övladının təhsil və sağlamlığına ziyan vurmayacaq şəkildə və vaxtda onun yanında öncədən razılaşdırılan günlərdə qalmasına, sərbəst görüşməsinə dair” barışıq sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış “Ərizəçi övladı – xx.xx.2015-ci il təvəllüdlü X2 ilə ünsiyyətdə olmasına, ərizəçinin övladının təhsil və sağlamlığına ziyan vurmayacaq şəkildə və vaxtda onun yanında öncədən razılaşdırılan günlərdə qalmasına, sərbəst görüşməsinə dair” barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar