Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4350/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi, məhkəməyə şahid qismində çağrılmış Şahid2 və Şahid1 iştirakları ilə, Ərizəçi Bakı şəhər Maraqlı şəxs kimi cəlb etdiyi, «ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Maraqlı şəxs qismində göstərməklə, «ölüm faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19*7-ci il təvəllüdlü X4 *2 avqust 1992-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsi onunla əsaslandırılmışdır ki, Ərizəçi atası, 19*7-ci ildə doğulmuş X5 vəfat etdiyi tarixədək ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır və *2 avqust 1992-ci il tarixində vəfat etmişdir. Qanunvericilikdə müəyyən olunmuş müddəti buraxdıqları üçün ərazi poliklinikası ona mərhumun ölümü ilə bağlı tibbi arayışı verməkdən imtina etmişdir. Ona görə də mərhumun ölümünün qeydə alınması xahişi ilə o,, Bakı şəhər Maraqlı şəxsnə müraciət etsə də, həkim şəhadətnaməsinin olmaması səbəbindən Şöbə mərhumun ölümünü qeydə almaqdan imtina etmişdir. yaşadıqalrı evin ilkin qeydiyyat sənədləri mərhumun adına rəsmiləşdirildiyi üçün o kommunal və digər xidmətlərlə bağlı müəyyən hərəkətlər edə bilmir, həmin evin və yerləşdiyi torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestində qeydə aldıra bilmir, bu səbəbdən mərhumun ölüm faktının məhkəmə qaydasında tanınmasına zərurət yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlum at verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak etmiş Şahid2 bildirmişdir ki, o, ərizəçinin qonşusudur, o, mərhum X4 *2 avqust 1992-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsində vəfat etdiyini, və bununla əlaqədar ailəsi tərəfindən el adəti ilə keçirilən yas mərasimində iştrak etdiyini, mərhumun Maşatağa qəsəbəsi qəbirstanlığında dəfn edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Şahid1 bildirmişdir ki o, ərizəçinin qonşusudur, o, mərhum X4 *2 avqust 1992-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsində vəfat etdiyini, və bununla əlaqədar ailəsi tərəfindən el adəti ilə keçirilən yas mərasimində iştrak etdiyini, mərhumun Maşatağa qəsəbəsi qəbirstanlığında dəfn edildiyini bildirmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhər Maraqlı şəxs 31.*5.2*25-ci il tarixli arayışından görünür ki, vətəndaşlıq vəziyyəti aktları ’’X1 sisteminə 31.*5.2*25-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilmədiyi bildirilmişdir. -Bakı şəhər 4 saylı “ASAN xidmət” X2 13.*6.2*25-ci il tarixli məktubundan görünür ki, Ərizəçi nümayəndəsi Şahid2un 13.*6.2*25-ci il tarixli ərizəsinə cavab olaraq ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmadığını,ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəkləri bildirilmişdir. - Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” “X6” X9” Maştağa Xəstəxanasının 16.*7.2*25-ci il tarixli məktubundan görünür ki,Vətəndaşın ərizəsinə cavab olaraq, Baloğlan Bağirovda 62 ünvanında yaşayan xx.xx.1949-ci il təvəllüdlü Ərizəçi atasının ölüm hadisəsi *8.*2.1992-ci il tarixdə baş versə də ölümü təsdiq edən xəbərdarlıq vərəqəsi vaxtında təqdim olunmadığını nəzərə alaraq “Ölüm haqqında tibbi şəhadətnamə” yazılması səlahiyyətləri xaricində olduğu bildirilmişdir. İş materiallarında olan Vİİ-жг seriyalı 733218 nömrəli Sovet Sosialist Respublikasına məxsus pasportun surətindən görünür ki, X5 19*7-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilən fotoşəkillərdən görünür ki, mərhum X4 məzarının üstü götürülmüş, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Mərmər xatirə lövhəsinin üzərinə mərhumun soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Bakı şəhəri, Sabunçu Rayon, Maştağa Bələdiyyəsinin 11 iyun 2*25-ci il tarixli məktubundan görünür ki, *2.*8.1992-ci il təvəllüdlü X5 Bakı şəhəri, Maştağa qəsəbəsi “Məhəmmədbağır” qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*8-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31*.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, Ərizəçi atası X4 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 19*7-ci il təvəllüdlü X4 *2 avqust 1992-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 32*-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19*7-ci il təvəllüdlü X4 *2 avqust 1992-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №2(006)-4350/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4350/2025
08.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver