Məhkəmə qərarları › İş №2(006)-4408/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4408/2022

13.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4408/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Ərizəçi, vəkili-nümayəndəsi X1 iştirakları ilə Ərizəçi Maraqlı şəxs qismində göstərilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində göstərilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1958-ci il təvəllüdlü ünvan 2-də qeydiyyatda olan həyat yoldaşı X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini, qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi həyat yoldaşı, xx.xx.1958-ci il təvəllüdlü ünvan 2də qeydiyyatda olan X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində təcili yardım gəlib çatana kimi rəhmətə getmişdir və bununla bağlı BST-nin Təcili və X3 Stansiyasının 8 saylı bölməsi tərəfindən Xəbərdarlıq vərəqəsi də verilmişdir. Başları yas mərasiminə qarışdığından ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini vaxtında götürə bilməmişdir. X7 rəhmətə gedəndən sonra onu Yardımlı rayon Qavaqdibi kənd qəbiristanlığında dəfn etmişlər. Son vaxtlar ərizəçi bəzi işlərlə bağlı sənədləşmə aparmaq istədikdə ondan həyat yoldaşı barədə hər hansı sənəd istəyirlər. Ərizəçi 5 saylı şəhər Poliklinikasına 106 saylı Forma arayış almaq üçün müraciət etdikdə ona bildirilmişdir ki, həyat yoldaşı uzun müddət poliklinikaya müraciət etmədiyi üçün 106 saylı Formanın verilməsi mümkün deyildir və bu barədə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmiş və bildirilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü ünvan 2-də qeydiyyatda olan həyat yoldaşı X4 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə, ölüm haqqında şəhadətnamə ərizəçiyə bir çox sənədləşmə işlərində lazım olur. Ərizəçi qeyd etmişdir ki, ərinin ölüm faktını şahidlər də təsdiq edə bilər. Göstərilənlərə əsasən, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Ərizəçi dəqiqləşdirmə barədə ərizə təqdim edərək, xx.xx.1958-ci il tarixdə Yardımlı rayonunda doğulmuş həyat yoldaşı X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində (iş şəraitində) ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi yenidən dəqiqləşdirmə barədə ərizə təqdim edərək, xx.xx.1958-ci il tarixdə anadan olan əri X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi X2 ərizəni müdafiə edib, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun anası, mərhum X7 isə atasıdır. Atası vəfat etməzdən əvvəl ürəyində problem yaranmışdı. Camal Bağırov vəfat etdiyi gün onu işə aparmışdır. Həmin gün evə aparmaq üçün atasının iş otağına yaxınlaşmış, lakin Camal Bağırovun iş otağında vəfat etdiyini görmüşdür. Təcili yardım çağırmaları üçün mühafizəyə yaxınlaşmış, təcili yardım artıq atası vəfat etdikdən sonra gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, mərhum X7 onun qonşusu, ərizəçi isə mərhumun arvadı olmuşdur. Onların arasındakı qonşuluq münasibətləri yaxın olmuşdur. 26 avqust 2022-ci il telefon zəngi vasitəsilə qonşusu Camal Bağırovun ölümündən xəbərdar olmuşdur. Nəşin dəfn edilməsi üçün yola salınmasında iştirak etmiş, mərhum rayonda dəfn edilmişdir. O, Camal Bağırovun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum X7 onun qonşusu, ərizəçi isə mərhumun arvadı olmuşdur. Ərizəçinin oğlu Kazım Bağırlı 26 avqust 2022-ci il tarixdə atası X4 iş otağında vəfat etdiyini görmüşdür. Onlara zəng gələndən sonra o, ərizəçi ilə birlikdə həmin ünvana getmiş, mərhumun iş otağında vəfat etdiyini görmüşlər. O, Camal Bağırovun dəfn və yas mərasimlərində iştirak etmişdir. Mülki işin materiallarında olan AA0045280 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X7 xx.xx.1958-ci il tarixdə Yardımlı rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan İV-ЖГ seriyalı 327234 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə Ərizəçi nikahı Bakı şəhəri Oktyabr (indiki Yasamal) rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 oktyabr 1986-cı il tarixdə 1078 № ilə qeydə alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhər Təcili və X3 Stansiyasının PHŞ-nin 8 saylı bölməsinin verdiyi «Ölüm haqqında Xəbərarlıq vərəqəsi»ndən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:34 dəqiqədə Xan Şuşinski 17 ünvanına çağırış daxil olmuşdur. Çağırışı 8 saylı bölmənin həkimi Hüseynova Gülnarə, tibb bacısı Quliyeva Nigar yerinə yetirmiş, xəstənin 1958-ci il təvəllüdlü X7 olduğu müəyyən edilmiş, aparılmış müalicə tədbirləri qrafasının qarşısında «ölümü dəqiqləşmiş, dəqiqləşməmiş naməlum səbəbləri. Həkimə qədər ölüm. Kişi cinsli meyid» ifadəsi qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 5 №-li Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 349 №-li məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1958-ci il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına, ölümün səbəbi bilinmədiyinə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. Mülki işin materiallarında olan Yardımlı rayon İcra Hakimiyyəti başçısının Vəlixanlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin xx.xx.2022-ci il tarixli 568 nömrəli arayışından görünür ki, Ərizəçi həyat yoldaşı, mərhum X7 vəfat etmişdir. Mərhum 27 avqust 2022-ci il tarixdə Yardımlı rayon Qabaqdibi kənd qəbristanlığında dəfn edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 5 №-li Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 357 №-li məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan, xx.xx.1958-ci il tarixdə doğulan X7 xx.xx.2022-ci il tarixdə iş yerində Xan Şuşinski 17-də Təhsil Nazirliyinin binasında rəhmətə getmişdir. Ölümün səbəbi bilinmədiyinə görə yaxınlarına Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməsi bildirilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-1467/75 №-li məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəsinin verilməsinə görə Ərizəçi tərəfindən 100 manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin və nümayəndəsinin izahatından, vəkilin çıxışından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1958-ci ildə Yardımlı rayonunda anadan olmuş X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi ərinin ölümü haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırda ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1958-ci ildə Yardımlı rayonunda anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Müki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci ildə Yardımlı rayonunda doğulmuş X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar