Məhkəmə qərarları › İş №2(006)-4410/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4410/2024

09.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4410/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 97, mənzil 2-də qeydiyyyatda olan oğlu xx.xx.1969-cı il təvəllüdlü X6 Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən mənzildə rəhmətə gedib. Oğlu X1 əlillər Cəmiyyətinin üzvü olmuşdur. Belə ki, oğlunun vəziyyəti xx.xx.2024-ci il tarixdə qəfildən pisləşdi və onlar tez təcili yardım çağırdılar. Təcili yardım çatanda oğlu artıq ölmüşdür. Oğlu rəhmətə getdikdən sonra onlar onu Bakı şəhəri, Abşeron rayonu, Fatmayı qəbiristanlığında dəfn etmişlər. Lakin hələ qəbirüstü abidəsini götürməmişlər. O isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ondan imtina edilmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ərizəçiyə bir çox sənədləşmə işlərində lazım olur. Görünür ki, Qeydiyyat şöbəsinin təcili yardımın sənədini əsas götürməməsi və imtina etməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur Oğlunun ölüm faktını şahidlər, qəbir üstünün fotoşəkili də təsdiq edə bilər. Göstərilənlərə əsasən mərhum xx.xx.1969-cu il tarixdə doğulan X2nun xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini, qətnamənin icrasının Nəsimi rayonu Qeydiyyat şöbəsinə həvalə edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, oğlu xx.xx.1969-cu il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Oğlu Azərbaycan Əlillər Cəmiyyətinin üzvü olmuşdur. Oğlunun vəziyyəti xx.xx.2024-cü il tarixdə pisləşdiyi üçün X13 çağırdılar. Lakin onlar ünvana çatana kimi oğlu artıq vəfat etmişdir. Daha sonra onlar onu Bakı şəhəri, Abşeron rayonu, Fatmayi qəbristanlığında dəfn etdilər. Daha sonra o, oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etdi, lakin müraciətinin təmin olunmasının mümkün olmaması, aiddiyyatı üzrə məhkəməyə müraciət edilməyinin məqsədəmüvafiq olması ona bildirildi. Nəticədə, o da məcbur qalıb məhkəməyə müraciət etdi. Hazırda şəhadətnaməni almaq istəməyinə səbəb oğlu ilə bağlı vərəsəlik işi üzrə həmin sənədin tələb olunması ilə bağlıdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. 4.İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı, vəfat edən şəxs isə bacısı oğludur. Bacısının X2 xx.xx.2024-cü il tarixdə yaşadığı evində qəfildən vəfat etmişdir. Daha sonra o, Abşeron rayonu, Fatmayı qəbristanlığında dəfn edilmişdir. Dəfnində və yas mərasimlərində iştirak etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 3 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X3 ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən tərəflərindən mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. 9.Mülki işin materiallarında olan X-ЖГ nömrəli, 284005 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. 10.Mülki işin materiallarında olan Abşeron rayon Fatmayı Bələdiyyəsi tərəfindən X8 verilən xx.xx.2024-cü il tarixli, 31 nömrəli Arayışdan görünür ki, onun qohumu X6 xx.xx.2024-cü il tarixdə Fatmayı kənd qəbristanlığında dəfn olunmuşdur. X9 bütün xərcləri öz üzərinə götürmüşdür. 11.Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 ölümü ilə bağlı Nəsimi rayon Qeydiyyat şöbəsində və Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. 12.Mülki işin materiallarında olan Təcili və X5 Stansiyası tərəfindən verilən xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən mənzildə həmin tarixdə X6 adlı kişi meyiti aşkar edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 14.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 15.Göründüyü kimi ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. 16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 17.Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 18.Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. 19.Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 20.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi oğlu xx.xx.1969-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 23.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar