Məhkəmə qərarları › İş №2(006)-4433/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4433/2022

12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4433/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşdirmə ərizəsi verərək, 2(006)-4433/2022 saylı mülki iş üzrə ərizəsi dəqiqləşdirərək bildirmək istəyir ki, anası X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olan, Lakin ünvan 2 anası, X4, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Anası xx.xx.2022-ci ilədək ünvan 3 ünvanda yaşamışdır. xx.xx.2022-ci il tarixdən o ünvan 1 ünvanda qeydiyyata düşmüş, lakin ünvan 4dır. 2021-ci ilin oktyabr ayında ona Qeyri-Hockin limfoması 4-cü dərəcə diaqnozu qoyulmuş və o, 2021-ci ilin noyabr ayından Milli Onkologiya Mərkəzində qeydiyyata alınmışdır. Həmin tarixdən etibarən, o, nə Nizami rayonu üzrə, nə də Nəsimi rayonu üzrə sahə poliklinikalarına müraciət etməmişdir. Anası xx.xx.2022-ci il tarixində vəfat etdikdən sonra Forma 106 sənədini almaq üçün 1 saylı şəhər poliklinikasına müraciət etmişdir, lakin anasının poliklinikaya heç vaxt müraciət etmədiyini əsas gətirərək, sənədi verməkdən imtina edildi. Nizami rayonu 18 saylı poliklinikada isə anasının ərazidə qeydiyyatda olmadığını əsas gətirərək, Forma 106 sənədi verməkdən imtina etdilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-T seriyalı 114525 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ana qrafasında X4 qeyd edilmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin nömrəsindən görünür ki, X4 xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. İş materiallarıında olan xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən epikrizdən görünür ki, X3 Qeyri-Hockin limfomasının dəqiqləşdirilməmiş formaları diaqnozu qoyulub. Təcili və X5 Stansiyası tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 01:30-da Kərpic küçəsi 16, mənzil 41 ünvanına gələn təcili tibbi yardım briqadası X1 artıq öldüyünü müəyyənləşdirmişdir. 1 №-li Şəhər Poliklinikası tərəfindən Ərizəçi Ağaəli oğluna ünvanlanmış 246 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X2 1 nömrəli şəhər poliklinikasında ambulator kartası və hər hansı xəstəliyi ilə əlaqədar müraciətləri olmadığına görə ölüm haqqında 106 saylı arayışı verilməsi mümkünsüzdür. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 ifadəsində bildirmişdir ki, mərhum onun nənəsidir. 31 avqust tarixində vəfat etmişdir. Şəki rayonu, Oxud kəndində dəfn edilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mərhum onun bacısıdır. 31 avqust tarixdə vəfat etmişdir. Dəfndə iştirak etmişdir. O, Şəki rayonu, Oxudda dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1952-ci il tarixdə Şəki rayonu, Oxud kəndində doğulmuş X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci il tarixdə Şəki rayonu, Oxud kəndində doğulmuş X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar