Məhkəmə qərarları › İş №2(006)-4455/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4455/2025

06.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4455/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X5 oğlunun sədrliyi, X4 qızının katibliyi, Ərizəçi MMC-nin nümayəndəsi X1, Maraqlı şəxs iştirakları ilə Ərizəçi MMC-nin Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi MMC Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB\9\2025-00047 nömrəli barışıq sazişinin məcburi icrası üçün xx.xx.2025-ci il tarixli, MŞB\9\2025-00047 nömrəli barışıq sazişi (2-ci bəndinə Maraqlı şəxs tərəfindən əməl olunmadığı üçün) “Tərəflər razılaşırlar ki, İkinci tərəf xx.xx.2025-ci il tarixədək 7350 (yeddi min üç yüz əlli) AZN borcunu tam şəkildə Birinci tərəfə ödəyəcəkdir. İkinci tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Birinci tərəf İkinci tərəfin borcunu aylıq deyil, tam şəkildə ödəməsi” şərti ilə Barışıq sazişinin təsdiq edilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli MŞB\9\2025-00047 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, tərəflər razılaşırlar ki, ikinci tərəf xx.xx.2025-ci il tarixədək 7350 (yeddi min üç yüz əlli) AZN borcunu tam şəkildə Birinci tərəfə ödəyəcəkdir. İkinci tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Birinci tərəf İkinci tərəfin borcunu aylıq deyil, tam şəkildə ödəməsi şərti ilə Barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB\9\2025- 00047 nömrəli Barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Maraqlı şəxs tərəfindən aylıq ödənişlər könüllü şəkildə icra edilmədiyi üçün barışıq sazişinin 2-ci bəndi əsas götürülməklə borc məbləğinin tam şəkildə ödəməsi şərti ilə saziş təsdiq edilməlidir. a) Məhkəmə prosesi: Məhkəmə iclasında Ərizəçi MMC-nin nümayəndəsi X2 ərizəni müdafiə edib bildirdi ki, maraqlı şəxs ərizəçinin işçisi olmuş, iş prosesi zamanı vurduğu zərəri ödəməsi üçün tərəflər mediasiya prosesində iştirak edərək, hazırkı barışıq sazişini imzalamışlar. Lakin maraqlı şəxs sazişin şərtlərinə əməl etmədiyinə görə barışıq sazişinin məcburi icrasını təmin etmək üçün məhkəmə tərəfindən təsdiq edilməsinə zərurət yaranmışdır. Barışıq sazişinin tərəflərin iradə ifadəsini əks etdirməsinin nəzərə alınaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul edib bildirdi ki, barışıq sazişini könüllü imzalamışdır. Sazişdə göstərilən məbləği tam şəkildə ödəməyə imkanı olmadığını bildirib, ödənişin hissə-hissə həyata keçirilməsi barədə qərar qəbul edilməsini xahiş edib, ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: İş materiallarında olan Ərizəçi MMC (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB\9\2025-00047 nömrəli barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir: “1. Tərəflər razılaşırlar ki, ikinci tərəf xx.xx.2025-ci il tarixədək 7.350 (yeddi min üç yüz əlli) AZN borcunu tam şəkildə birinci tərəfə ödəyəcəkdir.

2. İkinci tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, birinci tərəf ikinci tərəfin borcunu aylıq deyil, tam şəkildə ödəməsi şərti ilə barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir”. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi zamanı xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişi ilə tərəflər maraqlı şəxsin ərizəçiyə olan 7.350 manat məbləğində borcunu xx.xx.2025-ci il tarixədək tam şəkildə ödəyəcəyi barədə razılığa gəlmişlər. Lakin maraqlı şəxs həmin şərtə əməl etmədiyindən, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, sazişin təsdiq edilməsini xahiş etmişdir. c) Məhkəmənin mövqeyi: Məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırkı icraat çərçivəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin qanunauyğun olubolmaması, yəni təsdiq edilməli olub-olmaması məsələsi araşdırılır. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ilk öncə qeyd edilməlidir ki, sazişin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilməsi, tərəflərin iradə ifadəsini əks etdirməsi, könüllü bağlanması, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmaması, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmaması, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq bir tərəfə zərər vurmaması məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2024-cü il tarixli, 01/2024 №-li qərardadı: 24-cü bənd. Barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. 28-29-cu bəndlər. Barışıq razılaşmasının bağlanması üçün bir qayda olaraq forma tələb olunmur, lakin razılaşmada hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır (Mülki Məcəllə, maddə 881.3). Məsələn, daşınmaz əşyaya sərəncam verilməsi razılaşdırılırsa, belə saziş notarial qaydada təsdiqlənməlidir. Qanunvericilikdə barışıq sazişinin digər formaları da nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanır (“Mediasiya haqqında” Qanun, maddə 33.1). Məhkəmənin təsdiqlədiyi barışıq sazişi isə protokol şəklində tərtib olunur (Mülki Məcəllə, maddə 881.3). 32-33-cü bəndlər. Barışıq sazişi mübahisədə olan tərəflər arasında həm məhkəmədən kənar, həm də məhkəmə təsdiqi ilə bağlana bilər. məhkəmə təsdiqi barışıq sazişinin məcburi etibarlılıq şərti deyil, çünki barışıq sazişlərinin əmələ gəlməsi üçün məhkəmə təsdiqi qanunda məcburi şərt olaraq nəzərdə tutulmamışdır. 39-cu bənd. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355- 23.1). 47-ci bənd. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları və yuxarıda istinad olunan qanunvericilik normaları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB\9\2025-00047 nömrəli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilməlidir: “1. Tərəflər razılaşırlar ki, ikinci tərəf xx.xx.2025-ci il tarixədək 7.350 (yeddi min üç yüz əlli) AZN borcunu tam şəkildə birinci tərəfə ödəyəcəkdir.

2. İkinci tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, birinci tərəf ikinci tərəfin borcunu aylıq deyil, tam şəkildə ödəməsi şərti ilə barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir”. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edildiyindən, iş üzrə ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. , Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB\9\2025-00047 nömrəli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: “1. Tərəflər razılaşırlar ki, ikinci tərəf xx.xx.2025-ci il tarixədək 7.350 (yeddi min üç yüz əlli) AZN borcunu tam şəkildə birinci tərəfə ödəyəcəkdir.

2. İkinci tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, birinci tərəf ikinci tərəfin borcunu aylıq deyil, tam şəkildə ödəməsi şərti ilə barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir”. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar