Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4487/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Həxiyeva Şəbnəm Səlim qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan "İddiaçı1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "İddiaçı1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2-2(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı1 ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir. xx xxxxxx 2013 - cü il tarixdə İddiaçı1 ASC və Cavabdeh arasında müvafiq olaraq 44 saylı, xx xxxxxx 2014-cü il tarixdə 14 saylı, xx xxxxxx 2014-cü il tarixdə 02AZM000 saylı kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh bank tərəfindən, 44 saylı kredit müqaviləsi üzrə illik 9 % olmaqla, 180 (bir yüz səksən) ay müddətinə 736000 (yeddi yüz otuz altı min) manat kredit, 14 saylı kredit müqaviləsi üzrə illik 7 % olmaqla, 60 (altmış) ay müddətinə 24 (iyirmi dörd) aylıq güzəştlə 200000 (iki yüz min) manat kredit və 02AZM000 saylı kredit müqaviləsi üzrə illik 28 % olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 10000 (on min) manat məbləğində kredit xətti verilmişdir. Qeyd olunan kredit müqavilələrinə əsasən Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlləri üzrə ödəməli idi. İddiaçı1 ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh vermişdir. Amma borclu Cavabdeh krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Borclu Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Göstərilənlərə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə xx xxxxxx 2013-cü il tarixli, 44 saylı kredit müqaviləsi üzrə əsas məbləğ – 684878,35 manat, hesablanmış faiz – 258003,57 manat, cərimə borcu – 2788,53 manat, cəmi – 945670,45 manat, xx xxxx 2020-ci il tarixinə Cavabdeh, xx xxxxxx 2014 -cü il tarixli 14 saylı kredit müqaviləsi üzrə LPO İddiaçı1 ASC-nə olan borcu əsas məbləğ – 199993 manat, hesablanmış faiz – 33105,29 manat, cərimə borcu – 1135,23 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 8088,61 manat, cəmi – 242322,13 manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun, ləğv prosesində olan İddiaçı1 ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı ləğv prosesində olan "İddiaçı1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə teleqram göndərilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "İddiaçı1" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, № 44 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 180 ay müddətinə, illik 9% ödəmək şərtilə 736.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "İddiaçı1" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, № 14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 7% ödəmək şərtilə 200.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı1 ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 44 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 684.878,35 manat, faiz borcu üzrə 258.003,57 manat, cərimə borcu üzrə 2788,53 manat, cəmi 945.670,45 manat borcu qalmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı1 ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 199.993 manat, faiz borcu üzrə 33.105,29 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 8088,61 manat, cərimə borcu üzrə 1135,23 manat, cəmi 242.322,13 manat borcu qalmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "İddiaçı1" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, № 44 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 180 ay müddətinə, illik 9% ödəmək şərtilə 736.000 manat məbləğində kredit verilmiş, “İddiaçı1" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, № 14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 7% ödəmək şərtilə 200.000 manat məbləğində kredit verilmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə cavabdehin banka 44 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 684.878,35 manat, faiz borcu üzrə 258.003,57 manat, cərimə borcu üzrə 2788,53 manat, cəmi 945.670,45 manat borcu, 14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 199.993 manat, faiz borcu üzrə 33.105,29 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 8088,61 manat, cərimə borcu üzrə 1135,23 manat, cəmi 242.322,13 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 44 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 684.878,35 (altı yüz səksən dörd min səkkiz yüz yetmiş səkkiz manat, otuz beş qəpik) manat, faiz borcu üzrə 258.003,57 (iki yüz əlli səkkiz min üç manat, əlli yeddi qəpik) manat, cərimə borcu üzrə 2788,53 (iki min yeddi yüz səksən səkkiz manat, əlli üç qəpik) manat, cəmi 945.670,45 (doqquz yüz qırx beş min altı yüz yetmiş manat, qırx beş qəpik) manat, xx.xx.2014-cü il tarixli, № 14 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 199.993 (bir yüz doxsan doqquz min doqquz yüz doxsan üç) manat, faiz borcu üzrə 33.105,29 (otuz üç min yüz beş manat, iyirmi doqquz qəpik) manat, cərimə borcu üzrə 1135,23 (bir min yüz otuz beş manat, iyirmi üç qəpik) manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 8088,61 (səkkiz min səksən səkkiz manat, altmış bir qəpik) manat, cəmi 242.322,13 (iki yüz qırx iki min üç yüz iyirmi iki manat, on üç qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1.188.022,58 (bir milyon yüz səksən səkkiz min iyirmi iki manat, əlli səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı ləğv prosesində olan "İddiaçı1" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 44 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 684.878,35 (altı yüz səksən dörd min səkkiz yüz yetmiş səkkiz manat, otuz beş qəpik) manat, faiz borcu üzrə 258.003,57 (iki yüz əlli səkkiz min üç manat, əlli yeddi qəpik) manat, cərimə borcu üzrə 2788,53 (iki min yeddi yüz səksən səkkiz manat, əlli üç qəpik) manat, cəmi 945.670,45 (doqquz yüz qırx beş min altı yüz yetmiş manat, qırx beş qəpik) manat, xx.xx.2014-cü il tarixli, № 14 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 199.993 (bir yüz doxsan doqquz min doqquz yüz doxsan üç) manat, faiz borcu üzrə 33.105,29 (otuz üç min yüz beş manat, iyirmi doqquz qəpik) manat, cərimə borcu üzrə 1135,23 (bir min yüz otuz beş manat, iyirmi üç qəpik) manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 8088,61 (səkkiz min səksən səkkiz manat, altmış bir qəpik) manat, cəmi 242.322,13 (iki yüz qırx iki min üç yüz iyirmi iki manat, on üç qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1.188.022,58 (bir milyon yüz səksən səkkiz min iyirmi iki manat, əlli səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı ləğv prosesində olan "İddiaçı1" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4487/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4487/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver