Məhkəmə qərarları › İş №2(006)-449/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-449/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-449/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqavilələrinin ləğv edilməsi, kreditin, faizlərin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit müqavilələrinin ləğv edilməsi, kreditin, faizlərin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, № 118/F-19 saylı kredit müqaviləsinə əsasən 06 ay güzəşt verilməklə 15% olmaqla 24 ay müddətinə 115.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, № 118/F-19-01 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (ƏMDKYDƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 14.03.2015-ci il tarixə qeydiyyatı alınmış, seriya RX 0609546, reyestr nömrəsi **********78-05301-093188, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən 92,5 kv.m. ümumi, 44,5 kv.m. yaşayış, 48,0 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 148 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.8-ci bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti 200.000 manat, likvid dəyəri isə 180.000 manat müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, Cavabdeh 06.05.2019-cu il tarixli, № 118/F-19 saylı kredit müqailəsinə əsasən 30.06.2020-ci il tarixədək əsas borcundan 26.155,4 manat, faiz borcundan isə 33.925 manat ödəməli olduğu halda əsas borcdan heç bir ödəniş etməmiş, faiz borcundan isə 11376 manat ödəniş etmişdir. Hal-hazırda Cavabdeh Banka 115.000 manat əsas, 8.461,50 manat faiz borcu, 14.087,50 manat cərimə faizi olmaqla, ümumilikdə 137.549 manat ödənilməmiş qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, bank tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 06.05.2019-cu il tarixli, № 118/F-19 saylı müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 30 faiz olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-ci bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsiüzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalanlar kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə sonrakı ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət etmədən sonrakı ipoteka predmetinə yönəldə bilər. 5.2-ci bəndə əsasən sonrakı ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması, borcalanlar və ya sonrakı ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, kredit müqaviləsində ıə həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallarda yaranır. Bundan əlavə İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 19.01.2018-ci il tarixli, № 7/K-18 saylı kredit kart müqaviləsinə əsasən 12 ay müddətinə, ilk ay faiz ödənilmir, 31-120 gün illik 20%, 121-ci gündən etibarən illki 26% olmaqla, 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh sözügedən kart müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş, 30 iyun 2020-ci il tarixə X3 Banka 19999,77 ABŞ dolları əsas, 5339,65 ABŞ dolları faiz borcu, 6510,2 ABŞ dolları cərimə faizi olmaqla, ümumilikdə 31.849,62 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında bağlanmış 23.01.2020-ci il tarixli, 07/k-20-01 saylı öhdəlik müqaviləsinə əsasən Bank və öhdəlik götürən arasında bağlanmış 19.01.2018-ci il tarixli, 7k-18 saylı kredit kart müqaviləsinə əsasən girov saxlayan borcalana 31.01.2022-ci il tarixədək qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit kartı vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi «Öhdəlik götürən» tərəf Cavabdeh özünə məxsus olan (ƏMDKYDƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 14.03.2015-ci il tarixə qeydiyyatı alınmış, seriya RX 0609546, reyestr nömrəsi **********78-05301-093188, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən 92,5 kv.m.ümumi, 44,5 kv.m. yaşayış, 48,0 kv.m. yardımlı sahədən ibarət 2 otaqlı 148 saylı mənzili İddiaçı ASC-yə girov qismində təqdim etməyi öhdəsinə götürür. Göstərilənlərə əsasən İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinin və 19.01.2018-ci il tarixli, 7/K-18 saylı kredit kart müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 19.01.2018-ci il tarixli, 7/K-18 saylı kredit kart müqaviləsinə əsasən 19999,77 ABŞ dolları əsas, 5339,65 ABŞ dolları faiz borcu, 6510,2 ABŞ dolları cərimə faizi olmaqla, ümumilikdə 31.849,62 ABŞ dolları borcun tutulması, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə 115.000 manat əsas, 8461,50 manat faiz borcu, 14087,50 manat cərimə faiz olmaqla, ümumilikdə 137.549 manat borcun, ipoteka tutma yönəldilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş, Cavabdeh məxsus olan (ƏMDKYDƏDRXnin Bakı Ərazi İdarəsi tərəfindən 14.03.2015-ci il tarixə qeydiyyatı alınmış, seriya RX 0609546, reyestr nömrəsi **********78-05301-093188, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən 92,5 kv.m.ümumi, 44,5 kv.m. yaşayış, 48,0 kv.m. yardımlı sahədən ibarət 2 otaqlı 148 saylı mənzilə yönəldilərək, həmin əmlak hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən (borclu Cavabdeh) İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonra İddiaçı ASC-nin nümayəndəsi AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinin və 19.01.2018-ci il tarixli, 7/K-18 saylı kredit kart müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 19.01.2018-ci il tarixli, 7/K-18 saylı kredit kart müqaviləsinə əsasən 19999,77 ABŞ dolları əsas, 8863,39 ABŞ dolları faiz borcu, 6510,2 ABŞ dolları cərimə faizi olmaqla, 35373,36 ABŞ dolları borcun tutulması, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə 115.000 manat əsas, 20.202,34 manat faiz borcu, 149,289,84 manat cərimə borcunun, ipotekaya tutma yönəldilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsi üzrə borcun ipoteka qoyulmuş, Cavabdeh məxsus olan (ƏMDKYDƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 14.03.2015-ci il tarixə qeydiyyatı alınmış, seriya RX 0609546, reyestr nömrəsi **********78-05301-093188, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən 92,5 kv.m.ümumi, 44,5 kv.m. yaşayış, 48,0 kv.m. yardımlı sahədən ibarət 2 otaqlı 148 saylı mənzilə yönəldilərək, həmin əmlak hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən (borclu Cavabdeh) İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonra İddiaçı ASC-nin nümayəndəsi AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinin və 19.01.2018-ci il tarixli, 7/K-18 saylı kredit kart müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 19.01.2018-ci il tarixli, 7/K-18 saylı kredit kart müqaviləsinə əsasən 19999,77 ABŞ dolları əsas, 10446,57 ABŞ dolları faiz borcu, 6510,2 ABŞ dolları cərimə faizi olmaqla, ümumilikdə 36956,54 ABŞ dolları borcun tutulması, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə 115.000 manat əsas, 23604,51 manat faiz borcu, 14087,50 manat cərimə faizi olmaqla, ümumilikdə 152692,01 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsi üzrə borcun ipoteka qoyulmuş Cavabdeh məxsus olan (ƏMDKYDƏDRXnin Bakı Ərazi İdarəsi tərəfindən 14.03.2015-ci il tarixə qeydiyyatı alınmış, seriya RX 0609546, reyestr nömrəsi **********78-05301-093188, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən 92,5 kv.m.ümumi, 44,5 kv.m. yaşayış, 48,0 kv.m. yardımlı sahədən ibarət 2 otaqlı 148 saylı mənzilə yönəldilərək, həmin əmlak hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən (borclu Cavabdeh) İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 dəqiqləşdirilmiş iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh X5 məhkəməyə izahat verərək bildirmişdir ki, qeyd olunan kredit müqaviləsi üzrə borc məbləği artıq yazılmış, əmlakın qiymətləndirilməsi barədə rəydə isə əmlakın dəyəri bazar qiymətini əks etdirməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.01.2018-ci il tarixli, 7/K-18 saylı kredit kartı müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə, ilk 30 gün ərzində faiz hesablanmamaqla, 31-ci gündən başlayaraq illik 20%, 121-ci gündən etibarən illik 26% olmaqla, 20.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.01.2020-ci il tarixli, 7/k-20-01 saylı öhdəlik müqaviləsinə əsasən Bank və öhdəlik götürən arasında bağlanmış 19.01.2018-ci il tarixli, 7k-18 saylı kredit kart müqaviləsinə əsasən girov saxlayan borcalana 31.01.2022-ci il tarixədək qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit kartı vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi «Öhdəlik götürən» tərəf Cavabdeh özünə məxsus olan (ƏMDKYDƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 14.03.2015-ci il tarixə qeydiyyatı alınmış, seriya RX 0609546, reyestr nömrəsi **********78-05301-093188, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən 92,5 kv.m.ümumi, 44,5 kv.m. yaşayış, 48,0 kv.m. yardımlı sahədən ibarət 2 otaqlı 148 saylı mənzili İddiaçı ASC-yə girov qismində təqdim etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.05.2019cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinə əsasən 06 ay güzəşt verilməklə 15% olmaqla 24 ay müddətinə 115.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.05.2019cu il tarixli, № 118/F-19-01 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********78-05301-093188, qeydiyyat nömrəsi **********, seriya RX ******* olan 14.03.2015-ci il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 92,5 kv.m. ümumi, 44,5 kv.m. yaşayış, 48,0 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 148 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.8-ci bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti 200.000 manat, likvid dəyəri isə 180.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, 14.03.2015-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 148 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.01.2018-ci il tarixli 7/K-18 saylı kredit kartı müqaviləsinə 13.02.2019-cu il tarixli, 01 №-li Əlavədən görünür ki, kreditdən son istifadə müddəti 31.01.2020-ci il tarixədək uzadılmışdır. İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.01.2018-ci il tarixli 7/K-18 saylı kredit kartı müqaviləsinə 22.01.2020-ci il tarixli, 02 №-li Əlavədən görünür ki, kreditdən son istifadə müddəti 31.01.2022-ci il tarixədək uzadılmışdır. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh 19.01.2018-ci il tarixli kredit müqaviləsi üzrə 19999,77 ABŞ dolları əsas, 5339,65 ABŞ dolları faiz, 6510,20 ABŞ dolları cərimə borcu var. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh 06.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 115000 manat əsas, 8461,50 manat faiz, 14087,50 manat cərimə borcu var. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş 25.02.2021-ci il tarixdə maliyyə arayışlarına əsasən Cavabdeh 25.02.2021-ci il tarixə 19.01.2018-ci il tarixli kredit müqaviləsi üzrə 19999,77 ABŞ dolları əsas, 8863,39 ABŞ dolları faiz, 6510,20 ABŞ dolları cərimə borcu; 06.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 115000 manat əsas, 20202,34 manat faiz, 14087,50 manat cərimə borcu var. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş 26.05.2021-ci il tarixdə maliyyə arayışlarına əsasən Cavabdeh 06.05.2021-ci il tarixə 19.01.2018-ci il tarixli kredit müqaviləsi üzrə 19999,77 ABŞ dolları əsas, 10446,57 ABŞ dolları faiz, 6510,20 ABŞ dolları cərimə borcu; 06.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 115000 manat əsas, 23604,51 manat faiz, 14087,50 manat cərimə borcu var. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə Cavabdeh tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 4 saylı evin 148 saylı mənzili 06.05.2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinə əsasən 06.05.2021-ci il tarixədək ipoteka müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh 19.05.2020-ci il tarixdə və 09.06.2020-ci tarixdə ünvanlanmış bildirişlərin surətlərindən görünür ki, 19.01.2018-ci il tarixli və 06.05.2019-cu il tarixli kredit müqavilələrinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 4 saylı evin 148 saylı mənzilinə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 23.06.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 saylı evin 148 saylı mənzilinə dair tutlmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İddiaçı ASC sifarişi əsasında «xxxx» MMC-nin 01.03.2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 4 saylı evin 148 saylı mənzilinin hazırki bazar dəyəri 191.000 manat, likvid dəyəri 179.000 manat təşkil etmişdir. «xxxx» MMC-nin 05.05.2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 4 saylı evin 148 saylı mənzilinin hazırki bazar qiyməti 205.000 manat, likvid qiyməti 185.000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6049 saylı, 11 yanvar 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 06.05.2019-cu il tarixli 118/F-19 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınmaqla Cavabdeh bank tərəfindən borcun hesablandığı 03.11.2020-ci il tarixə İddiaçı ASC-nə olan borcu 129.355,55 manat məbləğində müəyyən edilmiş, o cümlədən əsas borcu - 115.000 manat, faiz borcu - 14355,25 manat təşkil etmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli 118/F-19 saylı kredit müqaviləsinin müddətinin bitmə tarixi 06.05.2021-ci il olduğundan, hazırki ekspertiza zamanı müqavilə müddətinin bitdiyi tarixə borc hesablanmadı. Ekspert rəyinin tərtib edildiyi 11.01.2021-ci il tarixə Cavabdeh İddiaçı ASC-nə olan borcu 132.613,58 manat məbləğində müəyyən edilmiş, o cümlədən əsas borcu - 115.000 manat, faiz borcu - 17.613,58 manat təşkil etmişdir. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 19.01.2018-ci il tarixli 7/K-18 saylı kredit kartı müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınmaqla Cavabdeh bank tərəfindən borcun hesablandığı 03.11.2020-ci il tarixə İddiaçı ASC-nə olan borcu 29.991,45 ABŞ dolları məbləğində müəyyən edilmiş, o cümlədən əsas borcu - 19.999,77 ABŞ dolları, faiz borcu - 6.991,68 ABŞ dolları təşkil etmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.01.2018-ci il tarixli 7/K-18 saylı kredit kartı müqaviləsinin müddətinin bitmə tarixi 31.01.2022-ci il olduğundan, hazırki ekspertiza zamanı müqavilə müddətinin bitdiyi tarixə borc hesablanmadı. Ekspert rəyinin tərtib edildiyi 11.01.2021-ci il tarixə Cavabdeh İddiaçı ASC-nə olan borcu 27.973,67 ABŞ dolları məbləğində müəyyən edilmiş, o cümlədən əsas borcu - 19.999,77 ABŞ dolları, faiz borcu - 7973,9 ABŞ dolları təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.01.2018-ci il tarixli kredit kart müqaviləsinə əsasən bank tərəfindən ona 12 ay müddətinə, ilk 30 gün ərzində faiz ödənilməməklə, 31-120 gün illik 20%, 121-ci gündən etibarən illki 26% olmaqla, 20.000 ABŞ dolları məbləğində kredit verilmiş, 06.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 06 ay güzəşt verilməklə 15% olmaqla 24 ay müddətinə 115.000 manat məbləğində kredit verilmiş, 19.01.2018-ci il tarixli kredit müqaviləsinin bitmə müddəti 31.01.2022-ci ilədək uzadılmış, 06.05.2019-cu il tarixli kredit müqavilənin təminatı kimi Cavabdeh Ramil oğlu ilə bank arasında kredit ipoteka müqaviləsi bağlanmışdır. Hazırda cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, kredit müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə banka 19.01.2018-ci il tarixli və 06.05.2018-ci il tarixli müqavilələr üzrə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqavilələr üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 19.01.2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 19.999,77 ABŞ dolları, faiz borcu (rəyin tərtib edildiyi tarixə) 7973,90 ABŞ dolları, 06.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcu 115.000 manat, faiz borcu (rəyin tərtib edildiyi tarixə) 17.613,58 manat təşkil edir. İrəli sürülmüş tələb üzrə isə 19.01.2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 19.999,77 ABŞ dolları, faiz borcu kimi 10.446,57 ABŞ dolları, 06.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 115.000 manat, faiz borcu kimi 23.604, 51 manat məbləğində pul tələb olunur. Məhkəmə iddia tələbinin əsas borcunun tutulması ilə bağlı hissəsi üzrə qeyd edir ki, cavabdehin 19.01.2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcunun 19.999,77 ABŞ dolları və 06.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcunun 115.000 manat olması öz təsdiqini tapdığından, həmin hissədə tələb əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin 19.01.2018-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcunun 7973,90 ABŞ dolları, 06.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə faiz borcunun 17.613,58 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməli və iddiaçı tərəfindən iddia ərizəsi üzrə iddia həcminin artırılması üzrə ərizə daxil oldiğunda və faiz məbləği kredit müqaviləsi üzrə hesablanmasının davam etdiyi nəzərə alınmaılıdır. Odur ki, məhkəmə faiz məbləği ilə bağlı cavabdehdən 19 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə 10.446,57 ABŞ dollarını, 06 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 23.604,51 manatın tutulmasını əsaslı və qanuni hesab edir. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 19.01.2018-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 500 ABŞ dolları, 06.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, tələbin ödənilməsi üçün tutmanın cavabdeh Gülarə Pənahova ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret hazırki işdə ipoteka müqaviləsi 2019-cu ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İşdə olan «xxxx» MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 4 saylı evin 148 nöməri evinin hazırki bazar dəyəri 205.000 manat, likvid qiyməti 185.000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiymətinə və bazar qiymətinə tənasüb surətdə nəzərə alınmasınıi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2018ci il tarixli 7/K-18 saylı kredit kart müqaviləsi və 06 may 2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsi ləğv edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2018-ci il tarixli 7/K-18 saylı kredit kart müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19.999,77 ABŞ dolları əsas borcu, 10.446,57 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 30.946,34 (otuz min doqquz yüz qırx altı dollar otuz dörd sent) ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 may 2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 115.000 manat əsas borcu, 23.604,51 manat faiz borcu, 1000 manat cərimə, cəmi 139.604,51 (bir yüz otuz doqquz min altı yüz dörd manat əlli bir qəpik) manat, həmçinin 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumu tutulmalı, tutma Cavabdeh mülkiyyətində olan, ilkin satış qiyməti 185000 (bir yüz səksən beş min) manat məbləğində müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 92,5 kv.m. ümumi, 44,5 kv.m. yaşayış, 48, kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 148 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən cəmi 30.946,34 (otuz min doqquz yüz qırx altı dollar otuz dörd sent) ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 139.604,51 (bir yüz otuz doqquz min altı yüz dörd manat əlli bir qəpik) manat məbləğində pul iddiaçının xeyrinə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh Ramil oğlundan üumumi qaydada tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2018-ci il tarixli 7/K-18 saylı kredit kart müqaviləsi və 06 may 2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsi ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2018-ci il tarixli 7/K-18 saylı kredit kart müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19.999,77 ABŞ dolları əsas borcu, 10.446,57 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 30.946,34 (otuz min doqquz yüz qırx altı dollar otuz dörd sent) ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 may 2019-cu il tarixli, 118/F-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 115.000 manat əsas borcu, 23.604,51 manat faiz borcu, 1000 manat cərimə, cəmi 139.604,51 (bir yüz otuz doqquz min altı yüz dörd manat əlli bir qəpik) manat, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan, ilkin satış qiyməti 185000 (yüz səksən beş min) manat məbləğində müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 92,5 kv.m. ümumi, 44,5 kv.m. yaşayış, 48, kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 148 saylı mənzilinə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən cəmi 27491,45 (iyirmi yeddi min dörd yüz doxsan bir ABŞ dolları, qırx beş sent) ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 130.355,25 (yüz otuz min üç yüz əlli beş manat iyirmi beş qəpik) manat məbləğində pul iddiaçının xeyrinə ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh Ramil oğlundan tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar