Məhkəmə qərarları › İş №2(006)-4519/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4519/2021

13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4519/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23.02.1954-cü il təvəllüdlü X7 31.05.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o - Ərizəçi, atası X7 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət edir. Atası X9 31.05.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində xəstəlikdən vəfat etmişdir. Atası vəfat etdikdən sonra Bakı şəhəri, Əmircan qəsəbə məzarlığında dəfn olunmuşdur. 31.05.2021-ci il tarixdə Təcili və X8 Stansiyasının “Ölüm haqqında’' Xəbərdarlıq vərəqəsində atası X7 həkim çağırışı gələnə qədər vəfat etdiyi və ölümün səbəbi olaraq Covid-19 virusu göstərilmişdir. Ölüm faktının təsdiqlənməsi üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinin 5 №-li şəhər Poliklinikasına müraciət edən zaman müraciətisinə imtina cavabı verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan 23.02.1954-cü il təvəllüdlü X9 31.05.2021-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 №-li şəhər Poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərindən Forma №106 verilməmişdir. Daha sonra ölüm haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir və zəruri olan sənədlər təqdim edilmədiyinə görə həmin müraciətinə də imtina cavabı verilmişdir. Bildirmək istəyir ki, ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamənin alınması üçün ona lazımdır. Ölüm haqqında şəhadətnamənin alınması da atasından qalan miras əmlakların vərəsəlik işlərinin aparılması məqsədilə lazımdır. Yuxarıda qeyd olunan səbəblərdən sənədlər natamam olduğu üçün o, atasının ölüm haqqında şəhadətnaməni ala bilmir. Ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, hazırda atasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik çəkdiyini bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq Ərizəçi mülki işinə dair məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05.06.2021-ci il tarixli, 05/Q-1119/75 saylı məktubdan görünür ki, X7 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzəriə çatdırılmışdır ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, ərizəçi atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. AZE 02666116 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 23.02.1954cü il tarixdə Bakı şəhərində anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən 14.12.1982-ci il tarixdə verilmiş İX-ЖГ seriyalı, 274305 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, atası X9, anası X1. Təcili və X8 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 31.05.2021-ci il tarixdə X7 adına çağırış verilmişdir. Həkimə qədər ölümdür. Kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 nömrəli şəhər poliklinikasının 04.06.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X9 31.05.2021-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyi, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədyi üçün Forma N 106 almaq üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Bakı şəhər Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən verilmiş 07.06.2021-ci il tarixli, 73 nömrəli arayışdan görünür ki, X9 31.05.2021-ci il tarixdə Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 80-də vəfat etmişdir. Mərhum Əmircan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, mərhum X3 əri olmuşdur. Mərhum ölümündən 1 gün əvvəl ağrılarının olduğunu onlara bildirmişdir. Buna görə də yaşadıqları evə mərhumu müayinə etməsi üçün həkim dəvət etmişlər. Həkim onu müayinə etsə də heç bir probleminin olmadığını bildirmişdir. 31.05.2021-ci il tarixdə lakin mərhum ərinin ağrıları daha da şiddətlənmişdir. Bu səbəbdən də onlar Təcili- Tibbi yardım xidmətinə zəng edərək evə dəvət etmişlər. Lakin Təcili-Tibbi yardım xidmətinin əməkdaşları ünvana gəlib çatdıqda əri artıq rəhmətə getmişdir. Mərhum Əmircan qəsəbəsindəki qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında X4 tərcüməçiliyi ilə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, mərhum X3 bacısının əridir. 31.05.2021-ci il tarixdə, saat 03:00 radələrində bacısı ona zəng edərək ərinin rəhmətə getdiyini bildirmişdir. O da oğlu ilə birlikdə bacısının yaşadığı evə getmişdir. Mərhumun heç bir xəstəliyi olmamışdır. Mərhum X9 Əmircan qəsəbəsindəki qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, mərhum onun 25 illik dostudur. 31.05.2021-ci il tarixdə, axşam saatlarında mərhumun qızı Samirə ona mesaj yazaraq atasının rəhmətə getdiyini bildirmişdir. Mərhum X9 Əmircan qəsəbəsindəki qəbirstanlıqda dəfn edilmişdir. Dəfn mərasimində o özü də iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 ərizəçinin atası olmuşdur. X9 Əmircan qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 23.02.1954-cü il təvəllüdlü X7 31.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.02.1954-cü il təvəllüdlü X7 31.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar