Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4532/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ərizəçi X1 iştirakı ilə, ərizəçi X1 Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi X4 ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi 28.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini və qəbul edilmiş qətnamənin onun adına ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmasını qeyd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi 28 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Atası 23.06.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi Rayon Mehdiabad kənd qəbiristanlığında dəfn edilmişdir. Atası xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi ürək xəstəliyindən əziyyət çəkirdi. Atasının səhhəti 28 yanvar 2021-ci il tarixdə saat 11 radələrində qəflətən pisləşdiyi üçün təcili tibbi yardım çağırılmışdır. Lakin təcili tibbi yardım briqadası gəlib çatana kimi atası ölmüşdür. Ona görə də onun ölümünün səbəbini təcili tibbi yardım briqadası dəqiqləşdirə bilməmişdir. Bu barədə BŞT və TTYS-nin 8 saylı Bölməsi tərəfindən 28.01.2021-ci il tarixdə 0369 saylı ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. Həmin sənədləri Bakı şəhər Maraqlı şəxsnə təqdim edərək mərhum atası xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Maraqlı şəxs 11.02.2021-ci il tarixdə 05/Q-312/75 saylı imtina məktubu vermişdir. Ona görə də xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. Atasının 28.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsini şahidlər də təsdiq edə bilərlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Ölüm haqında şəhadətnaməni başqa qaydada ala bilmir. Hazırda atası xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi Ölüm faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Atasının mülkiyyətində 99EN519 Dövlət qetdiyyat nişanlı X15 avtomobili vardır. Ölüm faktının müəyyən edilməsi vərəsəlik hüququnun və mülkiyyət hüququnun həyata keçirilməsi üçün zəruridir. Ərizəçi X4 tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi 28.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, hazırda atasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik çəkdiyini bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Bakı şəhəri Maraqlı şəxs tərəfindən X3 ünvanlanmış 11.02.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə daxil olmuş ərizənizə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzəriə çatdırılmışdır ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, ərizəçi atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951ci il tarixdə Ermənistan, Yerevan şəhərində anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 18.10.1975-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 443495 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 18.09.1975-ci ildə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası Hüseynova Xumar İbaş qızıdır. Təcili və X7 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 28.01.2021-ci il tarixdə Ərizəçi adına çağırış verilmişdir. Həkimə qədər ölümdür. Kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 nömrəli şəhər poliklinikasının 01.02.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov 21 ünvanda qeydiyyatda olan, xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi 28.01.2021-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiyimizə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi bildirilmişdir. Abşeron rayon Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş 14.07.2021-ci il tarixli, 119 nömrəli arayışdan görünür ki, Ərizəçi 28.01.2021-ci il tarixdə Mehdiabad qəbristanlığmda dəfn olunmuşdur. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkillərində Ərizəçi xx.xx.1951-ci ildə doğulduğu, 28.01.2021-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mərhum Ərizəçi onun qonşusu olmuşdur. Mərhum uzun müddət xəstəlikdən əziyyət çəkmişdir. 28.01.2021-ci il tarixdə qonşularının səs-küy saldıqlarını eşitmişdir. O, dərhal qonşu mənzilə getdikdə Ərizəçi hamam otağında öldüyünü öyrənmişdir. Sonradan isə Təcili-Tibbi yardım xidmətinin əməkdaşları oraya gəlmişlər. Mərhum Mehdiabad qəsəbəsindəki qəbirstanlıqda dəfn edilmişdir. Dəfndə o, özü də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, mərhum onun atasıdır. O, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov 21 ünvanda yaşayır. 28.01.2021-ci il tarixdə atası hamam otağında olarkən içəridən səs gəldiyini eşitmişlər. O və qardaşı Əli Hüseynov dərhal hamam otağına daxil olduqda atasının yerə yıxıldığını görmüşlər. Onun nəbzini yoxladıqda isə nəbzinin vurmadığını və onun artıq öldüyünü müəyyən etmişlər. Mərhum atası Mehdiabad qəsəbəsindəki qəbirstanlıqda dəfn edilmişdir. Dəfndə o, özü də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 da qardaşı X6 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçinin atası olmuşdur. Hüseynov X2 qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi 28.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi 28.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4532/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4532/2021
15.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver