Məhkəmə qərarları › İş №2(006)-4551/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4551/2023

21.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4551/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «ölüm qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Bakı 5 saylı Şəhər Poliklinikasını maraqlı şəxslər qismində qeyd etməklə, «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 11.*3.1948-ci ildə ermənistan, Krasnoselo rayonunda anadan olmuş X4 22.*8.2*23-cü il tarixdə Bakı şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun doğma atasıdır. Məlum hadisələrlə bağlı ermənistan respublikasından Azərbaycana gəldikdən sonra Bakı şəhərində məskunlaşmış və həmin vaxtdan mərhum atası ilə bir ünvanda yaşamışlar. 2*23-cü ilin avqust ayının sonlarından atasının səhhətində problemlər yaranmış və o, evdə xəstə yatmışdır. 22.*8.2*23-cü il tarixdə atası X4 halı yenidən pisləşdiyindən, ”1*3” xidmətinə zəng vuraraq ona həkim çağırmışdır. Lakin təcili yardımın həkimləri gələnədək, atası Əziz Zeynalov artıq ölmüş və çağırışa gələn həkim briqadası da atasının ölməsi faktını təsdiqləmişlər. Atası öldükdən sonra elə həmin tarixdə Keşlə qəbirstanlığında dəfn edilmişdir. Bundan sonra ölüm haqqında şəhadətnamənin alınması üçün müvafiq tibbi şəhadətnamənin verilməsi məqsədilə dəfələrlə əraziyə xidmət göstərən Bakı 5 saylı Şəhər Poliklinikasına müraciət etsə də, mərhum atasının poliklinikada qeydiyyatda olmaması səbəbi ilə ölümü haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən, o, atasının ölümü haqqında şəhadətnamə ala bilmir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1nə və Bakı 5 saylı Şəhər Poliklinikasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Əvvəlki məhkəmə iclası keçirilən zaman Maraqlı şəxs1 məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs1 və Bakı 5 saylı Şəhər Poliklinikasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, ərizəçinin bacısı, mərhumun isə qızıdır. Atası üç il olardı ki, beyin atrofiyası xəstəliyindən əziyyət çəkirdi. Daha sonra atasının vəziyyəti ağırlaşmış və təcili yardım çağırmışlar. Həkim baxmış və bildirmişdir ki, 3 gün ömrü qalmışdır. Atası xəstələndiyi üçün yeriyə bilmirdi və buna görə də ağ ciyərinə su yığılmışdı. Atası 22 avqust 2*23-cü il tarixində rəhmətə getmişdir. O, Keşlə qəbristanlığında dəfn edilmişdir. X2 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, ərizəçinin qardaşı, mərhumun isə oğludur. Atası 3-4 il olardı ki, xəstəlikdən əziyyət çəkirdi. Onlar atasını həkimə aparmışlar və onlara bildirilmişdir ki, atası insult keçirmiş və başında xəstəlik var idi. Atası 22 avqust 2*23-cü il tarixində rəhmətə getmişdir. O, Keşlə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. Bakı şəhəri Təcili və X3 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 22.*8.2*23-cü il tarixdə 75 yaşlı X4 adına çağırış verilmişdir. “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu verilmişdir. Maraqlı şəxs1 *4.1*.2*23-cü il tarixli 3-16-5/8-15-1493/2*23 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumənin adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı 5 saylı Şəhər Poliklinikasının 24.*8.2*23-cü il tarixli, 326 saylı məktubundan görünür ki, 11.*3.1948-ci il təvəllüdlü X6 22.*8.2*23-cü il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyiniə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə Forma N1*6 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti MKTD Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 2*.12.2*23-cü il tarixli, 1*2 saylı arayışdan görünür ki, X6 22.*8.2*23-cü il tarixində Xətai rayonu, Keşlə qəbirstanlığında dəfn xərcləri onun tərəfindən çəkilməklə dəfn olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 27.*9.2*23-cü il tarixli, 3-16-5/2-11- 91*8/23 saylı məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X1 adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum X4 məzarının üstü götürülmüş, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Xatirə lövhəsinin üzərinə mərhumun şəkli həkk olunmuş, soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atası X4 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 11.*3.1948-ci il tarixdə ermənistan, Krasnoselo rayonunda doğulmuş X6 22 avqust 2*23cü il tarixdə Bakı şəhərində ölmüşdür. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra mərhum 11.*3.1948-ci il təvəllüdlü X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*7, 3*7.2, 3*7.2.3, 311, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11.*3.1948-ci il tarixdə ermənistan, Krasnoselo rayonunda anadan olmuş X4 22 avqust 2*23-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar