Məhkəmə qərarları › İş №2(006)-458/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-458/2021

18.05.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-458/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilənin ləğvi, kreditin, faizlərin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilənin ləğvi, kreditin, faizlərin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı 040HOME411370 saylı, 03.12.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 torpaq sahəsinin və onun üstündə tikilməkdə olan yaşayış evinin alınması üçün 84 ay müddətinə, illik 9% ödəmək şərti ilə 106783 ABŞ dolları məbləğində kredit verilmişdir. Abşeron rayon 1 saylı NK-da 03.12.2013-cü ildə bağlanmış torpaq sahəsinin alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 satın aldığı, Abşeron rayonunun Masazır kəndində yerləşən 0,0275 ha torpaq sahəsini kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka qoyanın əri - Cavabdeh2 yuxarıda qeyd edilən əmlakın ipoteka qoyulmasına notariat qaydada təsdiq edilmiş razılıq vermişdir. Eyni zamanda Cavabdeh2 ilə 03.12.2013-cü il tarixdə 411398/Z saylı Zaminlik müqaviləsi imzalanmışdır. Bankın ipoteka hüququ 23.12.2013-cü ildə daşınmaz dövlət reyestrində qeydə alınmışdır. Borcalanın ərizəsinə əsasən onunla bank qarşısında bağlanmış kredit müqaviləsinin restrukturizasiyasına dair 23.06.2015-ci il tarixli Razılaşmaya əsasən əsas borc, faiz və cərimə cəmləşərək kreditin məbləği 91675,58 ABŞ dolları, kreditin son qaytarılma tarixi 23.01.2024-cü il müəyyən edilir. 23.06.2015-ci ildə Abşeron rayon 1 saylı NK-da alqı-satqı və ipoteka müqaviləsinə müvafiq dəyişikliklər olunmuşdur. Cavabdeh2 Firvdovsi oğlu baqka ərizə ilə müraciət edərək bildirmişdir ki, 23.06.2015-ci il tarixli dəyişikliklərlə razıdır, dəyişikliklərlə tanışdır, öhdəlik icra edilmədikdə zaminlik müqaviləsi üzrə məsuliyyət daşıyır. Borcalanın ərizəsinə əsasən onunla bank arasında bağlanmış kredit müqaviləsinin restrukturizasiyasına dair 20.08.2015-ci il tarixli Razılaşmaya əsasən borcalanın bu tarixə olan 91697,12 ABŞ dolları məbləğində borc qalığı həmin günə olan valyuta kursuna (1 ABŞ dolları = 1,0517 manat) uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 96.740,47 manat müəyyən edilir. 20.08.2015-ci ildə Abşeron rayon 1 saylı NK-da alqı-satqı və ipoteka müqaviləsinə müvafiq dəyişikliklər olunmuşdur. 20.08.2015-ci il tarixdə Cavabdeh2 banka ərizə ilə müraciət edərək bildirmişdir ki, 20.08.2015-ci il tarixli dəyişikliklərlə razıdır, dəyişikliklərlə tanışdır, öhdəlik icra edilməkdə zaminlik müqaviləsi üzrə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərinə görə borcalan hər təqvim ayının müvafiq günündə kredit və kreditdən istifadəyə görə faiz məbləğini hissə-hissə banka ödəməlidir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə 04.07.2019cu il tarixə ödənilməsi gecikdirilən borcun məbləği əsas borc üzrə 73.410,55 manat, faizlər üzrə 18967,09 manat, cərimə üzrə 2582,72 manat təşkil edir. Göstərilənlərə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 040HOME411370 saylı, 03.12.2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 73.410,55 manat əsas kredit borcunun, 18.967,09 manat faiz borcunun, 2582,72 manat cərimənin, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat olmaqla, cəmi 95020,36 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonunun Masazır kəndində 0,0275 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 95020,36 manat pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci 1 ay müddətində onun boşaldılması, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X5 izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.12.2013-cü il tarixli, 040HOME411370 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 84 ay müddətinə, illik 9% olmaqla, 106783 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 və X7 arasında bağlanmış 03.12.2013-cü il tarixli, 016HOME411370/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən X1 rayonu, Masazır kəndi ünvanında yerləşən 0,0275 ha torpaq sahəsini Cavabdeh1 satmış, əmlakın satış qiyməti 10500 manat tam olaraq İddiaçı ASC tərəfindən 03.12.2003-cü il tarixli 040HOME411370 saylı kredit müqaviləsin əsasən Cavabdeh1 verilmiş kredit vəsaiti hesabına ödənilmiş, Cavabdeh1 satılan torpaq sahəsini bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla İddiaçı ASC arasında bağlanmış 03.12.2013-cü il tarixli 040HOME411370 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Banka ipotekaya vermişdir. Tərəflər qəbul etmişlər ki, «İpoteka haqqında» qanunun 51-52ci maddələrinin tələlərinə əsasən ipoteka hüququ Cavabdeh1 həmin sahədə tikilən və gələcəkdə tikiləcək binalarına, tikililərinə və qurğularına şamil edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.12.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ində küçəsində yerləşən 0,0275 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İbrahimli Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 03.12.2013-cü il tarixli, 411398/Z saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 oğlu bank qarşısında 03.12.2013-cü il tarixli, 040HOME411370 saylı kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 040HOME411370 saylı 03.12.2013-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair 22.06.2015-ci il tarixli razılaşmadan görünür ki, kreditin məbləği 91675,58 ABŞ dolları, kreditin son qaytarılma tarixi 23.01.2024-cü il müəyyən edilmişdir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.12.2013-cü il tarixli 016HOME411370/ASİ saylı alqı-satqı və İpoteka müqaviləsinə 23.06.2015-ci il tarixli, 1 №li Əlavədən görünür ki, kreditin məbləği 91675,58 ABŞ dolları, kreditin son qaytarılma tarixi 23.01.2024-cü il müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 23.06.2015-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 23.06.2015-ci il tarixli dəyişikliklərlə razıdır, dəyişikliklərlə tanışdır, öhdəlik icra edilmədikdə zaminlik müqaviləsi üzrə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 040HOME411370 saylı 03.12.2013-cü il tarixli kredit müqaviləsinə 20.08.2015-ci il tarixli 2 №-li Əlavədən görünür ki, borcalanın bu tarixə olan 91697,12 ABŞ dolları məbləğində borc qalığı həmin günə olan valyuta kursuna (1 ABŞ dolları=1.0517 manat) uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 96740,47 manat müəyyən edilmişdir. İş üzrə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.12.2013-cü il tarixli 016HOME411370/ASİ saylı alqı-satqı və İpoteka müqaviləsinə 20.08.2015-ci il tarixli, 2 №li Əlavədən görünür ki, borcalanın bu tarixə olan 91697,12 ABŞ dolları məbləğində borc qalığı həmin günə olan valyuta kursuna (1 ABŞ dolları=1.0517 manat) uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 96740,47 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 20.08.2015-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 20.08.2015-ci il tarixli dəyişikliklərlə razıdır, dəyişikliklərlə tanışdır, öhdəlik icra edilmədikdə zaminlik müqaviləsi üzrə məsuliyyət daşıyır. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş 01.07.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit razılaşması üzrə 01.07.2020-ci il tarixə 73410,55 manat əsas, 18967,09 manat faiz, 2582,72 manat cərimə borcu var. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən Cavabdeh1 Nəimi qızının tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0275 ha torpaq sahəsi 03.12.2013-cü il tarixli, 040HOME411370 saylı kredit müqaviləsinə əsasən 03.12.2013-cü il tarixdən 03.12.2020-ci il tarixədək 7 il müddətinə ipoteka müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən Cavabdeh1 Nəimi qızının tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0275 ha torpaq sahəsi 03.12.2013-cü il tarixli, 040HOME411370 saylı kredit müqaviləsinə 23.06.2015-ci il tarixli 1 № Əlavəyə əsasən 23.06.2015-ci il tarixdən 23.01.2024-cü il tarixədək ipoteka müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 21.06.2019-cu tarixdə ünvanlanmış bildirişin surətindən görünür ki, kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş ünvan 1ində yerləşən 0,0275 ha torpaq sahəsinə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış 24.06.2019-cu il tarixli məktubdan görünür ki, ipoteka predmeti olan ünvan 1ində yerləşən 0,0275 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan X8 qızına göndərilmiş bildirişin çatdırılmasını nəzərə alaraq tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 28.06.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh1 məxsus ünvan 1ində yerləşən 0,0275 ha torpaq sahəsinin üzərində ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması barədə ********** qeydiyyat nömrəli elektron ərizəsi bundan əvvəl daxil olmuş ********** nömrəli ərizə ilə icra edilmişdir. «xxxx» MMC-nin 22.10.2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ünvan 1inə yerləşən 0,0275 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin hazırki bazar qiyməti 83.000 manat, ilkin satış likvid qiyməti 72.000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4853 saylı, 24 dekabr 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,iş materiallarında olan hesabdan çıxarış məlumatları və 03.12.2013-cü il tarixli 040HOME411370 saylı əsas kredit müqaviləsinin, eləcə də həmin müqavilənin tərkib hissəsi olan 23.06.2015-ci il tarixli, 20.08.2015-ci il tarixli razılaşmaların qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-nə sualda soruşulan tarixlərə olan borcu: İddia ərizəsinin verildiyi 01.07.2020-ci il tarixə olan əsas borc üzrə - 73506,11 manat, faiz borcu üzrə - 16860,55 manat; Rəyin tərtib edildiyi 24.12.2020-ci il tarixə olan əsas borc üzrə - 73506,11 manat, faiz borcu üzrə - 20039,69 manat müəyyən edilmişdir. Ekspertiza təyini haqqında qəradadda ekspert qarşısında «borc alan Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə ayrı-ayrılıqda borc alan kredit müddətinin bitdiyi günə İddiaçı ASC-yə hansı məbləğdə borcu qalmışdır» sualı qoyulmuşdur. Qeyd edilir ki, kredit müqaviləsininmüddətinin bitmədiyi (23.01.2024-cü il tarixədək uzadılmasını) nəzərə alaraq həmin tarixə borc hesablanmadı. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə Cavabdeh1 cərimə borcu hesablanmadı. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona 03.12.2013-cü il tarixdə 84 ay müddətinə, illik 9 faiz dərəcəsi ilə 106.783 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsinin restrukturizasiyasına dair 23.06.2015-ci il tarixli razılaşmaya əsasən cavabdehin borcu kapitallaşdırlaraq 91.675,58 ABŞ dolları təşkil etmiş, sonra kredit müqaviləsinin testrukturizasiyasına dair 20.08.2015-ci il tarixli razılaşmayan əsasən 91.697,12 ABŞ dolları konvertasiya edilərək borc qalığı 96.740,47 manat müəyyən edilmiş, kredit müqaviləsinin bitmə müddəti 23.01.2024-cü ilədək uzadılmış, zamin Cavabdeh2 borclu Cavabdeh1 Nizami qızının bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərlərinə öhdəlik götürmüş, həmin kredit müqavilənin təminatı kimi Cavabdeh1 Nizami qızı ilə bank arasında kredit ipoteka müqaviləsi bağlanmışdır. Hazırda cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə banka ümumilikdə 95020,36 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcu 73.506,11 manat, faiz borcu 16860,55 manat təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 73.410,55 manat, faiz borcu kimi 18.967,09 manat məbləğində pul tələb olunur. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 73.410,55 manat əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə faiz borcunun 16.860,55 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 03.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, tələbin ödənilməsi üçün tutmanın Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret hazırki işdə ipoteka müqaviləsi 2013-cü ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İşdə olan «xxxx» MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ünvan 1ində yerləşən 0,0275 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin hazırki bazar qiyməti 83.000 manat, ilkin satış likvid qiyməti 72.000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiymətinə və bazar qiymətinə tənasüb surətdə nəzərə alınmaqla 80.000 (səksən min) manat məbləğ ədalətlidir. Məhkəmə həmçinin iddianın İddiaçı ASC tərəfindən ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilməsini hissəsində qeyd edirki, iddiaçı tərəf bunu tələb etsədə bununla bağlı heç bir qəbz və s sənəd məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 040HOME411370 saylı, 03 dekabr 2013-cü il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 73.410,55 manat kredit borcu, 16.860,55 manat faiz borcu, 300 manat cərimə, həmçinin 30 manat məbləğində dövlət rüsumu, cəmi 90.601,10 manat məbləğində pul tutulmalı, tutma Cavabdeh1 mülkiyyətində olan, ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməklə ünvan 1ində 0,0275 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılmalı, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən cəmi 90.601,10 manat məbləğində pul iddiaçının xeyrinə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı, ünvan 1ində 0,0275 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 040HOME411370 saylı, 03 dekabr 2013-cü il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 73.410,55 manat kredit borcu, 16.860,55 manat faiz borcu, 300 manat cərimə, həmçinin 30 manat məbləğində dövlət rüsumu, cəmi 90.601,10 (doxsan min altı yüz bir manat on qəpik) manat məbləğində pul tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan, ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməklə ünvan 1ində 0,0275 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılmalı, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən cəmi 90.601,10 (doxsan min altı yüz bir manat on qəpik) manat məbləğində pul iddiaçının xeyrinə ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun, ünvan 1ində 0,0275 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar