Məhkəmə qərarları › İş №2(006)-4591/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4591/2022

10.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4591/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilməsi, xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş atası X3 xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, qardaşı və atası X7 ünvan 2 ünvanında yaşamışlar. Pandemiya dövründə 2021-ci ilin avqust ayının sonlarında atası İbrahim Rəhmanov “Covid-19” virusu xəstəliyinə yoluxmuşdur. O, yataq xəstəsi idi, ev şəraitində müalicə olunurdu. Atasının “Covid-19” virusu xəstəliyinə yoluxması barədə “103” nömrəsi vasitəsilə təcili tibbi yardım stansiyasına məlumat vermişlər, lakin pandemiya dövründə karantində olduqları üçün çölə çıxmaq qadağan olunduğuna görə atasını xəstəxanaya apara bilməmişlər. 27 avqust 2021-ci il tarixdə atasının halı qəflətən pisləşmiş, qardaşı təcili yardım çağırmış, lakin təcili yardım maşını gələnə qədər atası yaşadıqları ünvan 2 ünvanında vəfat etmişdir. Belə ki, Bakı şəhər Təcili və X9 Stansiyası tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilərək verilmiş “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi”ndən görünür ki, xx.xx.2021-ci il tarixdə təcili yardıma müraciət edilmiş, həkimlər saat 06:56-da yaşadıqları evə gəlmiş, lakin həkimlər gələnə qədər atası vəfat etmişdir. Qeyd edir ki, “Covid-19” virusu xəstəliyinə yoluxduğu üçün atası ev şəraitində müalicə olunmuş, pandemiya dövründə karantində olduqlarına görə poliklinikaya müraciət edə bilməmişlər. Ona görə də, atasının adına tibbi karta açılmamışdır. Atasının adına poliklinikada tibbi karta olmadığı üçün atası öləndən sonra poliklinika tərəfindən atasının adına “Ölüm haqqında tibbi şəhadətnamə''nin (forma 106) verilməsi mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, atasının vəfatından sonra elimizin adətinə uyğun olaraq mərhum atası X5 qohumları ilə birlikdə Nardaran qəsəbə bələdiyyəsində yerləşən Nardaran qəbirstanlığında dəfn etmişlər. Belə ki, Nardaran qəsəbə bələdiyyəsi tərəfindən tərtib edilərək verilmiş 15 sentyabr 2022-ci il tarixli arayışdan da müəyyən edilir ki, həqiqətən atası Rəhmanov X6 qəbirstanlığında dəfn olunmuşdur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, dəfn mərasimindən sonra o, mərhum atası X3 adına “Ölüm haqqında şəhadətnamə” alınması üçün 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi 02 sentyabr 2022-ci il tarixli cavab məktubu ilə mərhum atası X3 adına “Ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmamasını qeyd etmişdir. Belə ki, 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin 02 sentyabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “1 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi atanız X3 ölümünün qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cii il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 106) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur”. Onu da məhkəmənin nəzərinə çatdırır ki, mərhum atası X3 adına “Ölüm haqqında şəhadətnamə”nin olmaması ona çətinlik yaradır. O, vərəsəlik hüquqlarını həyata keçirə bilmir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X10 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, mərhumun oğlu, ərizəçinin isə qardaşıdır. Atası “Covid-19” virusuna yoluxmuşdur. Elə bu səbəbdən də rəhmətə getmişdir. Atasının rəhmətə getməsini təsdiq edən sənədin alınması üçün dəfələrlə poliklinikaya müraciət etsələr də, həmin sənədin verilməsindən imtina etmişlər. Atasını Nardaran qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində onunla yanaşı yaxın qohumları da iştirak etmişlər. Bundan əlavə hakim tərəfindən verilmiş sualları – ailədə iki övlad, onun və bacısının olduğunu, anasının daha öncədən, 2012-ci il tarixdə vəfat etdiyini, iş materiallarında olan aktı qohumlarının imzaladığını və onların atasının rəhmətə getməsinin şahidi olduqlarını, həmin aktı imzalayan şəxslərin də dəfn mərasimində iştirak etdiklərinə dair məzmunda cavablandırmışdır. X4 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, ərizəçinin və mərhumun ailə dostudur. Onun mobil telefonuna 27 avqust 2021-ci il tarixində təxminən səhər saat 06:00 radələrində zəng daxil olmuş və dostu X3 rəhmətə getməsi xəbəri verilmişdir. Bu xəbəri aldıqdan sonra da, onların yaşadıqları Nərimanov rayonunda yerləşən evlərinə getmişdir. Mərhumu Nardaran qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində özü ilə yanaşı mərhumun qohumları da iştirak etmişlər. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun xalasının qızıdır və mərhum X7 isə onun xalasının yoldaşı olmuşdur. O, mərhum xəstə olduğu vaxtlar onların yaşadıqları evə gedib-gəlmişdir. 2021-ci ilin avqust ayının 27-si səhər saat 07:30 radələrində ərizəçi ona zəng edərək, atasının rəhmətə getdiyini bildirmişdir. Pandemiya dövrü olduğu üçün yas mərasimi evdə təşkil olunaraq keçirilmişdir. Mərhumu Nardaran qəbirstanlığında dəfn etmişlər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. Bakı şəhəri Təcili və X9 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə 59 yaşlı X3 adına çağırış verilmişdir. Həkim tərəfindən kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q-857/15 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumənin adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 X13 X17 1 nömrəli poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli, 324 saylı məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan, xx.xx.2021-ci il tarixdə rəhmətə getmiş, xx.xx.1961-ci il təvəllüdlü X3 tibb kartası X13 1 nömrəli poliklinika şöbəsində mövcud deyildir. Bakı şəhəri Sabunçu rayonu Nardaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 297/22 saylı arayışdan görünür ki, X1 qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum X3 məzarının üstü götürülmüş, məzarüstü xatirə lövhəsi quraşdırılmışdır. Mərmər xatirə lövhəsinin üzərinə mərhumun şəkli həkk olunmuş, soyadı, adı, atasının adı, doğum və vəfat tarixləri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atası X3 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur ki, xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar