Məhkəmə qərarları › İş №2(006)-4624/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4624/2025

10.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4624/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi Elgiz oğlunun iştirakı ilə Ərizəçi Elgiz oğlunın «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi Elgiz oğlu mərhum atası - 22.*1.1957-ci il təvəllüdlü X1 25 iyul 2*25-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi, X1 adına ölüm haqqında şəhadətnamənin verilməsini Nəsimi Rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçinin atası X4 25 iyul 2*25-ci il tarixində vəfat etmişdir. Bakı şəhər Təcili və X6 Stansiyasının 5 saylı bölməsi tərəfindən təqdim edilmiş, 25 iyul 2*25-cü il tarixli. *2*3 №-li xəbərdarlıq vərəqəsinə əsasən xəstə- Mehdiyeva Elgiz. Allahverdi oğlu 25 iyul 2*25-ci il tarixdə, saat *1:2*-da gəlinmiş ölümün ilkin səbəbi bölməsində həkimə qədər ölüm, kişi cinsli meyit qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş, *1.*8.2*25-ci il tarixli, məktubunda qeyd edilmişdir ki, Nazirlər kabinetinin 145 saylı, 31.1*.2*23-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanı xaricindədir. TƏBİB PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 5 nömrəli şəhər poliklinikası tərəfindən təqdim edilmiş 29 iyul 2*25-cü il tarixli məktubda qeyd edilmişdir ki, 22.*1.1957-ci il təvəllüdlü X4 Bakı şəh., Nəsimi ray.. Novruzov Qardaşları ev 1*7 ünvanında yaşayan 25.*7.2*25-ci il tarixində vəfat elmişdir. Uzun müddət ünvan 2oliklinkasına müraciət edilmədiyinə görə, müayinə və müailicə almadığına görə ölüm səbəbini bilmədiyinizə görə Forma N 1*6 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməyi qeyd edilmişdir. Ağdam rayon Qaradağlı Bələdiyyəsi tərəfindən verilmiş *1.*8.2*25-ci il tarixli, 51 №-li arayışda qeyd edilmişdir ki. X4 25.*7.2*24-cü il tarixdə Ağdam rayon Qaradağlı Kənd qəbirstanlığında dəfn olunmuşdur. Ölüm faktını şahidlər, qəbiristanlıq şəkili, qəbiristanlığın arayışı və 5 saylı Stansiyanın arayışı təsdiq edə bilər. Şahidlərdən X3, qonşusu X7 və dayısı X12 atasının ölümünü görmüş və dəfnində iştirak etmişlər. Ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Bu sənəd gələcəkdə bir çox ortaya çıxacaq hüquqi məsələlərin həllində gərəkli olacaqdır. Ölüm haqqında şəhadətnamənin başqa şəkildə tərəfimdən alınması isə qeyri-mümkündür. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi Elgiz oğlu məhkəmə iclasında ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X7 ifadə verərək bildirdi ki, mərhumun qonşusudur. O qeyd etdi ki, mərhum onkoloji xəstə idi. Axşam saat 11-12 radələrində təcili yardım çağırılmış, 1 saat sonra isə vəfat etmişdir. Mərhumu adəti üzrə Ağdam Rayonu qəbiristanlığında dəfn etmişlər. Sonra həm Ağdam, həm Bakıda keçirilmiş yas mərasimlərində iştirak etmişdir. X12 ifadə verərək bildirdi ki, ərizəçinin dayısdır, mərhumun qaynıdır. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkirdi. Mərhumu adəti üzrə Ağdam rayonu Qaradağlı kənd Rayonu Məmmədli kənd qəbiristanlığında dəfn etmişlər. Sonra həm Ağdam həm Bakıda keçirilmiş yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 332589 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Elgiz oğlu xx.xx.1989-cu il tarixdə doğulmuşdur, atası X2r. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaəretmə Birliyi" X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 *5 nömrəli şəhər Poliklinikasının 18-1-1-48/2-Z-234/2*25 nömrəli 29.*7.2*25-ci il tarixli məktubuna əsasən, X5 25.*7.2*25-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət ünvan 2oliklinkasına müraciət edilmədiyinə görə, müayinə və müalicə almadığına görə ölüm səbəbini bilmədiklərinə görə Forma N1*6 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. Mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün deyil. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi Elgiz oğluna ünvanlanmış *1.*8.2*25-ci il tarixli 3-16-5/7-15-1384/25 nömrəli məktuba əsasən, X1 ölümünün qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.1*.2**3-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) və ya Ölmüş elan edilməsi ilə barədə məhkəmə qətnaməsi ilə qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Təcili və X6 Stansiyasının 25.*7.2*25-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, X1 adına *1:2*-də çağırış daxil olmuş, ünvana gələn həkim kişi meyiti aşkar etmişdir. Ağdam Rayon Qaradağlı Bələdiyyəsinin 51 saylı *1.*8.2*25-ci il tarixli arayışına əsasən, X4 25.*1.2*25-ci il tarixdə vəfat etmiş, Ağdam Rayon Qaradağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Qəbiristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, mərhum X4 dəfn edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış ərizəçinin qohumluq məlumatlarına əsasən, Ərizəçi Elgiz oğlunun atası X2r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 3*7.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *3 №-li 12 aprel 2*19-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi Elgiz oğlunun məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, ərizəçinin atası X4 25.*7.2*25-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Ağdam Rayon Qardağlı kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması rəsmiləşdirilmə işlərinin aparılması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 22.*1.1957-ci il təvəllüdlü X1 25.*7.2*25-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, 22.*1.1957-ci il təvəllüdlü X1 25.*7.2*25-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*7, 3*7.2, 3*7.2.3, 311, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22.*1.1957-ci il təvəllüdlü X1 25.*7.2*25-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar