Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4629/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Nəsimi Rayon Qeydiyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi (Bakı şəhəri Nəsimi Rayon Qeydiyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-cü il tarixdə doğulan mərhum anası X1 xx.xx.2024-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və qətnamənin icrasının Nəsimi Rayonu Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Bakı şəhəri, Nəsimi rayonu, 3 Mkr, Cavadxan küçəsi, ev 14, mənzil 18-də qeydiyyyatda olan anası xx.xx.1970-cı il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə saat 00:10da aqonal vəziyyətdə X11 TTTY-nin şöbəsinə gətirilmişdir. Anasına təcili tibbi təxirə salınmaz tədbirlərin göstərilməsinə baxmayaraq saat 01:10-də rəhmətə gedib. Anası rəhmətə getdikdən sonra onu Yeni Xocəsən qəbiristanlığında dəfn etmişlər. Lakin hələ qəbirüstü abidəsini götürməmişlər. Bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Görünür ki, Qeydiyyat şöbəsinin təcili yardımın sənədini əsas götürməməsi və imtina etməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin olunması xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi məhkəməyə məktub göndərərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi dayısı, yəni, mərhumun qardaşıdır. 2024-cü ildə avqustun 25-dən 26-na keçən gecə özünə məxsus avtomobillə bacısını xəstəxanaya aparmışlar. Mərhum şəkər xəstəliyindən əziyyət çəkirdi. Mərhumu adəti üzrə Xocasən qəbiristanlığında dəfn etmişlər. Yas mərasimlərini öz evində vermişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-İ seriyalı 108950 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Ərizəçi xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, atası X6 və anası X3 qeyd edilmişdir. Xocasən bələdiyyəsinin xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən, X3 xx.xx.2024-cü il tarixdə Xocasən qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-Q-1733/2024 nömrəli Ərizəçi ünvanlanmış məktubuna əsasən, X1 ölümünün qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"nın 8.5 bəndlərinə əsasən X15 şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Azərbaycan Respublikas «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X16 «Bakı Baş Səhiyyə Mərkəzi» X16 20 nömrəli şəhər polklinikasının Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 3-cü mikrorayon Cavadxan küçəsi ev 14 m 18 ünvanında yaşayan İİİ dərəcəli əlil X3 poliklinikada “Ətraf arteriaların asterosklerozu, sağ aşağı ətrafın dizaltı arteriyaların stenozu, insulindən asılı olmayan şəkərli diabet tip 2 çoxsaylı ağırlaşmalarla, diabetik retinopatiya, diabetik polineyropatiya, OU= yetişmiş katarakta, periferik qan dövranının pozğunluğu ilə, asteno nevrotik sindrom, sağ ayağın İ barmağının qaralması və pəncənin yan hissəsində olan yaraya görə balon angioplastikasının icrası” diaqnozu ilə qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli 18-1-2/2-Q-632-42-352/2024 nömrəli məktuba əsasən xəstə S.Qasımova xx.xx.2024-cü il tarixdə saat 00:10-da aqonal vəziyyətdə X11TTTY-nin şöbəsinə gətirilmişdir. Xəstəyə təcili tibbi təxirəsalınmaz tədbirlərin göstərilməsinə baxmayaraq saat 01:10-da ürək aresti və bioloji ölüm qeyd olunmuşdur. Məlumat üçün bildirilir ki, S.Qasımovanın adına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il tarixli 5 nömrəli qərarına əsasən X15 Şəhədətnamə poliklinika tərəfindən yazılması imkan xaricindədir. Azərbaycan Respublikas «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X16 «X14» X16in xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.1970-ci il təvəllüdlü X3 xx.xx.2024cü il tarixdə saat 00:10-da aqonal vəziyyətdə X11 TTTY-nin şöbəsinə gətirilmişdir. Xəstəyə təcili tibbi təxirəsalınmaz tədbirlərin göstərilməsinə baxmayaraq saat 01:10-da xəstə ürək aresti və bioloji ölüm qeyd olunmuşdur. Bu barədə həmin tarixdə müvafiq akt tərtib olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16in xx.xx.2024-cü il tarixli çıxarışına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 14, mənzil 18-in mülkiyyətçisi X2r. Qəbiristanlıqda çəkilmiş fotoşəkillərdən görünür ki, mərhum X3 dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçi məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadəsindən müəyyən olundu ki, ərizəçinin anası (ərizəçinin mərhumun oğlu olması işə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surəti ilə təsdiq edilir) X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Xocasən qəsəbə qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə, sağlığında anasına məxsus olmuş daşınmaz əmlak (mənzil) üzrə vərəsəliyə dair rəsmiləşdirmə işlərinin aparılması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1970-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1970-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4629/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4629/2024
06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver