Məhkəmə qərarları › İş №2(006)-4657/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4657/2025

22.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4657/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə Ərizəçi cavabdeh Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi cavabdeh Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, Maraqlı şəxs tərəfindən şirkətə 3000 manat vurulmuş ziyana görə tərəflər razılaşırlar ki, ikinci tərəf (Maraqlı şəxs) xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 10-na kimi 1400 manat borcunu hər ay 200 manat olmaqla 07 ay ərzində tam şəkildə birinci tərəf (Ərizəçi MMC) ödəyəcək. İkinci Tərəf (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Birinci Tərəf 1 (Ərizəçi MMC) İkinci Tərəfin (Maraqlı şəxs) borcunu aylıq deyil, tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir. Eyni zamanda Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Maraqlı şəxs tərəfindən aylıq ödənişlər könüllü şəkildə icra edilmədiyi üçün barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün tərəflər razılaşırlar ki, ikinci tərəf (Maraqlı şəxs) xx.xx.2025-ci il tarixdən etibarən hər ay 10-na kimi 1400 manat borcunu hər ay 200 manat olmaqla 07 ay ərzində tam şəkildə birinci tərəf (Ərizəçi MMC) ödəyəcək, İkinci tərəf (Maraqlı şəxs) hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, Birinci tərəf (Ərizəçi MMC) İkinci tərəfin (Maraqlı şəxs) borcunu aylıq deyil, tam şəkildə ödəməsi şərti ilə təsdiq edilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, ərizəçinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmiş, maraqlı şəxs isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 4.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 5.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi MMC ilə və Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən tərəflər müəyyən şərtlər əsasında razılığa gəlmişdir. Hazırda ərizəçi həmin barışıq sazişinin təsdiq edilməsini xahiş edir. b) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilən və birinci tərəf Ərizəçi MMC və ikinci tərəf Maraqlı şəxs arasında bağlanan xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00190 nömrəli Barışıq sazişindən görünür ki,

1. Tərəflər razılaşırlar ki, İkinci tərəf xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 10una kimi 1400 manat borcunu hər ay 200 manat olmaqla 07 ay ərzində tam şəkildə birinci tərəfə ödəyəcək.

2. İkinci tərəf hər hansı ayın ödənişini ödəməzsə və gecikdirərsə, Birinci tərəf İkinci Tərəfin borcunu aylıq deyil, tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir. 7.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 9.Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 10.Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 11.Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 12.Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi MMC və Maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, lakin maraqlı şəxs tərəfindən həmin saziş könüllü qaydada icra edilməmişdir. Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. 13.Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. 14.Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişinin 2-ci bəndinin təsdiqi yolverilməzdir. Belə ki, Sazişin həmin bəndi tərəfin üzərinə bir növ məhkəməyə müraciət etmək vəzifəsini qoyduğundan və bu da qanunvericiliyin tələbinə əsasən yolverilməz olduğundan, yəni məhkəməyə müraciət etmək tərəfin hüququ olduğundan və müstəqil həyata keçirildiyindən barışıq sazişi bu hissədə təsdiq edilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. 15.Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanunazidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. 16.Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 17.Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi MMC-nin Maraqlı şəxs qismində cəlb edilməklə "barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi qismən təmin edilməli, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “1. Tərəflər razılaşırlar ki, İkinci tərəf xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 10una kimi 1400 manat borcunu hər ay 200 manat olmaqla 07 ay ərzində tam şəkildə Birinci tərəfə ödəyəcək.” hissəsində təsdiq edilməli, ərizə qalan hissədə rədd edilməlidir. 18.Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 19.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 20.İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən hazırki ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 21.Odur ki, ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilməlidir. 22.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi cavabdeh Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/9/2025- 00190 nömrəli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: “1. Tərəflər razılaşırlar ki, İkinci tərəf xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 10una kimi 1400 manat borcunu hər ay 200 manat olmaqla 07 ay ərzində tam şəkildə Birinci tərəfə ödəyəcək.” Ərizə qalan hissədə rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar