Məhkəmə qərarları › İş №2(006)-4713/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4713/2020

27.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4713/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası, xx.xx.1928-ci il təvəllüdlü X3 onkoloji xəstə idi. O, ürək çatışmazlığından əziyyət çəkirdi və xx xxxxxx 2020-ci il tarixində ev şəraitində ürək çatışmazlığından qəflətən vəfat etmişdir. X2 xəstəliyi ilə əlaqədar ağır vəziyyətdə xəstəxanaya aparmaq istəsələr də, artıq keçindiyindən çatdırmaq mümkün olmamışdır. X2 xx xxxxxx 2020-ci il tarixində qohum, qonşu və digər yas mərasimi iştirakçılarının iştirakı ilə Xətai rayonu, Zığ şossesində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Bu səbəbdən də o, mərhum anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və onlar imtina edərək müraciətə rəsmi cavab verərək Azəraycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndini əsas göstərərək məhkəməyə müraciət etməyi məsləhət gördülər. Göstərilənlərə əsasən, X1 xx xxxxxx 2020-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi X3 ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinəbaxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, X3 onun nənəsi olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə qohum, qonşu və digər yas mərasimi iştirakçılarının iştirakı ilə Xətai rayonu, Zığ şossesində yerləşən qəbiristanlıqda dəfn edilib. İş materiallarında olan AA1113528 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1928-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşdə olan АЗ № ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, anası X3, atası X8r. İş materiallarında olan V-ЖГ № 250939 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1989-cu il tarixdə 995 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Şirəliyeva soyadı verilmişdir. Mülki işdə olan Bakı şəhər Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, 4 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən X3 haqqında həkimə qədər ölüm və qadın cinsli meyit qeydi aparılmışdır. İşdə olan fotoşəkillərdən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və qəbiristanlıqda dəfn edilmişdir. Mülki işin materiallarında olan MMC şəkilli “Anbaran” müəssisəsinin xx xxxxxxx 2020-ci il tarixli, 02/20 saylı arayışına əsasən, xx.xx.1928-ci il təvəllüdlü, xx.xx.2020-ci il tarixində vəfat etmiş və xx.xx.2020-ci il tarixində dəfn olunmuş mərhum anası X1 adına hazırlatdığı məzar abidəsi MMC şəkilli “Anbaran” müəssisəsi tərəfindən mərhumun H.Z.Tağıyev adına toxuculuq fabrikinin qəbristanlığındakı məzarı üstünə quraşdırılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 39 nömrəli Şəhər Poliklinikasının ərizəçiyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 26 saylı məktubunda bildirilir ki, Yasamal rayonu, Y.Yasamal – 1, M.Xiyabani 18, mənzil 74 ünvanda yaşayan xx.xx.1928-ci il təvəllüdlü X1 poliklinikaya heç bir xəstəliklə bağlı müraciəti qeydə alınmadığından və ölümünün baş vermə səbəbi məlum olmadığından, ölüm haqqında tibbi şəhadətnamənin poliklinika tərəfindən verilməsi mümkün olmamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 05/Q-1146/75 nömrəli məktubunda bildirilir ki, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atasıRzayev X14 xx xxxx 2020-ci il tarixdə vəfat etmiş və xx.xx.2020-ci il tarixdə Pirşağı qəsəbəsindəki qəbristanlıqda dəfn olunmuşdur, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi anasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmətəcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 4.8-ci bəndinə əsasən, ölümünqeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda vəmüəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır.Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeydərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarındasaxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarıölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki ProsesualMəcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfatetməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədənəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabrtarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlətqeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiqsənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiqedilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmətərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi anası SadıxovaFarxandaCabarqızının xx xxxxxx 2020-ci il tarixində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçinin anası X1 xx xxxxxx 2020-ci il tarixində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar