Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4759/2023 08.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçı̇ Əlı̇ rza oğlunun iştirakı ilə, Ərizəçı̇ Əlı̇ rza oğlunun (Maraqlı şəxs qismində cəlb edilməklə) "ölüm faktının müəyyən edilməsi barədə" ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçı̇ Əlı̇ rza oğlu (Maraqlı şəxs qismində cəlb edilməklə) "ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 05 aprel 1930-cu il təvəllüdlü atası X1 25 fevral 1996-cı il tarixində vəfat etməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı̇ Əlı̇ rza oğlu ərizəsini onunla əsaslandırmışdır ki, 5 aprel 1930-cu il təvəllüdlü atası X3 25 fevral 1996-cı ildə ölmüşdür. Bu günə qədər də ölümü təsdiq edən sənədi almamışdır. Bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" X8"Bakı Baş Səhiyyə Mərkəzi" X8 3 nömrəli Şəhər Poliklinikasına və Qeydiyyat Şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin poliklinika arayışın, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Eyni zamanda öz imtina ərizəsində bu barədə məhkəməyə müraciət etməyimi tövsiyyə etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçı̇ Əlı̇ rza oğlu yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, mərhum atası X3 05 aprel 1930-cu il tarixində anadan olduğunu, xəstə olduğu üçün 1996cı ildə, fevral ayının 24 və ya 25 vəfat etdiyini, atasının Kürdaxanı qəbiristanlığında dəfn edildiyini və tez-tez qəbrüstü ziyarətinə getdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, mərhum onun həm qohumu, həm də arvadının atasıdır. Kürdaxanı qəbiristanlığında dəfn edildiyini və tez-tez onun qəbrini ziyarət etdiklərini bildirdi. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşlığı haqqında 576584 nömrəli pasportdan görünür ki, X3 05 aprel 1930-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Kürdaxanı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 246 saylı arayışına əsasən məhrum X3 xx.xx.1996-cı il tarixdə Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi H.Hacıyev küçəsində yerləşən 2 saylı qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş qəbrüstü fotoşəkildən görünür ki, X3 1930-cu il tarixində doğulmuş, 1996-cı ildə isə ölmüşdür. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçı̇ Əlı̇ rza oğluna ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıqvəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" X8"Bakı Baş Səhiyyə Mərkəzi" X8 3 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçı̇ Əlı̇ rza oğluna ünvanlanmış məktubun surətindən görünür ki, 5 aprel 1930-cu il təvəllüdlü X1 ölüm səbəbi məlum olmadığından mərhumun adına “Ölüm haqqında şəhadətnamə”nin verilməsi mümkün deyildir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçı̇ Əlı̇ rza oğlu atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 05 aprel 1930-cu il tarixdə doğulmuş X3 25 fevral 1996-cı il tarixində vəfat etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 aprel 1930-cu il tarixdə doğulmuş X1 25 fevral 1996-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4759/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4759/2023
08.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver