Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4766/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi oğlunun Maraqlı şəxsnə qarşı "ölümün qeyd edilmə faktı" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi oğlunun Maraqlı şəxsnə qarşı "ölümün qeyd edilmə faktı" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildə, Bakı şəhərində doöulmuş, qızı X1 20 yanvar 2022-ci il tarixdə, ünvan 1 ünvanında qəflətən ölməsi fatının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 26 oktyabr 1993-cü ildə, Bakı şəhərində doğulmuş, qızı X2, 20 yanvar 2022-ci il tarixdə, faktiki yaşadığı, ünvan 1 ünvanında vəfat edib və bu barədə Təcili və X5 Stansiyası tərəfindən, 0706 №-li, 20 yanvar 2022-ci il tarixli "ölüm haqqında” xəbərdarlıq vərəqəsi verilib.21 yanvar 2022- ci il tarixdə qızım Dədə Qorqud qəbristanlığında dəfn olub və bu barədə də Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsindən 58 №-li, 02 fevral 2022-ci il tarixli arayış verilib. O, qızının ölümü haqqında şəhadətnaməsini əldə etmək üçün tələb olunan prosedur qaydalara uyğun olaraq qızımın vəfat etdiyi ərazi üzrə amblator tibb müəssisəsirə müraciət etmişdir. Həmin tibb müəssisə olaraq fəaliyyət göstərən 33 saylı şəhər poliklinikasından ona tələbinin icrasının mümkünsüz olduğu bildirilib və buna səbəb olaraq qızının ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənədin təqdim edilmədiyi göstərilib və tələbindən imtinaya dair ona 47 №-li, 03 fevral 2022-ci il tarixli arayış verilib. Tibbi şəhadətnamənin olmamasına görə qızının ölümü haqqında şəhadətnamənin verilməsi də mümkünsüz olub və bu barədə də ona Bakı şəhəri, Səbail rayon Qeydiyyat Şöbəsindən 02 fevral 2022-ci il tarixli imtina cavabı verilib. O, cavablarla razılaşmadığından ilk öncə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmədən xahiş etmişəm ki,:26 oktyabr 1993-cü ildə, Bakı şəhərində doğulmuş, qızı X1, 20 yanvar 2022-ci il tarixdə vəfatı ilə əlaqədar "ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi vəzifəsi cavabdeh tibb müəssisəsinə həvalə olunsun. İnzibati Məhkəmənin iddiası üzrə qəbul etdiyi 2-1(112)-6146/2022 №-li, 14 aprel 2022-ci il larixli qərarı ilə qızının ölümünün baş vermə səbəbi bilinmədiyi üçün ambulator tibb müəssəsi tərəfindən "ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsinin mümkünsüz olduğu qənaətinə gəlinmiş və iddiası təmin edilməmişdir. Eləcə də məhkəmə qərarında, qızının ölüm faktının müəyyən edilməsi ilə bağlı ümumi məhkəməyə müraciət etmək hüququnun olduğu göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi oğlu yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda ölüm haqqında şəhadətnamənin bəzi sənədlərin rəsmiləşdirilməsi ilə bağlı ola lazım olduğunu bildirmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş və Maraqlı şəxs mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı Rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 58 nömrəli Arayışdan görünür ki, vətəndaş Ərizəçi Dədə Qorqud qəbristanlığına müraciət edərək mərhumə qızı X3 xx.xx.2022-ci il tarixində qəbiristanlıqda yer ayrılaraq dəfn olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 08/Q-126/69 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 33 №-li Şəhər Polinklinikası tərəfindən verilmiş 47 saylı, xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki. xx.xx.2022-ci il tarixdə TTTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 2 ünvanında yaşaymış xx.xx.1993-cü il təvəllüdlü X3 vəfa etmişdir. Vəfat etmiş şəxsin ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 №-li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 №-li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6146/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh 33 saylı şəhər poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, qonşu olmuşlar. Ailəni çoxdan tanıyır. Mərhumun xəstə olduğundan məlumatlı idi. xx.xx.2022-ci il tarixdə rəhmətə gedib. Dədə Qorqud qəbiristanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, o, həkimin göstərişinə əsasən ona iynələr vururdu. O, bronxial-astma xəstəsi idi. Onu atası çağırdı ki, gəl iynə vur. Sonra məlumat verildi ki, artıq rəhmətə gedib. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə ünvanlanması üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi qızının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4766/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4766/2022
16.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver