Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4769/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi Mustafa qızının iştirakı ilə, Ərizəçi Mustafa qızının Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Mustafa qızı ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2022-ci il tarixdə vəfat etməsi (ölüm) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X2 2022-ci il 23 sentyabr tarixdə vəfat etmişdir. Onun ölümü haqqında şəhadətnaməni almamışdır. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət elmişdir. X14 şəhadətnamə sənəd olmadığından ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Atasının vəfat etməsi faktını Təcilli və X7 Stansiyası Xəbərdarlıq vərəqəsi də təsdiq edə bilər. Vərəsəlik işinin açılması üçün notariat orqanı ölüm haqqında şəhadətnamə tələb edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə 8.5-ci bəndinə uyğun olaraq ölüm faktı məhkəmə qaydasında müəyyən oluna bilər. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, hazırda atasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik çəkdiyini bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Maraqlı şəxs tərəfindən Ərizəçi Mustafa qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X1 ölümünün qeydə alınması barədə Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzəriə çatdırılmışdır ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Bundan başqa Azərbaycan Respublikası “TƏBİB” publik hüquqi şəxs Bakı şəhəri Baş Səhiyyə İdarəsi 20 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 385 nömrəli arayışdan görünür ki, mərhum 1936-cı il təvəllüdlü X2 ünvan 2 ünvanında yaşadığına baxmayaraq, ünvan 3, xəstəliklə qeydiyyata götürülməyib. Bu səbəbdən X14 Şəhadətnamə poliklinika tərəfindən təqdim olunması imkan xaricindədir. Beləliklə, ərizəçi atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. GSSR Bolnissi rayonunun VVAQ şöbəsi tərəfindən xx.xx.1954-cü il tarixdə verilmiş РЩ seriyalı, 371565 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1936-cı il tarixində GSSR Bolnissi rayonunda doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmişdir. X6, anası Telli Bayram qızı qeyd edilmişdir. P tipli, GEO seriyalı, 18AF14289 nömrəli pasportun surətindən görünür ki, xx.xx.1936-cı il təvəllüdlü Gurbanov (Qurbanov) Mustafa Gürcüstan Respublikasının vətəndaşıdır. USSR Voroşilovqrad vilayəti, Kommunarsk şəhərinin VVAQ şöbəsi tərəfindən xx.xx.1976-cı il tarixdə verilmiş İİ-EД seriyalı, 259626 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1976-cı il tarixində Voroşilovqrad vilayəti, Kommunarsk şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında həmin tarixdə 346 nömrə ilə qeyd edilmişdir. Atası X4, anası X11 qeyd edilmişdir. Səadət sarayı tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 427347 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X5 xx.xx.2001-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 897 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Maksakov, arvada Maksakova soyadı verilmişdir. Təcili və X7 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022ci il tarixdə ünvan 4 ünvanı üzrə X1 adına çağırış verilmişdir. Həkimə qədər ölümdür. Kişi cinsli meyit aşkar edilmişdir. Abşeron rayon saray bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 321 nömrəli arayışdan görünür ki, X2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Abşeron rayonu, Saray qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkillərində X1 xx.xx.1936-cı ildə doğulduğu, xx.xx.2022-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, mərhum Mustafa bəyin qonşusudur. Mərhum uzun müddət idi ki, xəstə idi, bədənində yaraları var idi. Sentyabrda rəhmətə getmişdir. Təxmini ayın 20-si. Yas mərasimində iştirak etmiş, lakin qəbiristanlığa dəfnə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, mərhum Mustafa bəyin qonşusudur. Tamara onun qızıdır. 86 yaşı var idi, yaşlı kişi idi. Qızı ona baxırdı. Hadisə 23 sentyabr səhər tezdən oldu. Birdən gəlib gördülər ki, artıq nəfəs almır. Sarayda yeni qəbiristanlıqda dəfn olunmuşdur. O da dəfndə iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Qurbanov (Gurbanov) Mustafa Tanırqulu (Tanırquluoviç) oğlu ərizəçinin atası olmuşdur. Qurbanov (Gurbanov) Mustafa Tanırqulu (Tanırquluoviç) oğlu Abşeron rayonu, Saray qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün dövlət qeydiyyatına alınması zəruri olan sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsi tərəfindən mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1936-cı il təvəllüdlü Qurbanov (Gurbanov) Mustafa Tanırqulu (Tanırquluoviçin) oğlunun xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü Qurbanov (Gurbanov) Mustafa Tanırqulu (Tanırquluoviçin) oğlunun xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4769/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4769/2022
21.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver