Məhkəmə qərarları › İş №2(006)-4776/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4776/2024

31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4776/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X10 xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, uzun müddət xroniki ürək-ağciyər çatışmamazlığından əziyyət çəkirdi. Uzun müddət müalicə almışdı. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində həmin vaxt faktiki olaraq yaşadıqları ünvan 1 ünvanında halı cox pisləşmişdi və Təcili və X3 çağırdılar. Təcili və X3 X1 ölümü haqqında xəbərdarlıq vərəqəsi təqdim etmişdir. Həmin çağırış vərəqindən görünür ki, çağırış xx.xx.2022-ci il tarixdə olmuşdur. Həmin vərəqə də aparılmış müalicə tədbirinin qarşısında: “Kişi cinsli meyit, Həkiməqədər ölüm” sözləri yazılmışdır. Ölümün ilk səbəbi xroniki ürək-ağ ciyər çatmamazlığı göstərilmişdir. Beləliklə, həyat yoldaşı xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X10-xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanda yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Həyat yoldaşının ölümü haqqında tibbi şəhadətnamənin təqdim edilməsi barədə qeydiyyatda olduğu ünvan 3 ünvanının aid olduğu Azərbaycan Respublikası “Təbib” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 5 saylı şəhər Poliklinikasına müraciət etdi. 5 nömrəli şəhər Poliklinikası xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirdi ki, xx.xx.1966 təvəllüdlü X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Uzun müddət 5 saylı poliklinikaya müraciət etmədiyinə görə ölümün səbəbini bilmədiyinə görə Forma N106 almaq üçün Nəsimi Rayon Məhkəmsinə müraciət edilməlidir. Həmçİnin, ölümün qeydə alınması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etdi. Qeydiyyat şöbəsi rəsmi olaraq bildirdi ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar olaraq məhkəməyə müraciət etməyi töfsiyə olunaraq imtina məktubu verilmişdir. Həyat yoldaşı X4 ölüm faktının müəyyən olunması və qeydə alınması bir çox sənəd işlərinin aparılması üçün lazımdır. Göstərilənlərə əsasən ünvan 5 ünvanında qeydiyyatda olmuş, xx.xx.1966-cı il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, həyat yoldaşı X10 xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, uzun müddət xroniki ürək-ağciyər çatışmazlığından əziyyət çəkirdi və bununla bağlı müalicələr alırdı. xx.xx.2022-ci ildə isə yaşadıqları ünvan 1 ünvanında onun halı pisləşdi. Onlar bununla bağlı Təcili yardıma müraciət etdilər. Lakin həyat yoldaşının həyatını xilas etmək mümkün olmadı və o vəfat etdi. Bununla bağlı Təcili və X3 tərəfindən onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim edildi. Daha sonra onu Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qurtuluş küçəsində yerləşən qəbristanlıqda dəfn etdilər. Daha sonra onlar həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün yaşayış yeri üzrə “Bakı Şəhəri Səhiyyə Mərkəzi” PHŞ-nin 5 saylı şəhər Poliklinikasına müraciət etdilər. Oradan bildirildi ki, həyat yoldaşının ölüm səbəbi onlara məlum olmadığından şəhadətnamənin verilməsi mümkün deyildir. Bunun üçün məhkəməyə müraciət etməyi məsləhət gördülər. Onlar da məcbur qalıb məhkəməyə müraciət etdilər. Odur ki, qeyd edilənləri nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. 4.İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun baldızı, vəfat edən şəxs isə onun yoldaşı olmuşdur. X10 xx.xx.2022-ci il tarixdə qəfildən vəfat etmişdir. O, uzun müddət idi ki, müalicələr alırdı. Bunun da əsas səbəbi onun spirtli içkilərdən müntəzəm istifadəsi olmuşdur. O, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qurtuluş küçəsində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Dəfnində və yas mərasimində iştirak etmişdir. 6.Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, ərizəçi və vəfat edən şəxs hər ikisi onun qonşusu olmuşdur. X10 xx.xx.2022-ci il tarixdə qəfildən vəfat etmişdir. O, uzun müddət idi ki, müalicələr alırdı. Bunun da əsas səbəbi onun spirtli içkilərdən müntəzəm istifadəsi olmuşdur. O, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qurtuluş küçəsində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Dəfnində və yas mərasimində iştirak etmişdir. 7.Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin həyat yoldaşı X10 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan AR Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə tərəflərindən şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi imkanları xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda Ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. 10.Mülki işin materiallarında olan AR “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X15 Bakı Baş Səhiyyə X13 Şəxs 5 №-li Şəhər Poliklinikası tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli, 345 nömrəli məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X10 ünvan 7 ünvanında qeydiyyatda olan xx.xx.2022-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidirlər. 11.Mülki işin materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 62 nömrəli arayışdan görünür ki, X10 (Təcili və X3 Stansiyası PHŞ ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən) xx.xx.2022-ci ildə dünyasını dəyişib, Sabunçu rayonu Pirşağı qəsəbəsi Qurtuluş küçəsi ünvanında yerləşən qəbristanlıqda dəfn olunmuşdur. 12.Mülki işin materiallarında olan 21 may 1991-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və X5 arasında 21 may 1991-ci il tarixində nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir. 13.Mülki işin materiallarında olan Təcili və X3 Stansiyası PHŞ tərəfindən verilən xx.xx.2022-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 08:48-də Nəsimi rayonu, Sarabski 11 ünvanında 1966-cı il təvəllüdlü X4 meyiti aşkar edilmişdir. Ölümün ilkin səbəbi ürək-ağciyər çatışmamazlığı olmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 15.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 16.Göründüyü kimi ərizəçi mərhum həyat yoldaşının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 18.Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 19.Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. 20.Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 21.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi həyat yoldaşı xx.xx.1966-cı il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 24.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar