Məhkəmə qərarları › İş №2(006)-4787/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4787/2020

16.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4787/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X20 qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə qarşı “işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində dəyən maddi zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 işdən azad olunmasını qanunsuz hesab edərək, əvvəlki iş yeri olan işəgötürən “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də Aviasiya Təhlükəsizlik Baş X4 baxışın təşkili xidmətinin terminal üzrə aviasiya təhlükəsizliyə baxış və nəzarət üzrə mütəxəssisqrup rəhbəri vəzifəsinə bərpa edilməsi; İddiaçı2 işdən azad olunmasını qanunsuz hesab edərək, əvvəlki iş yeri olan işəgötürən “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də Aviasiya Təhlükəsizlik Baş X4 X15 X13 X1 baxışın təşkili xidmətinin aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis-qrup rəhbəri vəzifəsinə bərpa edilməsi; onları qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduqları günə qədər olan orta əmək haqlarının cavabdehdən alınaraq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək izahatında göstərdilər ki, onlar 1999-cu ildən cavabdeh təşkilatda Aviasiya Təhlükəsizlik Xidmətində Baxış və Nəzarət üzrə mütəxəssis kimi işləmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 21600 radələrində iddiaçı. A.X16 Terminal 1-in 3-cü mərtəbəsində mütəxəssis-qrup rəhbəri kimi gecə növbəsində olmuş və həmin gün yoxlama manitoruna təhkim olunmuşdur. İddiaçı1 manitorun arxasında oturan zaman ətrafa baxdıqda iş yoldaşı digər iddiaçı olan İddiaçı2 bir nəfər sərnişinin pasportunu alaraq kənara apardığını görmüşdür. Manitorda şəxsə diqqət yetirdikdə görmüşdür ki, İddiaçı2 apardığı şəxs İddiaçı1 çoxdan tanıdığı və dostluq münasibətində olduğu X3r. Belə ki, həmin şəxsi 20 ildir ki tanıyır və o, mütəmadi olaraq xəstəliyi ilə əlaqədar İstanbul şəhərinə uçurdu. Bu səbəbdən İddiaçı1 yerindən durub Məhəddinin istiqamətində getmiş və ona yaxınlaşıb öpüşüb görüşmüşdür. Məhəddindən nə baş verdiyini soruşduqda o bildirmişdir ki, mikrofon vasitəsi ilə adı çəkilmədiyindən reysə gecikdiyini və bu səbəbdən sərhəd əməkdaşı tərəfindən steril zonadan çıxarılaraq iş yoldaşı İddiaçı2 təhvil verilmişdir. Sonradan Məhəddin səhər saat 09:00 da İstanbul şəhərində qeydiyyata düşdüyü xəstəxanada olmalı olduğunu bildirdikdə İddiaçı1 İddiaçı2 Məhəddinin İddiaçı1 dostu olduğunu və uçub getməli olduğunu izah edərək qaydalar çərçivəsində ona əllərindən gelən köməyi etməyi xahiş etmişdir. İddiaçı2 heç bir etiraz etmədiyindən Məhəddin səhər vaxtında İstanbula çatıb xəstəxanaya gedə bilməsi üçün İddiaçı1 kömək etməsini xahiş etdi. Həmin zaman Məhəddinin yanında sonradan adını bildiyi bir nəfər cavan qız var idi, lakin həmin qızın kim olduğunu Məhəddindən soruşmamış və güman etmişdir ki, qohumu yaxud tanışıdır. A.X17 Hava Yolları aviaşirkətinin kassasından biletlərin mövcudluğu barədə soruşub ona məlumat verəcəyi bildirmişdir. Məhəddin etiraz etmədi və 3-cü mərtəbədə yerləşən “Ləzzət” kafesinə gedərək əyləşmiş və ondan cavab gözləmişdir. İddiaçı1 dərhal 2-ci mərtəbəyə düşmüş və X19 kassasına yaxınlaşaraq İstanbul şəhərinə biletin olub-olmadığını soruşmuşdur. Operator İddiaçı1 bilet olduğunu, lakin 10 deqiqədən sonra iş vaxtı bitdiyinə görə dərhal alınmalı olduğunu bildirmişdir. Bundan sonra Rzayev yenidən 3-cü mərtəbəyə Məhəddinin yanına qalxmış və bu barədə ona məlumat vermişdir. Məhəddin İddiaçı1 həm özü, həm də yanındakı qız üçün biletlərin alınması üçün 700 manat pul vermişdir. Məhəddin ürək xəstəsi və ürəyindən 6 stend olduğuna görə özü bu gediş-gəlişi edə bilmədiyindən bilet almağı məhz ondan xahiş etmişdir. İddiaçı1 tanışlığı və ümumiyyətlə insanlıq xatirinə dərhal 2 bilet alaraq Məhəddinə bu barədə məlumat vermişdir. Bundan sonra Məhəddin uçus vaxtı yaxınlaşanda yenidən yoxlamadan keçərək uçuşa yollandı. Lakin bundan sonra cavabdeh təşkilatın rəhbərliyi İddiaçı2la İddiaçı1 həmin şəxsdən guya pul alaraq pul müqabilində ona köməklik göstərmələrini əsas gətirib heç bir qanuni sas olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə istinad etməklə 111/ş saylı xx xxxxxx 2020-ci il tarixli əmrlə işdən azad etmişdir. Bu səbəbdən onlarməhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Sonda iddiaçılar iddianın təminolunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil iddiaçıların dediklərini təsdiq edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək izahatında göstərdi ki, iddiaçılar tutduqları vəzifələrdən “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin prezidentinin xx xxxxxx 2020-ci il tarixli 111/ş nömrəli əmri ilə işdən azad edilərək onlara əmək kitabçalar və tam haqq-hesab verilmişdir. Lakin iddiaçılar məhkəməyə 2020-ci ilin sentyabr ayında müraciət etmişdirlər ki, bu da fərdi əmək mübahisəinin həllində məhkəməyə müraciət müddətinin ötürüldüyünü sübut edir. Bundan başqa iddiaçılar onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl X13 Aeroportunun 1-ci X2 Baş İdarəsinin Baxışın təşkili və nəzarət qrupunun mütəxəssisləri-rəhbərləri vəzifəsində çalışırdılar. Vəzifə təlimatına və əmək müqaviləsinin şərtlərinə əsasən iddiaçıların birbaşa vəzifələri baqajın, əl yükünün yoxlanılmasını, habelə uçub gedən sərnişinlərin şəxsi yoxlanışını həyata keçirməklə aviasiya təhlükəsizliyini təmin etməkdir. Lakin xx xxxxxx 2020-ci il tarixdə iddiaçılar 1-ci Terminalda növbədə olduqları zaman öz vəzifə borclarını yerinə yetirmək əvəzinə ayrı sərnişini və onun yol yoldaşını mühafizə olunan məhdud girişli əraziyə müşayiət etmək və aviabiletləri əldə etmək üçün əmək müqaviləsi ilə funksional vəzifələrində nəzərdə tutulmayan şəxsi xidmətlərin göstərilməsi ilə məşğul olmuşlar. Bu zaman iddiaçılar həmin sərnişinləri aviasiya təhlükəsizliyinə dair yoxlanışdan keçirmədən mühafizə olunan məhdud girişli əraziyə apararaq əmək vəzifələrini kobud şəkildə pozmuşlar. Bundan əlavə həmin sərnişinlər uçub getməli olduqları Bakı-İstanbul marşrutu üzrə J2 079 nömrəli reysə gecikdiyindən və bununla da uçuşların təhlükəsizliyinə təhdid üçün ilkin şərait yarandığından, X5 yuxarıda qeyd olunan sabiq əməkdaşları müəyyən edilmiş aviasiya təhlükəsizliyi qaydalarına uyğun olaraq, həmin sərnişinlərin potensial terrorçu ola biləcəklərini nəzərə alaraq reysə gecikmə səbəblərini aydınlaşdırmaq və hava reysin təyinat məntəqəsinə çatmasını gözləmək üçün X14 İdarəsinə aparmalı edilər. Lakin bunun əvəzinə iddiaçılar həmin sərnişinləri kafeyə apararaq onlara növbəti uçuş üçün aviabiletlərin alınmasında kömək göstərməyə davam etmişlər. Bundan əlavə iddiaçılar “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin prezidentinin mülki aviasiya işçilərinin və “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin hava limanlarında fəaliyyət göstərən kənar təşkilatların işçilərinin nəzarət olunan ərazilərə, sərnişinlərə xidmət göstərilən və qeydiyyatı aparılan zonalara, mühafizə olunan məhdud girişli zonalara, habelə uçub gəlmə və uçub getmə zonalara və baqajın təhvili zallarına xidməti zərurət olmadan girişlərini qadağdan edən, eləcə də istisnasız olaraq übütn şəxslərin aviasiya təhlükəsizliyinə dair yoxlanışdan mütləq qaydada keçmələrini nəzərdə tutan xx xxxxxx 2014-cü il tarixli 118 nömrəli əmrini pozmuşlar. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Millik Aviadaşıyıcı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin 111/ş saylı xx xxxxxx 2020-ci il tarixli əmrlərdən görünür ki, Rzayev X11 Təhlükəsizlik Baş X4 X15 Heydər Əliyev X7 təhlükəsizliynə baxışın təşkili xidmətinin Terminal 1 üzrə aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis-qrup rəhbərinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən ( işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 2020-ci il fevral ayının 17dən xitam verilmişdir; İddiaçı2 Aviasiya Təhlükəsizlik Baş X4 X15 Heydər Əliyev X7 təhlükəsizliynə baxışın təşkili xidmətinin aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis-qrup rəhbərinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən ( işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 2020-ci il fevral ayının 17dən xitam verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçılar Rzayev X11 Təhlükəsizlik Baş X4 X15 Heydər Əliyev X7 təhlükəsizliynə baxışın təşkili xidmətinin Terminal 1 üzrə aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis-qrup rəhbəri kimi və İddiaçı2Aviasiya Təhlükəsizlik Baş X4 X15 Heydər Əliyev X7 təhlükəsizliynə baxışın təşkili xidmətinin aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis-qrup rəhbəri vəzifəsində işləmişlər və xx.xx.2020-ci il tarixdə vəzifə təlimatlarının tələblərini kobud şəkildə pozarkən uçuş təhlükəsizliyən təhdid üçün ilkin şəraitin yaranmasına səbəb olmuş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən ( işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad olunmuşdurlar. İşin sadalanan hallarından göründüyü kimi işəgötürən – Azərbaycan Respublikasının Millik Aviadaşıyıcı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən vəzifələrindən azad olunmaları qanunamüvafiqdir. Bundan əlavə araşdırmalar zamanı müəyyən olundu ki, iddiaçılar xx.xx.2020-ci il tarixli əmrə əsasən işdən azad olunmuşlar, əmrin surəti iddiaçılara işdən çıxarıldığı gün verilmiş, iddiaçıların əmrlə tanış olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, onıar, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişlər və nəticədə iddia müddətini ötürmüşdürlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə qarşı “işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində dəyən maddi zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə qarşı “işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində dəyən maddi zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar