Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4813/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi anası –X14 1941-ci il tarixində Gədəbəy rayonu, İsalı kəndində anadan olmuş və həmin kənddə də qediyyatda olmuşdur. Anası Abşeron rayonu, Məmmədli kəndində yaşamışdır. X6 xx.xx.2022-ci il tarixində ölmüşdür. Bununla bağlı 103 xidmətinə məlumat verilmiş, onlar da hadisə barədə 15-ci polis bölməsinin kapitanı Həsənova məlumat vermişlər. X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət edilmiş və orada müraciəyətinə baxılmaqdan imtina olunaraq məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Göstərilənlərə əsasən, 1941-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixində Abşeron rayonunda ürək tutmasından ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək ərzənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 öz ifadəsində göstərmişdir ki, ərizəçinin qonşusudur. X4 dəfn mərasimində iştirak etmişdir. Təxminən 18 iyun 2022-ci il tarixində dəfn mərasimi keçirilmişdir. Yaşlılıq səbəbindən vəfat etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 öz ifadəsində göstərmişdir ki, ərizəçinin qonşusudur. X1 dəfn mərasimində iştirak etmişdir. Mərhum Sabunçu rayon qəbirstanlığında dəfn olunmuşdur. Xəstəlik səbəbindən vəfat etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 24 noyabr 2022-ci il tarixli, 78 nömrəli arayışından görünür ki, X3 rayonu, Zabrat 1 qəbirstanlığında xx.xx.2022-ci il tarixində dəfn olunmuşdur.
10. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X13 Stansiyası” publik hüquqi şəxs tərəfindən Ərizəçi ünvanlanmış 01 avqust 2022-ci il tarixli, 225 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixində saat 13:30-da “103” xidmətinə ünvan 1 ünvanında Solmazın adına “rəhmətə gedib” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 14 saylı bölmənin həkimi Xatirə Hacıyeva icra edərək, ünvanda X12 (81 yaş) məxsus meyit ilə rastlaşmış, “Həkimə qədər ölüm. Qadın cinsli meyit” diaqnozu qoymuş və Covid-19 virus infeksiyasının aşkarlanması üçün yaxma nümunəsi götürmüşdür. Hadisə barədə polis bölməsinə kapitan Həsənova məlumat verilmişdir.
11. İş materiallarında olan Şuşa Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 sentyabr 2021-ci il tarixində verilmiş AZ-T № 147731 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 avqust 1946-cı il tarixində anadan olmuş, atası X7, anası X10r.
12. İş materiallarında olan Gədəbəy rayon İsalı İ.N. tərəfindən 07 oktyabr 2022-ci il tarixində verilmiş AZ-T № 209259 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1972-ci il tarixində anadan olmuş, atası X11, anası X8r.
13. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-1373/75 saylı məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır.
14. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, X14 vəfat etmiş və qəbiristanlıqda dəfn edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin X6 12 iyun 2022-ci il tarixində Abşeron rayonunda vəfat etmiş və Sabunçu rayonu, Zabrat 1 qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
17. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
18. Göründüyü kimi ərizəçi anasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
20. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi X2 12 iyun 2022-ci il tarixində Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. 10 aprel 1941-ci il təvəllüdlü X9 12 iyun 2022-ci il tarixində Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov