Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4844/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/6-0202 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, mediasiya prosesində cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/6-0202 saylı barışıq sazişi ilə tərəflər aliment məsələsini öz aralarında razılaşdırmışlar. Övladları xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 250 manat aliment ödəməyi sazişlə razılaşdırmışlar, lakin bugünə qədər də öz xoşluğu ilə bir qəpik belə aliment ödəməmişdir. Artıq bir neçə aydır ki, cavabdeh sazişlə ödəməli olduğu 250 manat aliment məbləğini ödəmir. Hansı ki, mediasiya haqqında qanuna əsasən 10 gün müddətində ərizəçiyə müəyyən edilmiş aliment məbləği ödənilməli idi. Maraqlı şəxs alimenti ödəmək istəmir, hər günü yola verir, övladları belə ona yazıb pul istəyir ki, zəruri ehtiyaclarını təmin etsin, ona da məhəl qoymur. Ərizəçi mediasiya prosesində aldandı, bildirmişdilər ki, ödəniş etməsə də, icra qaydasında tələb edə biləcək, mediasiya sazişi iş yerinə gedəcək və aliment hər ay vaxtlı-vaxtında icra ediləcək, ödəniləcək. Aldanmışdır, xəbəri yox imiş. İndi deyir ki, hara istəyirsən şikayət et, ödəmirəm. Həm də ki, sazişdə qeyd edilən kimi ayın 5-dən 10-a qədər ödənilməsini də istəmir, çünki maaşı ayın əvvəli 2si 5-si arası qalır. Odur ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişi sentyabr ayı maraqlı şəxs tərəfindən icra edilsə də, oktyabr ayı üçün cəmi 20 manat ödəniş edilmişdir. İstəyir ki, pul hər ay birbaşa uşağın kartına köçsün. Özü pul almaq üçün qarşı tərəfi axtarmasın. Odur ki, barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi və oktyabr ayı üçün aliment öhdəliyi üzrə cəmi 20 manat məbləğində pul vəsaitini ödədiyini etiraf etdi və ərizəçiyə cəmi 230 manat borcu olduğunu qeyd etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: 2.1. Tərəflər razılığa gəlirlər ki, Maraqlı şəxs övladı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ayın 5-dən 10-dək 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır, lakin barışıq sazişi Maraqlı şəxs tərəfindən vaxtlı-vaxtında icra edilmir. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilmədiyindən barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunmasına zərurət yaranmışdır. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri, həmin sazişin 6-cı bəndində göstərilən könüllü icra müddəti Maraqlı şəxs tərəfindən icra olunmadığı üçün bu sazişin (8ci bəndinə əsasən) məhkəmə qaydasında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlərlə təsdiq edilməlidir: “2.1. Tərəflər razılığa gəlirlər ki, Maraqlı şəxs övladı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ayın 5-dən 10-dək 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür”. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, aliment məbləği ərizəçinin məhkəməyə müraciət etdiyi vaxtdan deyil, xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi maraqlı şəxs tərəfindən 1 ay icra edilmiş, sonrakı ay isə tam şəkildə icra edilməmişdir. Odur ki, alimentin tutulması 01 oktyabr 2023-cü il tarixdən hesablanmalı, eyni zamanda alimentin tutulması barədə qətnamə dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: Tərəflər razılığa gəlirlər ki, Maraqlı şəxs övladı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ayın 5-dən 10-dək 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4844/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4844/2023
02.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver