Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4881/2025 10.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1992-ci il tarixdə doğulan oğlu X3 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir (tələbə ərizəçi tərəfindən texniki düzəliş edilmişdir).
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə doğulan oğlu X10 xx.xx.1998-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi ev 7, mənzil 18 ünvanında vəfat etmişdir. Belə ki, X10 9-cu mərtəbədə yerləşən mənzilin balkonundan yıxılmış və bir gün Musa Nağıyev adına X22 Yardım Xəstəxanasında yatdıqdan sonra səhəri gün həyatını itirmişdir. X10 vəfat etdikdən sonra Cəlilabad rayonu, Abışabad kəndində yerləşən kənd qəbiristanlığında dəfn edilmişdir. X3 yas mərasimi həm ünvan 1 ünvanında keçirilmişdir. X3 ölüm hadisəsi pis təsir etdiyi üçün ərizəçi hazırkı vaxta kimi ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etməmişdir. Ərizəçi hazırda vacib lazım olduğu üçün X3 ölüm haqqında şəhadətnaməsini almaq üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə müracət etmişdir. Lakin, qeydiyyat şöbəsi tərəfindən müraciətə imtina verilmişdir. X3 ölüm haqqında şəhadətnaməsi ərizəçiyə evlə bağlı sənədləşmə aparmaq və digər sənədləşmələri etmək üçün vacibdir. X3 ölüm faktını yasda iştirak edən şahidlər də məhkəmə iclasında təsdiq edə bilərlər.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, ərizə ilə məhkəməyə müraciət edilərək, iş yükünün çoxluğu səbəbindən keçiriləcək məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Ərizəçi və əri X11 ilə 1992-ci ildən qonşudurlar. X11 onun keçmiş iş yoldaşı olmuşdur. İşdən çıxıb avtomobillə qayıdan zaman iş yoldaşı ona yaxınlaşıb Fikrət Əsgərovun uşağının yıxıldığını bildirmişdir. Səhəri gün uşaq vəfat etmişdi. Hadisə 1998-ci ilin iyun ayında baş vermişdi.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Ərizəçi qonşusudur. Hadisə 1998-ci ildə baş vermişdi.
7. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı şəxs tərəfindən göndərilmiş ərizəni nəzərdən keçirib, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:
8. Nikahın bağlanması haqqında V-ЖГ seriyalı 456419 nömrəli şəhadətnamədən görünür ki, X11 ilə X2 nikahı Cəlilabad rayonu Şiləvəngə kənd dairə nümayəndəliyində xx.xx.1992-ci il tarixdə 09 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvadın soyadı “Əsgərova” qeyd edilmişdir.
9. Doğum haqqında XVİİ-ЖГ seriyalı 287083 nömrəli şəhadətnamədən görünür ki, atası X11, anası X5 olan X10 xx.xx.1992-ci il tarixdə Cəlilabad rayonu, Abışabad kəndində doğulmuşdur.
10. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında” tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığına görə X3 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
11. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 12 nömrəli Uşaq Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci ildə doğulmuş X3 ölümü haqqında poliklinikada heç bir məlumat yoxdur.
12. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə Ərizəçi tərəfindən 100 (bir yüz) manat rüsum ödənilmişdir.
13. Cəlilabad rayonu İcra Hakimiyyəti Başçısının Şiləvəngə kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsi X15, müavin X6, baş mühasib-baş məsləhətçi X1, Abışabad kənd sakinləri X13 və X14 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şiləvəngə kənd İƏDÜ nümayəndəliyinin Abışabad kənd sakini X4 xx.xx.1992-ci ildə X10 adlı övladı dünayaya gəlmiş, xx.xx.1998-ci il tarixdə vəfat etmişdir və Abışabad kənd qəbiristanlığında dəfn edilmişdir.
14. İş materiallarına, həmçinin, X3 qəbir üstünün fotoşəkli də əlavə edilmişdir.
15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X3 ölkə ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat aşkar edilməmişdir.
16. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X3 ölüm faktı ilə bağlı rayon (şəhər) prokurorluqlarına hər hansı müraciət daxil olmamış, araşdırma aparılmamış və cinayət işi istintaq edilməmişdir.
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X10 barəsində cinayət təqibi, məhkumluğu və axtarış elan olunması barədə məlumat DİN-nin müvafiq uçotlarında yoxdur.
18. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”dan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X3 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
19. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” PHŞ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, 1992-ci il təvəllüdlü X10 adlı şəxs xx.xx.1998-ci il tarixdən indiyədək “MTE və PAB” PHŞ-nin Mərkəzi məhkəmə-tibbi ekspertizalar, Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından keçməmişdir.
20. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X3 barəsində 1998-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi Nəsimi RPİ-nin axtarış işinin olması aşkar olunmamışdır.
21. Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli “sorğuya cavab məktub”undan görünür ki, həmin şöbənin arxivində xx.xx.1992-ci il təvəllüdlü X3 akt qeydindən başqa digər sənədlər saxlama müddəti bitdiyinə görə saxlanılmır (müvafiq akt qeydinin kserosurəti təqdim edilmişdir).
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il və xx.xx.2026-cı il tarixli “sorğuya cavab məktub”larından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X11 və X5 olan xx.xx.1992-ci il təvəllüdlü X3 doğumunun Cəlilabad rayonunun Şiləvəngə icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, M.Əsgərlinin doğumu istisna olmaqla, onun barəsində digər vətəndaşlıq vəziyyəti akt qeydinə dair məlumat aşkar edilmədi (müvafiq akt qeydinin kserosurəti təqdim edilmişdir). b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
23. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş X10 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Cəlilabad rayonu Abışabad kənd qəbiristanlığında dəfn edilmişdir.
24. xx.xx.1992-ci il təvəllüdlü X3 ölümü haqqında tibbi şəhadətnaməni almaq üçün 12 nömrəli Uşaq Poliklinikasına müraciət edilsə də, onun ölümü haqqında poliklinikada heç bir məlumat aşkar edilmədiyindən ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsi isə şəxsin “ölüm haqqında tibbi şəhadətnamə”si olmadığına və ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığına görə onun ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsinin mümkün olduğu barədə məlumat vermişdir.
25. Ərizəçi övladı xx.xx.1992-ci il təvəllüdlü X3 ölüm haqqında şəhadətnaməsini məhkəmədən kənar qaydada almağa çalışsa da buna nail ola bilməmişdir. Ərizəçinin müvafiq şəhadətnaməni almaqda məqsədi əmlakla bağlı sənədləşmə işlərinin həyata keçirilməsidir. Odur ki, xx.xx.1992-ci il təvəllüdlü X3 ölümü haqqında şəhadətnamənin alınması zəruridir. Buna görə də məhkəməyə xüsusi icraat qaydasında müraciət edilmişdir. c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 8.5-ci bənd. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 104.1-ci maddə. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 104.2-ci maddə. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1 və 305.1.1-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddə. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddə. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
28. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş X3 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunduğuna, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydasının nəzərdə tutulmadığına və ərizəçinin qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyinə görə hazırki ərizə təmin edilməlidir.
29. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.
Nəticə:
30. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş X3 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova