Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4883/2025 08.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Əhmədova X2 Rəşad Ənvər oğlunu maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2024-00473 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Maraqlı şəxs ilə alimentin artırılması ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-00473 saylı xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi” Ərizəçi sazişi imzalamaqla (sabiq həyat yoldaşı) ikinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övladı xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 10-dək (ikinci tərəfə təqdim edəcəyi bank hesabına) 235 manat sabit pul məbləğində aliment ödəcəyi ilə bağlı götürdüyü öhdəliklə razıdır. Ərizəçi sazişi imzalamaqla (sabiq həyat yoldaşı) cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona cavabdeh Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır. Ancaq Maraqlı şəxs tərəfindən bu günə kimi sazişin alimentə dair şərtləri yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.Həmçinin bildirdi ki, saziş bağlandığı gündən qarşı ilk bir neçə ay ərzində az miqdarda və qeyri-müntəzəm ödənişlər etsə də, sonradan ümumiyyətlə ödənişləri dayandırmışdır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qismən qəbul etdi və öz izahatında bildirdi ki, ərizəçinin dediklərində həqiqət var. Belə ki, 2024-cü ilin mart ayından sonra biznesi iflasa uğramışdır. Həmçinin, valideynləri xəstə olduğundan və onların müalicəsi üçün pul xərclədiyindən, bəzi aylarda ümumiyyətlə ödəniş edə bilməmişdir. Lakin, gücü çatdığı qədər bəzi ödənişlər etmişdir. 2025-ci ilin may və iyun aylarında 100- 140 manat ödənişlər etmişdir. Sonda, maddi durumunu tənzim edə bilməsi üçün 1 ay müddətə möhlət istədiyini bildirdi. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. İş materiallarına əlavə olunmuş, Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2024-00473 nömrəli xx.xx.2024-cü il tarixli Barışıq Sazişinə əsasən, tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər:
1. Birinci tərəf: Əhmədova X1 imzalamaqla (sabiq həyat yoldaşı) İkinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övlad xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 10-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment ödəcəyi ilə bağlı götürdüyü öhdəliklə razıdır.
2. Birinci tərəf: Əhmədova X1 imzalamaqla (Sabiq həyat yoldaşı) İkinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır.
3. Birinci tərəf: Ərizəçi İkinci tərəfə qarşı digər tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır.
4. İkinci tərəf: Maraqlı şəxs bu sazişi imzalamaqla (sabiq həyat yoldaşı) Birinci tərəf Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övlad xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək Birinci tərəf Ərizəçi (Birinci tərəfin təqdim ona edəcəyi bank hesabına) 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment ödəcəyi ilə bağlı öhdəlik götürür.
5. İkinci tərəf: Maraqlı şəxs bu sazişi imzalamaqla (sabiq həyat yoldaşı) Birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəfə ödəyəcəyi aliment məbləği, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür.
6. İkinci tərəf: Maraqlı şəxs Birinci tərəfə qarşı qarşılıqlı tələbinin olmağını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2024-00473 nömrəli xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2024-00473 nömrəli xx.xx.2024-cü il tarixli Barışıq sazişinin:
1. “Birinci tərəf: Əhmədova X1 imzalamaqla (sabiq həyat yoldaşı) İkinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övlad xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 1-dən 10-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment ödəcəyi ilə bağlı götürdüyü öhdəliklə razıdır.”;
2. “Birinci tərəf: Əhmədova X1 imzalamaqla (sabiq həyat yoldaşı) İkinci tərəf Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır.”;
3. “Birinci tərəf: Ərizəçi İkinci tərəfə qarşı digər tələbinin olmadığını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır.”;
4. “İkinci tərəf: Maraqlı şəxs bu sazişi imzalamaqla (sabiq həyat yoldaşı) Birinci tərəf Ərizəçi ilə Birgə nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan (ananın himayəsində olan) övlad xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək Birinci tərəf Ərizəçi (Birinci tərəfin təqdim ona edəcəyi bank hesabına) 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment ödəcəyi ilə bağlı öhdəlik götürür.”;
5. “İkinci tərəf: Maraqlı şəxs bu sazişi imzalamaqla (sabiq həyat yoldaşı) Birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəfə ödəyəcəyi aliment məbləği, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür.”;
6. “İkinci tərəf: Maraqlı şəxs Birinci tərəfə qarşı qarşılıqlı tələbinin olmağını və bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir.” – şərtləri təsdiq edilsin. Alimentin tutulması (ödənilmiş aliment məbləğləri çıxılmaqla) xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüsalə Musayeva