Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4941/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, cavabdeh ləğv prosesində olan «xxxxxxx» ASC-nin ləğvedicisi Əmanətlərn Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «işə bərpa, maddi ziyanın və kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «işə bərpa, maddi ziyanın və kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildə iyun ayının 24-də «xxxxxxx»la müqavilə bağlamışdır və banka sürücü vəzifəsinə təyin edilmişdir. Lakin bank bağlandığına görə «xxxxxxx»a aid olan bütün səlahiyyətlər Əmanətlərin Sığortalanması İdarəsinə (Babək prospekti,16) yerləşən idarəyə keçmişdir. O, Əmanətlərin Sığortalanması İdarəsi tərəfindən xx.xx.2020-ci ildə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə işdən azad edilmişdir. Hesab edir ki, onu pandemiya dövründə qanunsuz olaraq işdən azad ediblər. Göstərilənləri nəzərə alaraq cavabdehdən iddiaçını işə bərpa edilməsi, pandemiya dövründə dəymiş ziyanın (məvacibi hesablayıb) verilməsi və qanuna əsasən işçini işdən azad edəndə 3 aylıq kompensasiya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan «xxxxxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddianı qəbul etmədiyini bildirdi və onun rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan «xxxxxxx» ASC ilə İddiaçı arasında xx.xx.2018-ci il qüvvəyəminmə tarixdə bağlanmış 1685 saylı əmək müqaviləsinin surətindən görünür ki, Həsənov X2 departamentin Nəqliyyat şöbəsinə sürücü vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətli bağlanmış, əmək müqaviləsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək bağlanmışdır. Müqavilədə göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonra tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşin ilk 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdar etməklə Əmək Müqaviləsini birtərəfli qaydada ləğv edə bilər. İş materiallarında olan xxxxxxx000100 saylı, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş xx.xx.2018-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçıla əmək müqaviləsi «xxxxxxx» ASC-nin İnzibati Departamentinin nəqliyyat şöbəsinin sürücü vəzifəsinə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək bağlanılmışdır. İş materiallarında olan ləğv prosesində olan «xxxxxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İnsan resursları şöbəsinin müdiri tərəfindən ləğv prosesinddə olan «xxxxxxx» ASC-nin Nəqliyyat şöbəsinin sürücüsü İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsi barədə bildirişindən görünür ki, İddiaçıla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitib.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin qurtarması ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. İş materiallarında olan ləğv prosesində olan «xxxxxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.20202-ci il tarixli 20-106K saylı əmrin surətindən görünür ki, Həsənov X1 şöbəsinin sürücüsü ilə bağlanılmış əmək müqaviləsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə (əmək müqaviləsi müddətinin bitməsi) əsasən xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. Əsas: işçinin əmək müqaviləsi müddətinin bitməsidir. Həmçinin işçinin istifadə etmədiyi 15 günlük məzuniyyət üçün kompensasiya məbləğinə dair tələbinin Banklar haqqında Azərbaycan Respublikası Qanununun 76 və 82-ci maddələrinə uyğun olaraq qeyd alınması nəzərdə tutulması və işçiyə bu barədə məlumat verilməsi, işçiyə xx.xx.2020-xx.xx.2021-ci ili üzrə istifadə etmədiyi 5 günlük məzuniyyət kompensasiyası ödənilməsi əmr edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə «xxxxxxx» ASC arasında xx.xx.2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılmış və iddiaçı sürücü vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi üzrə müddət 6 ay müəyyən edilmişdir və iddiaçı xx.xx.2019-cu il tarixədək cavabdehlə əmək münasibətlərində olmuşdur. Müddətli əmək müqaviləsi üzrə müddət 6 ay müəyyən edilsə də, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin ləğvi ilə əlaqədar bir-birlərinə qarşı hər hansı bildiriş təqdim edilmədiyinə görə, müqavilənin müddəti mütəmadi olaraq eyni müddətə uzadılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə ləğv prosesində olan «xxxxxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əmri ilə iddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdir. İddiaçı irəli sürdüyü tələbləri onunla əsaslandırmışdır ki, o, pandemiya dövründə qanunsuz işdən azad edilmişdir. Bu səbəbdən iddiaçı onu işə bərpa edilməsi, pandemiya dövründə onai dəymiş ziyanın ödənilməsi və 3 aylıq kompensasiyasının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin işə bərpa edilməsi ilə bağlı iddiaçının dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, həmin dəlillər əsassızdır. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə qeyd edir ki, iddiaçı ilə «xxxxxxx» ASC arasına əmək müqaviləsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək bağlanılmışdır və tərəflər arasında əmək münasibətləri davam etdirildiyi üçün, müqavilənin müddəti eyni müddətə uzadılmış hesab edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə «xxxxxxx» ASC arasında əmək müqaviləsi müddəti xx.xx.2020-ci il tarixdə başa çatdığından və cavabdeh iddiaçı ilə əmək münasibətlərinin davam etməsini arzu etmədiyindən, cavabdeh iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr qəbul etməkdə tam hüquqlu olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh əmək müqaviləsinin davam etdirməməsi ilə bağlı iradə ifadəsini iddiaçıya 7 gün ərzində bildirdiyindən, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli əmr də tam qanuni olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2020-cu il tarixli 20-106K saylı əmr əmək qanunvericiliyin tələblərinə riayət edilməklə qəbul edildiyindən, həmçinin həmin əmr qanunda nəzərdə tutulmuş qaydada elektron informasiya sistemində yerləşdirildiyindən, iddiaçının işə bərpa edilməsi ilə bağlı tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 3 aylıq kompensasiya verilməsi hissəsi üzrə qeyd edir ki, əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilərkən işçiyə hər hansı müavinətin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçiyə hansı təminatların verilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilərkən hər hansı müavinətin verilməsi Əmək Məcəlləsinin 77-ci maddəsi ilə nəzərdə tutulmadığı üçün iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı pandemiya dövründə dəymiş ziyanın ödənilməsini tələb etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, həmçinin digər tələbləri rədd olunduğundan və dəymiş ziyan digər tələblərlə bağlı olduğundan iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Yuxarıda qeyd olunan işin hallarını müzakirə edib, onlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «işə bərpa, maddi ziyanın və kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «işə bərpa, maddi ziyanın və kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4941/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4941/2020
29.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver