Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4959/2020 08.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, xx.xx.1954-cü il tarixdə Xanlar rayonunda doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası - xx.xx.1954-cü il təvəllüdlü X2 xx xxxxxx 2020-ci il tarixdə uzun sürən xəstəlikdən sonra evdə vəfat etmişdir. Təcili tibbi yardım çağırsalar da, anası həkim gələnədək vəfat etmişdir. Bunu BŞT və TTYS tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş xəbərdarlıq vərəqəsi də təsdiq edir. O, hüquqlarını, qanunları bilmədiyindən, 3 gün ərzində poliklinikaya müraciət etməmişdir. Həmçinin anası poliklinikada qeydiyyatda olmadığından, həkimin ölüm haqqında tibbi şəhadətnaməsini almaq mümkün olmamışdır. Mərhum anası, Əmircan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. O, sonradan ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət edilmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ölüm haqqında şəhadətnamə verilməsi üçün ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi vacibdir. Anası X1 həqiqətən xx.xx.2020-ci il tarixdə vəfat etməsini və dəfn olunmasını məhkəmədə şahidlər də təsdiq edə bilərlər. Mərhum anasının ölüm faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanı yoxdur və ona görə də, bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, ərizəçinin əmisidir. Ərizəçi onun qardaşı X4 qızıdır. Zemfira Babayeva qardaşının həyat yoldaşı olmaqla, 3 il idi ki, xəstəlikdən əziyyət çəkirdi. Xərçəng xəstəliyinə görə kimyaterapiya tətbiq olunmuşdu. Axır vaxtlar halı pisləşmişdi. xx xxxxxx 2020-ci il tarixdə tezdən, səhər 6 radələrində rəhmətə getmişdir. Mərhuməni Əmircan qəsəbəsində dəfn etmişlər. Mərhumə sağlığında Əmircan qəsəbəsində yaşadığı üçün, elə orada dəfn etmişlər. X3 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, ərizəçinin həyat yoldaşıdır. Zemfira Babayeva onun qayınanasıdır. Qayınanası uzun müddət xəstəlikdən, xərçəngdən əziyyət çəkib. Müalicə alıb. Lakin təəssüflər olsun ki, müalicənin nəticəsi olmayıb. Qayınanası xx xxxxxx 2020-ci il tarixdə vəfat etdi. Mərhuməni Əmircan qəsəbə qəbristanlığında dəfn etmişlər. Başları dəfn və yas mərasiminə qarışdığı üçün vaxtında ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Buna görə, həyat yoldaşı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının ambulator-poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.1954-cü il tarixdə Xanlar rayonunda doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olmuş X2 xərçəng xəstəliyindən əziyyət çəkmişdir. BŞT və TTYS-in 5 saylı bölməsinin xx xxxxxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 5 saylı bölmənin TTY briqadası xəstə Zemfira Babayevanın adına daxil olmuş çağırışa əsasən xx xxxxxx 2020-ci il tarixdə saat 07.10-da ünvan 2 ünvana gəlmiş, qadın cinsli meyit aşkar etmişlər. Əmircan qəsəbəsi M.Muxtarov adına «İmam Cümə» məscidi dini icmasının xx.xx.2020-ci il tarixli 2 saylı arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 həmin gün Əmircan qəbristanlığında dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-1141/75 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumənin adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anası X1 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1954-cü il tarixdə Xanlar rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuş X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-cü il tarixdə Xanlar rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4959/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4959/2020
08.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver