Məhkəmə qərarları › İş №2(006)-4976/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4976/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4976/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı “TBC X5 Kredit Təşkilatı” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “TBC X5 Kredit Təşkilatı” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə xx xxxxxx 2016-cı il tarixli BAKU0-391-13221 saylı razılaşmaya əsasən verilmiş kredit üzrə 15.607,42 manat əsas borc, 2.991,93 manat faiz borcu, 500,08 manat dəbbə borcu, cəmi 19.099,43 manat, xx xxxxxx 2016-cı il tarixli BAKU0-391-13562 saylı razılaşmaya əsasən verilmiş kredit üzrə isə 1.358,42 manat əsas borc, 300,32 manat dəbbə borcu, cəmi 1.658,74 manat kredit borcunun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması, tutmanın Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 37.5 kv.m ümumi, 25.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 33 nömrəli mənzilin ilkin satış qiyməti 55.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 37.5 kv.m ümumi, 25.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 33 nömrəli mənzilin hərrac keçirildikdən bir ay sonra boşaldılması və Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, iddiaçı “TBC X5 Kredit Təşkilatı” MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır: 1.1 Tərəflər xx xxxxxx 2010-cu il tarixli AZBA-000663 saylı Kredit Müqaviləsi (kredit müqaviləsinə əlavə və dəyişiklilərə dair xx xxxx 2013-cü il tarixli Saziş və xx xxxxxx 2016cı il tarixli BAKUO-391-13221 və xx xxxxxx 2016-cı il tarixli BAKU0-391-13562 saylı Razılaşmalar da daxil olmaqla) üzrə “Cavabdehlər”in “İddiaçı’ya olan ümumi borcu 20 000 (iyirmi min) manat müəyyən edirlər. 1.2 Göstərilən 20 000 (iyirmi min) manat məbləğində borc 2020-ci ilin noyabr ayından başlayaraq 24 (iyirmi dörd) təqvim ayı ərzində, hər təqvim ayı ən azı 200 (iki yüz) manat olmaqla 2022-ci ilin noyabr ayınadək Cavabdehlər tərəfindən İddiaçıya qaytarılmalıdır və bu tarixdən sonra kreditin qaytarılması müddəti uzadıla bilməz. 1.3 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, yəni xx.xx.2022-ci il tarixinədək 20 000 (iyirmi min) manat qaytarılmaması, o cümlədən aylıq 200 (iki yüz) manat qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 1.4 Cavabdehlər Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-4976/2020 saylı mülki işlə bağlı iddiaçının çəkdiyi aşağıdakı xərcləri xx xxxxxx 2022-ci il tarixədək ödəməyi öz öhdəsinə götürürlər: İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün - 30 manat; İşin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu - 30 manat. 2.1 Bu Sazişin 1-ci bəndində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra Cavabdehlərin xx xxxxxx 2010-cu il tarixli AZBA-000663 saylı Kredit Müqaviləsi (kredit müqaviləsinə əlavə və dəyişiklilərə dair xx xxxx 2013-cü il tarixli Saziş və xx xxxxxx 2016-cı il tarixli BAKUO-391 -13221 və xx xxxxxx 2016-cı il tarixli BAKUO- 391 -13562 saylı Razılaşmalar da daxil olmaqla) üzrə İddiaçı qarşısında kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 37.5 kv.m ümumi, 25.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 33 nömrəli mənzil) ipoteka yüklülüyündən (girovdan) azad ediləcəkdir. 3.1 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.1.1 Cavabdehlər borc məbləğini bu Sazişdə qeyd edilən müddətlərə uyğun rəqəmləri qəbul edir və cavabdehlərin ödənişləri nəzərə alınmaqla, borcun tutulma gününə olan qalıq məbləği və 5 000 (beş min) manat iddiaçının xeyrinə tutulur; 3.1.2 Tutma Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 37.5 kv.m ümumi, 25.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 33 nömrəli mənzilinə yönəldilir və tərəflərin razılığına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 55 000 (əlli beş min) manat müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti Cavabdehlərin İddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir. 4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə “lddiaçı”nın müraciəti əsasında məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və "İcra haqqında” AR Qanununa əsasən icra edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehlərin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdehlər və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehlərin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyəgöstərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin tələblərinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “TBC X5 Kredit Təşkilatı” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçı “TBC X5 Kredit Təşkilatı” MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 1.1 Tərəflər xx xxxxxx 2010-cu il tarixli AZBA-000663 saylı Kredit Müqaviləsi (kredit müqaviləsinə əlavə və dəyişiklilərə dair xx xxxx 2013-cü il tarixli Saziş və xx xxxxxx 2016cı il tarixli BAKUO-391-13221 və xx xxxxxx 2016-cı il tarixli BAKU0-391-13562 saylı Razılaşmalar da daxil olmaqla) üzrə “Cavabdehlər”in “İddiaçı’ya olan ümumi borcu 20 000 (iyirmi min) manat müəyyən edirlər. 1.2 Göstərilən 20 000 (iyirmi min) manat məbləğində borc 2020-ci ilin noyabr ayından başlayaraq 24 (iyirmi dörd) təqvim ayı ərzində, hər təqvim ayı ən azı 200 (iki yüz) manat olmaqla 2022-ci ilin noyabr ayınadək Cavabdehlər tərəfindən İddiaçıya qaytarılmalıdır və bu tarixdən sonra kreditin qaytarılması müddəti uzadıla bilməz. 1.3 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməməsi, yəni xx.xx.2022-ci il tarixinədək 20 000 (iyirmi min) manat qaytarılmaması, o cümlədən aylıq 200 (iki yüz) manat qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 1.4 Cavabdehlər Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-4976/2020 saylı mülki işlə bağlı iddiaçının çəkdiyi aşağıdakı xərcləri xx xxxxxx 2022-ci il tarixədək ödəməyi öz öhdəsinə götürürlər: İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün - 30 manat; İşin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu - 30 manat. 2.1 Bu Sazişin 1-ci bəndində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra Cavabdehlərin xx xxxxxx 2010-cu il tarixli AZBA-000663 saylı Kredit Müqaviləsi (kredit müqaviləsinə əlavə və dəyişiklilərə dair xx xxxx 2013-cü il tarixli Saziş və xx xxxxxx 2016-cı il tarixli BAKUO-391 -13221 və xx xxxxxx 2016-cı il tarixli BAKUO- 391 -13562 saylı Razılaşmalar da daxil olmaqla) üzrə İddiaçı qarşısında kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 37.5 kv.m ümumi, 25.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 33 nömrəli mənzil) ipoteka yüklülüyündən (girovdan) azad ediləcəkdir. 3.1 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.1.1 Cavabdehlər borc məbləğini bu Sazişdə qeyd edilən müddətlərə uyğun rəqəmləri qəbul edir və cavabdehlərin ödənişləri nəzərə alınmaqla, borcun tutulma gününə olan qalıq məbləği və 5 000 (beş min) manat iddiaçının xeyrinə tutulur; 3.1.2 Tutma Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 37.5 kv.m ümumi, 25.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 33 nömrəli mənzilinə yönəldilir və tərəflərin razılığına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 55 000 (əlli beş min) manat müəyyən edilməklə, açıq hərracdan satılır və məcburi boşaldılır, satışdan əldə olunmuş pul vəsaiti Cavabdehlərin İddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir. 4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə “lddiaçı”nın müraciəti əsasında məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və "İcra haqqında” AR Qanununa əsasən icra edilir. İddiaçı “TBC X5 Kredit Təşkilatı” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-4976/2020 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar