Məhkəmə qərarları › İş №2(006)-498/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-498/2023

28.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-498/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi – X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı «xəbərdarlığın ləğv olunması, əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi, müqavilənin bağlanmış hesab olunması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı «xəbərdarlığın ləğv olunması, əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi, müqavilənin bağlanmış hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə tərtib olunan akt əsasında iddiaçıya verilən şiddətli xəbərdarlığın (töhmət) ləğv olunması, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən xitam verilməsinə dair ETN üzrə K-1011 saylı əmrin ləğv olunması və iddiaçı ilə bağlanan müqavilənin bir il müddətinə bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə tərtib olunan akt əsasında iddiaçıya Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən xəbərdarlığın ləğv olunması, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən xitam verilməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrinin ləğv olunması və iddiaçı ilə bağlanan müqavilənin bir il müddətinə bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 5 saylı Xidmət və əməliyyat mərkəzinin təsərrüfat qrupunun rəisi Şəmistan İsmayılbəyli, 5 saylı Xidmət və əməliyyat mərkəzinin təsərrüfat qrupunun mütəxəssisi İlqar Rzaquluyev, Səbail rayonu 33 saylı uşaq baxçasının təsərrüfat müdiri Tamilla Kazımovanın iştirakı ilə xx.xx.2022-ci il tarixdə 33 saylı uşaq baxçasında baxış keçirilmiş və müəyyən nöqsanların aşkar edilməsinə dair akt tərtib olunmuşdur. Aktdan göründüyü kimi uşaq baxçasının ərzaq anbarına baxış keçirərkən “Uzun ömür süd məhsulları" MMC istehsalı olan yararlıq müddəti bitməsi və istismara tam yararsız qatıq məhsullarının saxlandığı müəyyən edilməsi və baxçaya 72 kq miqdarında qatıq verilməsi, baxçanın anbar kitabında 19xx.xx.2022-ci il tarixində gündəlik 15 kq istehlak ilə 28.12 kq qatıq mövcud olduğu göstərilmişdir. Anbarda faktiki olaraq 40 kq miqdarında son istifadə tarixi xx.xx.2022-ci il tarixdə bitmiş qatıq aşkar edilmişdir. "xxxx" MMC-nin istehsalı olan yararlıq müddətinin xx.xx.2022-ci il tarixdə bitməsi və istismara tam yararsız, 1.6 kq xama məhsulunun saxlanıldığı müəyyən edilmişdir. Baxça 3 kq miqdarında xama verilməsi baxça anbar kitabında 19-xx.xx.2022-ci il tarixində gündəlik 0.75 kq istehlak ilə 1 kq xama qalıq mövcud olduğu göstərilmişdir. “Uzun ömür süd məhsulları MMC istehsalı olan yararlıq müddəti xx.xx.2022-ci il tarixində bitmiş və istismara tam yararsız 5 kq pendir məhsulunun saxlanıldığının müəyyən olunması, baxçanın anbar kitabında 16-2007.2022-ci il tarixində 1.15 kq güncəlik istehlak ilə 6.75 kq pendir mövcud olduğu göstərilmişdir. xx.xx.2022-ci il tarixdə tərtib olunan akt 3 nəfər şəxsin iştirakı ilə təstiq olunmuş və bu akt tərtib edilərkən onun məzuniyyətdə olmasına baxmayaraq Əmək Məcəlləsinin 189.2-ci maddəsinin tələbi pozulmaqla ona şiddətli xəbərdarlıq (töhmət) verilmiş və müəyyən bir müddət keçdikdən sonra onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Həmin müddət ərzində onun işdə olmamasının əsası olaraq iş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli M-674 saylı əmək məzuniyyəti və vəzifələrin müvəqqəti həvalə edilməsi haqqında əmrdən göründüyü kimi Bakı şəhəri 33 saylı körpələr evi-uşaq baxçasının müdiri kimi 2021/2022-ci il hesabına xx.xx.2022-ci il tarixdən 42 təqvim günündə növbəti məzuniyyətə buraxılmış və işə başlama müddəti xx.xx.2022-ci il tarix qeyd olunmuşdur. Belə olan halda ona verilən şiddətli xəbərdarlıq (töhmət) qanunsuz hesab edilməlidir. Belə ki, məzunuyyət müddətində müdir vəzifəsi başqa şəxsə həvalə olıunmuş və belə olan halda nöqsan olduğu halda xəbərdarlıq və ya töhmət ona deyil, əvəz edən şəxsə tətbiq edilə bilərdi. Onun barəsində əmr əsassız olaraq ləğv olunmalı və belə ki, 29 avqust 2022-ci il tarixdə məzuniyyət müddəti başa çatdıqdan sonra işə gəlmiş və 20 sentyabr 2022-ci il tarixdə **********88 saylı mobil nömrədən ona zəng gələrək işə gəlməyəcəyi və onunla olan müddətsiz əmək müqaviləsinə xitam verilməsi bildirilmişdir. Səbəb olaraq yaşının tamam olması ilə əlaqədar olması bilidirilsə də səhhəti və təhsil sahəsində əldə etdiyi naliyyətlər iş imkanlarının davam etdirilməsi üçün əsaslardadır. Belə ki, iddiaçı 1979-cu il tarixdən pedaqoji fəaliyyətə başlamış və xx.xx.1992-ci il tarixdə 33 nömrəli körpələr evinə müdir vəzifəsinə təyin olunmuşdur. Müddətsiz əmək müqaviləsi əsasında rəhbər vəzifəsində çalışmış və işlədiyi müddət ərzində ona heç bir xəbərdarlıq və töhmət verilməmiş və məzuniyyətdə olduğu müddət ərzində etmədiyi hər hansı bir nöqsana görə şiddətli xəbərdarlığın verilməsini əsassız hesab edir. Azərbaycan Təhsil İşçiləri X3 Rayon Komitəsinin ona ünvanladığı cavab məktubundan göründüyü kimi onun iştirakı olmadan yoxlamanın keçrilməsi və onunla bağlanan müqavilənin Əmək Məcəlləsinin 10.1.4-cü maddəsinə uyğun olaraq əmək müqaviləsi 1 il müddətinə uzadıla bilməsi və təşkilatın yaşı keçmiş işçilər arasında, ona üstünlük verməsi və digər tərəfdən həmkarlar təşkilatının razılığı ilə xitam verilmiş baxça müdirələrinin siyahısında adının qeyd olunmaması kimi fikirlərini bildirmişdirlər.Halbuki, işçi ilə işə götürən arasında müqavilə xitam verilmədən öncə həmkarlar tərəfindən müzakirə olınmalı və qərar qəbul edilməli olduğu halda belə bir pozuntuya yol verilməsi Əmək Məcəlləsinin tələbinə ziddir. Müqavilənin bağlanmış hesab olunması əsaslarından biri də onunla 4.09.2022-ci il tarixdə müqavilənin ləğv olunmasına dair əmr verilsə də, xx.xx.2022-ci il tarixədək işə gəlməsi və öz vəsifəsini icra etməsidir. Belə ki, xx.xx.2022-ci il tarixdə işdə olmasına sübut olaraq işçilərin işə gəlməsi ilə bağlı qeydiyyat jurnalından çıxan sənədin kseresurətir iddia ərizəsinə əlavə edilmişdir. Bundan başqa ona müxtəlif vaxtlarda Təhsil Şöbəsinin müdiri Sara Xanlarova tərəfindən uşaq baxçasının kollektivinin “Şən hazırcavablar baxçada yetişir adlı tədbirdə fəal iştirak etdiyinə görə birinci dərəcəli diplomla təltif olunmuş, 2001-ci il tarixdə Səbail Rayon Təhsil şöbəsi tərəfindən fəxri fərman verilmiş, İcra Hakimiyyətinin başçısı Hacıbala Abıtalıbov tərəfindən dəfələrlə təşəkkürnamə verilmiş, Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Məktəbə qədər Təhsil müəssisələri və uşaq evləri idarəsi tərəfindən fərqlənmə diplomu verilmiş, ən yaxşı müəllimə adına layiq görülməklə ona fəxri diplom verilmişdr. Bu nəaliyyətlər nəzərə alınmaqla onunla bağlanan müqavilə 1 il müddətinə uzadıla bilərdi. Sonuncu olaraq xx.xx.2022-ci il tarixdə əmr verilsədə ona məlumatın verilməməsi və işə getməsi, tabel dəftərində imzasının olması müqavilənin bağlanmış olması əsaslarındandır. Bundan sonra iddiaçı cavabdeh təşkilata dəfələrlə və son olaraq xx.xx.2022-ci il tarixdə müqavilənin 1 il müddətinə təkrar bağlanması ilə əlaqədar müraciət etmişdir. Əmək Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə uyğun olaraq müqavilənin 1 il müddətinə uzadılması barədə rəsmi şəkildə müraciət etmişdir. Belə ki, 65 yaşı olmasına baxmayaraq, xx.xx.2022-ci il tarixdə əmrin verilməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixədək işə getməsi və ona işdən kənarlaşdırılması barədə bir ay öncə və hətta xx.xx.2022-ci il tarixdə deyilməsini nəzərə almaqla müqaviləni özü özlüyün müddətinə bağlanılmasını əsaslı hesab edə bilər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZE seriyalı 0******* saylı Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. ИТ-İ seriyalı ******* saylı Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən 33 saylı körpələr evinə müdir vəzifəsinə köçürülmüş, xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdən görünür ki, Bakı şəhəri 33 saylı körpələr evi-uşaq baxçasının müdiri iddiaçı ilə bağlanmış əmək müqaviləsi çalışmanın yaş həddinə çatdığına görə xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli M-674 saylı əmrdən görünür ki, Bakı şəhəri 33 saylı körpələr evi-uşaq baxçasının müdiri iddiaçı 2021/2022 iş ili hesabına xx.xx.2022-ci il tarixdən 42 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmış və işə başlama müddəti xx.xx.2022-ci il tarix qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, xx.xx.2022-ci il tarixində 33 saylı uşaq bağçasına baxış keçirilmişdir. Keçirilən baxış zamanı müəyyən nöqsanlar aşkar edilmişdir. Belə ki, uşaq bağçasının ərzaq anbarına baxış keçirilərkən "xxxx" MMC istehsalı olan yararlılıq müddəti bitmiş və istismara tam yararsız qatıq məhsullarının saxlanıldığı müəyyən edilmişdir, bağça uzrə təhvil-qəbul aktlarına əsasən xx.xx.2022 və xx.xx.2022-ci il tarixində bağçaya 72 kq miqdarında qatıq verilmişdir. Bağçanın anbar kitabında 19xx.xx.2022-ci il tarixlərində gündəlik 15 kq istehlak ilə 28.12 kq qalıq qatıq mcvcud olduğu göstərilmişdir. Anbarda faktiki olaraq 40 kq miqdarında son istifadə tarixi xx.xx.2022-ci il tarixində bitmiş qatıq aşkar edilmişdir. “Uzun Ömür - süd məhsulları" MMC istehsalı olan yararlılıq müddəti xx.xx.2022-ci il tarixində bitmiş və istismara tam yararsız 1.6 kq xama məhsulunun saxlanıldığı müəyyən edilmişdir, bağça üzrə təhvil-qəbul aktlarına əsasən xx.xx.2022 və xx.xx.2022-ci il tarixində bağçaya 3 kq miqdarında xama verilmişdir. Bağçanın anbar kitabında 19-21 07.2022-ci il tarixlərində gündəlik 0.75 kq istehlak ilə 1 kq xama qalıq mövcud olduğu göstərilmişdir. "xxxx" MMC istehsalı olan yaraılılıq müddəti xx.xx.2022-ci il tarixində bitmiş və istismara tam yararsız 5 kq pendir məhsulunun saxlanıldığı müəyyən edilmişdir. Bağçanın anbar kitabında 16-xx.xx.2022-ci il tarixlərində 1.15 kq gündəlik istehlak ilə 6.75 kq pendir mövcud olduğu göstərilmişdir. Bağça heyətindən qeyd edilən nöqsanlar barədə soruşulduqda, həmin məhsulların gündəlik olaraq istifadə edildiyi, son istifadə tarixlərinin bitməsi barədə məlumatsız olduqlarını bildirmişlər. Bağçanın anbar kitabı səliqəsiz formada işlənilmiş, cari tarix üzrə heç bir məhsulun məxarici və qalığı göstərilməmişdir. Ərzaq anbarında məhsulların saxlanılması zamanı normativ temperatur və rütubətlilik göstəricilərinə riayət edilməməkdədir. Bakı şəhəri Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli 2588-02/10 saylı məktubundan görünür ki, məktəbəqədər təhsil müəssisələrində metbəx və saxlanc otaqlarının, eyni zamanda qida məhsullarının vəziyyətinin yoxlanması məqsədilə təsərrüfat qruplarının əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Səbail rayonu 33 saylı körpələr evi-uşaq bağçasına baxış keçirilmişdir. Keçirilən baxış zamanı bir sıra nöqsanlar aşkar edilmişdir. Araşdırma nəticəsində ərzaq təminatı, ərzaq məhsullarının saxlanılma müddəti və uçotunun düzgün aparılması, zəruri avadanlıqlarla təminat vəziyyətində, sənədləşmənin aparılması və sair sahələrdə bir sıra ciddi nöqsan və çatışmazlıqlar aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Həmin Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 189-cu maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1994-cü il tarixdən 33 saylı körpələr evinə müdir vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixində 33 saylı uşaq bağçasına baxış keçirilmiş və keçirilən baxış zamanı müəyyən nöqsanlar aşkar edilmişdir. Aşkar edilən nöqsanlara görə Bakı şəhəri Təhsil İdarəsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli 2588-02/10 saylı məktubla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilmişdir. iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən (çalışmanın yaş həddinə çatdığına görə) xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Əksinə iş materiallarından aydın olur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuş və xx.xx.2022-ci il tarixdə çalışmanın yaş həddinə çatdığına görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, çalışmanın yaş həddinə çatdığına görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə istinad edilməklə xitam verilməsi qanuni və əsaslı olduğundan iddia tələbi təmin oluna bilməz. İddiaçı iddia ərizəsində ona verilən şiddətli xəbərdarlığın (töhmət) ləğv olunmasının əsası kimi onun məzuniyyətdə olmasına baxmayaraq Əmək Məcəlləsinin 189.2-ci maddəsinin tələbi pozulmaqla ona şiddətli xəbərdarlıq (töhmət) verilməsinə istinad etmişdir. Qeyd edilən dəlillə bağlı məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinin tələbinə əsasən məzuniyyətdə olan işçiyə intizam tənbehi verilə bilməz. Lakin Bakı şəhəri Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli 2588-02/10 saylı məktubundan göründüyü kimi iddiaçıya verilmiş xəbərdarlıq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq verilmişdir ki, göstərilən normanın tələbinə əsasən iddiaçıya verilmiş xəbərdarlıq intizam tənbehi sayılmır. Eyni zamanda iddiaçı həmin xəbərdarlığın məzuniyyətdə olduğu müddətdə verilməsini qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, həmin xəbərdarlıq iddiaçının işə başladığı xx.xx.2022-ci il tarixdən sonra xx.xx.2022-ci il tarixdə verilmişdir. Bundan başqa, iddiaçı tərəfindən aparılmış yoxlama zamanı müəyyən olunmuş halların təkzib edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə tədqiqatı zamanı sübuta yetirilməmiş, eyni zamanda məhkəmə tədqiqatı zamanı iddiaçı barəsində qəbul edilmiş əmrin və xəbərdarlığın ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. İddia tələbinin iddiaçı ilə bağlanan müqavilənin bir il müddətinə bağlanmış hesab edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb əmrin ləğv edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar