Məhkəmə qərarları › İş №2(007)-1418/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1418/2025

09.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1418/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, iş vaxtından artıq işə görə əmək haqqı”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensassiya, iş vaxtından artıq işə görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdehnə qarşı “əmək hüquqlarının bərpası, ödənilməmiş əməkhaqqının hesablanması və işəgötürənin inzibati məsuliyyətə cəlb olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun işinə bərpa olunması, 80 günlük istifadə olunmamış məzuniyyət haqqının tam ödənilməsi, bayram günləri və istirahət günləri işlədiyi günlərə görə əmək haqqının yenidən hesablanaraq ödənilməsi, normadan artıq həftəlik 8 saat işlədiyi saatların əmək haqqısının yenidən hesablanaraq ödənilməsi, işəgötürən qanuni müraciətinə cavab vermədiyi və əmək məcəlləsinin tələblərini pozduğu üçün xüsusi cərimələnərək inzibati məsuliyyətə cəlb edilməsi, ona dəymiş mənəvi və maddi ziyanın məhkəmə tərəfindən müəyyən edilərək cavabdehdən tutulmasının təmin edilməsi, işə bərpa olunduğu tarixə qədər işləmədiyi günlər üçün əmək haqqının hesablanıb ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən qanunsuz verilmiş töhmətin ləğv edilməsi, məzuniyyət hüququnun bərpası və məzuniyyətdə işə cəlb edilməyə görə kompensasiyanın ödənilməsi, geri qaytarılmayan məhsul üzrə məsuliyyətin üzərindən götürülməsi, əmək haqqının tam və vaxtında ödənilməməsinə görə çatışmayan 100 manatın ödənilməsi, əmək kitabçasının dərhal qaytarılması, əlillik statusuna baxmayaraq qanunsuz işdən çıxarılma faktının tanınmasını və ona kompensasiya ödənilməsi, artıq iş saatlarına görə 8486 manat əmək haqqının ödənilməsi, məzuniyyət balansının bərpası, əmək müqaviləsinə xitamın qanunsuz hesab edilməsi, qanunsuz işdən çıxarıldığı dövrdə işləmədiyi günlər üçün orta aylıq əmək haqqının (590 azn) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı xx.xx.2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən qanunsuz verilmiş töhmətin silinməsi, əsaslandırılmamış verilmiş işdən çıxarılmanın qanunsuz hesab edilməsi və Əmək Məcəlləsinə əsasən işə bərpa olunması, qanunsuz işdən çıxarıldığı dövrdə işləmədiyi günlər üçün orta aylıq əmək haqqının ödənilməsi, silinmiş, lakin istifadə etmədiyi 21 gün məzuniyyət günlərinin bərpa olunması və onların tam kompensasiya ilə ödənilməsi, işdən azad olunduqdan sonra əmək kitabçasının verilməməsi və əmək haqqının tam və vaxtında ödənilməməsinə görə çatışmayan 100 manatın ödənilməsi, əlillik statusuna baxmayaraq qanunsuz işdən çıxarılma faktının tanınması və ona kompensasiya ödənilməsi, normadan artıq iş saatları üçün əlavə 8486 manat hesablanaraq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı, 3-cü qrup əlildir, ailəlidir və himayəsində 2 azyaşlı övladı var. xx.xx.2020-ci ildən "xxxx" MMC-də çalışmışdır və son olaraq malların qəbulu və anbar üzrə köməkçi vəzifəsinndə işləmişdir. xx.xx.2025-ci il tarixində Əmək Məcəlləsinin 68 “b” maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Lakin bu, qanunsuz həyata keçirilib və işəgötürən tərəfindən əmək qanunvericiliyinin bir neçə ciddi pozuntusuna yol verilmişdir. Birinci növbədə o, fiziki məhdudiyyətli şəxs olduğu üçün Azərbaycan Respublikasının daxili və beynəlxalq qanunvericiliyinə əsasən iş yerinin qorunması və işlə təmin edilmə hüququ pozulmuşdur. Onun işinə bərpa olunması tələb olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin əməyə və işsizliyin sosial müdafiəsinə hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əlilliyi olan şəxslərin işdən çıxarılması onların sağlamlıq vəziyyətinə uyğun olmayan əsaslarla həyata keçirilə bilməz. Bu səbəbdən, onun əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğu əsas götürülərək, işinə bərpa olunmağı tələb edilir. Əmək müqaviləsinin düzgün rəsmiləşdirilməməsi (Əmək Məcəlləsinin 50 ci maddəsi). Onun 21.07.22-ci il tarixdən 10.10.24-cü il tarixədək 2 il 3 ay ərzində işlədiyi halda, əmək müqaviləsində imzası olmayıb dəfələrlə bunu tələb etdiyi halda tələbi qarşılanmayıb. İşə götürən tərəfindən hər dəfə imzası olmadan 6 aylıq əmək müqaviləsi yenilənib. Mən daimi iş yeri olan bir müəssisədə çalışmışam, lakin mənimlə 3 və ya 6 aylıq müvəqqəti müqavilələr bağlanıb. Bu onun iş yerində sabitliyini təmin etməmək və əmək hüquqlarını məhdudlaşdırmaq məqsədilə qanunsuz şəkildə tətbiq olunmuşdur. Ödənilməmiş məzuniyyət və bayram günlər üçün kompensasiya ödənilməlidir. İşlədiyi müddətdə 80 gündən çox istifadə olunmamış məzuniyyəti var. Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən, istifadə olunmamış məzuniyyətə görə tam kompensasiya ödənilməlidir. Bundan əlavə, 20-dən çox bayram günü işlədiyi halda, ona minimal ödəniş edilib. Buna əsasən, məhkəmədən məzuniyyət və bayram günü kompensasiyalarının yenidən hesablanaraq ödənilməsini tələb edir. Normadan artıq işlədiyi saatlar üçün əlavə ödəniş edilməlidir. Həftə ərzində 6 gün, hər gün 9 saat işləmiş, bu da həftəlik 8 saat artıq iş vaxtı deməkdir. Bu açıq-aşkar əmək hüquqlarının pozulmasıdır. Həftəlik 40 saat işləməli olduğu halda 48 saat bəzən daha çox iş saatı və üstəlik bazar günləri də işə çıxır, amma əlavə ödəniş almır. Bu hallarda qanuna görə istirahət günlərində işlədiyi üçün həmin günlərə görə ikiqat əmək haqqı almalıdır. Buna görə, işlədiyi əlavə saatların əmək haqqına əlavə edilməsini və yenidən hesablanaraq ona ödənilməsini tələb edir. İşəgötürənin ərizəni cavabsız qoyması və inzibati məsuliyyətə cəlb olunması tələb olunur. O, xx.xx.2025-ci il tarixində baş direktora yazılı ərizə ilə müraciət etmiş, lakin qanuni müddət ərzində cavab verilməmişdir. Buna əsasən məhkəmədən işəgötürənin bu qanunsuz hərəkətinə görə xüsusi cərimələnməsi və inzibati məsuliyyətə cəlb olunması barədə qərar çıxarılmasını tələb edir. Ona dəymiş mənəvi ziyanın ödənilməsini tələb edir. İşəgötürən tərəfindən ona vurulan mənəvi və məhkəməyə çəkdiyi maddi xərcləri məhkəmə tərəfindən müəyyən edilərək cavabdehdən tutulmasını tələb edir. İşə bərpa olunduğu tarixə qədər işləmədiyi günlərin əmək haqqı ödənilsin. Bu səbəbdən, işə bərpa olunacağı tarixə qədər işləmədiyi günlər üçün ona orta aylıq əməkhaqqı hesablanaraq ödənilməsini tələt edir. İşsizlik statusu və vəkilin təmin olunması. O, hal hazırda işsizlik statusundadır. Onunla əmək haqqı məsələlərini və digər hüquqlarını qorumaq məqsədilə, hüquqi yardımı və məsləhətlər üçün vəkillə təmin olunması xahiş edilir. İddia ərizəsində göstərdiyi hüquq pozuntularının sübutlarını məsələn iş saatı, məzuniyyət balansı, bayram və istirahət günlərində işləməyinin sübütlarını yalnız iş yeri cavabdeh şəxs təqdim edə bilər. Ərizəsindəki tələblərin təmin olunmasına kömək məqsədilə, məhkəmədən bu məsələlərin müvafiq şəkildə araşdırılmasını və qərar verilməsini xahiş edir. Onun əlilliyi olduğu halda, Əmək Məcəlləsinin 75 ci maddəsinə əsasən, ona xüsusi iş şəraiti yaradılmalı və ayrı-seçkilik edilməməli idi. İşəgötürən bu qanuni tələblərə əməl etməyərək, onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Onun işdən çıxarılması bu maddədə nəzərdə tutulmuş əsaslara uyğun deyil və qanunsuzdur.

5. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-də çalışdığı müddət ərzində aşağıdakı əmək hüquqları ciddi şəkildə pozulmuşdur. Bu pozuntular həm milli qanunvericilik, həm də beynəlxalq hüquq normalarına ziddir. Aşağıda pozuntular və hüquqi əsaslarla birlikdə tələblərini təqdim edir: Qanunsuz verilmiş töhmətin ləğvi: 25 noyabr tarixindən 14 günlük məzuniyyətdə olmalı olduğu halda, məzuniyyətə buraxılmamış və məzuniyyətdə olduğu tarixdə qanunsuz şəkildə işə cəlb edilərək töhmət almışdır. Bu hal Əmək Məcəlləsinin 128-ci maddəsinə və məzuniyyət hüququnun toxunulmazlığına dair beynəlxalq normalara ziddir. Tabeliyində olan anbarda aparılan yoxlama zamanı vaxtı keçmiş və firmaya geri qaytarılmamış məhsul aşkarlanmışdır. Məhsulun geri alınmaması onun deyil, təchizatçının məsuliyyətidir. Dəfələrlə etdiyi müraciətlərə baxılmamışdır. Əvvəlki qaydalara əsasən, məhsul alınmadıqda 1 həftə ərzində məhv edilirdi. Qaydalar dəyişildikdən sonra bu ancaq baş ofisdən "hə" cavabı alındıqda həyata keçirilə bilərdi. Bu cavabın gəlməməsi səbəbilə məhsul anbarda qalmışdır. Buna görə o, məsuliyyət daşımamalı və töhmət ləğv olunmalıdır. Əmək haqqının gec və natamam ödənilməsi. Əmək müqaviləsinə 21 yanvar tarixində xitam verilməsinə baxmayaraq, əmək haqqı 17 yanvara qədər hesablanmış və təxminən 100 manat çatışmazlıq yaranmışdır. Əmək haqqı hissə-hissə ödənilmişdir. 22 yanvar 1330.08 manat, 4 fevral 353.41 manat. Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, xitam günündə bütün hesablamalar işçiyə ödənilməlidir. Əmək kitabçasının qaytarılmaması: İşdən çıxarıldığı gündən bu günə qədər əmək kitabçası ona qaytarılmamış girov kimi saxlanılmışdır. Bu, Əmək Məcəlləsinin 78.4-cü maddəsinə əsasən hüquq pozuntusudur. Əlillik statusunun nəzərə alınmaması və qanunsuz işdən çıxarılma: 3-cü qrup əlildir. Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, bu status onun işdən çıxarılmama təminat verir. Cavabdeh isə müddətli müqaviləyə əsaslanaraq onun qanunsuz şəkildə işdən azad etmişdir. Bu, həm yerli qanunvericiliyə, həm də X2 111 saylı konvensiyasına ziddir. Artıq iş saatlarına görə ödəniş edilməməsi: 4 il 6 ay ərzində həftəlik 48-54 saat işlədiyi halda, artıq iş saatlarına görə əlavə əmək haqqı ödənilməmişdir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, artıq iş saatları ən azı 1.5 qat ödənilməlidir. Hesablamalarına əsasən: 2 il 2 ay ərzində 470 manat maaşla - 3614 manat 2 il 4 ay ərzində 590 manat maaşla -4872 manat, cəmi 8486 manat əlavə əmək haqqı ödənilməlidir. Məzuniyyət balansının silinməsi: Məzuniyyət balansı sistemdən silinmişdir. Bu, Əmək Ecəlləsinin 134 və 139-cu maddələrinə ziddir. Məzuniyyət hüququ bərpa olunmalı və onun imzası ilə təsdiq olunmuş məzuniyyət ərizəsi olmadığı halda məzuniyyət balansından silinmiş günləri bərpa edilməlidir. Orta aylıq əmək haqqı ilə bağlı tələb. Əmək müqaviləsinə xitamın qanunsuz olması səbəbilə, Əmək Məcəlləsinin 77 və 190-cı maddələrinə əsasən, işləmədiyi günlər üçün orta aylıq əmək haqqı ona ödənilməlidir (orta maaş-590 manat).

Cavabdehin etirazı və etirazın əsaslandırıldığı hallar :

6. Cavabdeh İddiaçı “əmək hüquqlarının bərpası, ödənilməmiş əmək haqqının hesablanması və işəgötürənin inzibati məsuliyyətə cəlb olunması” tələbinin dəlillərinə qarşı etiraz ərizəsi verərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı - İddiaçı cavabdeh - Cavabdeh MMC-yə qarşı “əmək hüquqlarının bərpası, ödənilmiş əmək haqqının hesablanması və işəgötürənin inzibati məsuliyyətə cəlb edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İlk növbədə iddiaçının həmin iddia ərizəsində qeyd etdiyi tələblər tamamilə absurd və əsassızdır. Belə ki, iddiaçı - İddiaçı 21 iyul 2020-ci il tarixində AS5984 nömrəli əmək müqaviləsi ilə Cavabdeh MMC-də qiymətə nəzarət üzrə köməkçi vəzifəsinə qəbul edilib. İddiaçı ilə bağlanılan əmək müqaviləsinə 17 yanvar 2025-ci il tarixli T0153-25 nömrəli əmrlə xitam verilib. Aşağıda göstərilənlərə əsasən iddiaçının iddia ərizəsində irəli sürdüyü arqumentlər əsassızdır: 1) İddiaçının işə bərpa edilməli olduğuna münasibətdə. İddiaçının işə bərpa tələbini irəli sürmək üçün əsas olacaq hər hansı bir arqumenti yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci bəndinin b hissəsinə əsasən yəni əmək müqaviləsinin müddətinin qurtarması bəndi ilə işdən çıxarılıb. Sözügedən işdən çıxarılma əmri 17 yanvar 2025-ci il tarixində verilib. İddiaçı ilə bağlanılan 21 iyul 2020-ci il tarixində AS5984 nömrəli əmək müqaviləsinin 2.1-ci maddəsində qeyd edilib ki,...Bu əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, tərəflərin qarşılıqlı razılığına əsasən 21 iyul 2020-ci il tarixindən 21 yanvar 2021-ci il tarixinədək 6 (altı) ay müddətinə bağlanıb. Şəxsin əmək müqaviləsinin müddəti 2021-ci ilin iyulundan 2025-ci ilin yanvar ayına qədər hər dəfə altı ay müddətinə uzadılıb, ən son 17 yanvar 2025-ci ildə müqavilənin müddəti bitib, iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq 1 (bir) həftə əvvəlcədən yazılı xəbərdarlıq edilməklə işdən çıxarılıb. Bundan əlavə, iddiaçı ilə müqavilənin müddətinin uzadılmaması da səbəbsiz olmayıb. Belə ki, iddiaçı çalışdığı müddət ərzində öz vəzifə səlahiyyətlərini layiqincə həyata keçirməyib, hətta onun belə əməlləri Şirkətə maddi ziyan vurub, iş ahəngini pozub. Belə ki, iddiaçı Şirkətdə malların qəbulu və anbar üzrə köməkçi vəzifəsində çalışarkən ciddi nöqsanlara yol verib. O, vəzifə səlahiyyətlərini tam həcmdə həyata keçirməyib. İddiaçının vəzifə öhdəliklərindən biri məhsulların təchizatçı firmaya və mərkəzi anbara vaxtında geri qaytarılması və bununla bağlı düzgün sənədləşmənin icra edilməsi olub. Lakin iddiaçı sözügedən öhdəliyi həyata keçirmədiyi üçün Şirkətin maliyyə hesablaşmalarında və sayım hesabatlarında uyğunsuzluqlar yaranıb, nəticədə dəfələrlə Şirkətə maddi ziyan dəyib. Həmçinin o, bu öhdəliyi həyata keçirməməklə Şirkətin “Mağaza əməliyyatları proseduru”nun tələbləri də tamamilə pozulub. Belə olan halda isə iddiaçının çalışdığı mağazanın müdiri ilkin İsmayılov tərəfindən xx.xx.2024-cü ıl tarixində Şirkətin kadrlar şöbəsinə təqdimat yazılıb. Həmin təqdimatda da iddiaçının vəzifə öhdəliklərini həyata keçirməməsi səbəbindən müvafiq tədbirlərin görülməsi xahiş edilib. Həmçinin iddiaçıdan izahat alınıb. Həmin izahatda iddiaçı öz vəzifələrini həyata keçirərkən yol verdiyi nöqsanları etiraf edib. Belə ki, o, qeyd edib ki, “22.11.24 tarixində bölmə müdirimiz tərəfindən aparılan mal qəbulu ərazisində ciddi nöqsanlar aşkar etmişdir. Mal qəbul edici vəzifəmi icra edən mən İddiaçı firmaların iadə olunmuş məhsulların firmaya iadə kəsib, kəsintini təsdiq edən sənədi. Baş ofisin yaratdığı xüsusi kompüterdə saxlama bölməsinə əlavə etməmişəm. Hal hazırda vəziyyət çox çətindir, baş ofisdə məlum olmayıb, məhsullar itib oğurlanıb və yaxud nə olub. Bununla yanaşı sifarişləri firmalara satış sayından çox verərək, deponu doldurub bərbad vəziyyətə salıram. Etdiyim bu nöqsanların iş prosesinə necə zərər vurduğunu dərk edirəm və cənab Jaimeden üzr istəyirəm.” İddiaçı yuxarıda qeyd edilənləri öz əl yazısı ilə yazıb və sonda öz imzası ilə təsdiq edib. Bir sözlə, iddiaçının iş keyfiyyətləri nəzərə alınmaqla onunla əmək münasibətlərinin davam etdirilməməsi və əmək müqaviləsinin uzadılmaması qərara alınmışdır. 2) ödənilməmiş məzuniyyət, bayram günləri üçün kompensasiya və normadan artıq işlədilməyə münasibətdə: İddiaçı, iddia ərizəsində 80 (səksən) gün ödənilməmiş məzuniyyət hüququnun olduğunu bəyan edib, lakin bunu dəstəkləyən heç bir iş materialı yoxdur və iş vaxtından artıq işlərə cəlb edilməsi ilə əlaqədar işəgötürənin (Cəmiyyətin) heç bir əmri (sərəncamı, qərarı) mövcud deyildir. Bu səbəbdən faktiki vəziyyətdə işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi mübahisə predmeti ola bilməz və tamamilə əsassızdır. Cavabdeh - işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin qanunvericiliklə tələb olunan bütün qaydalarına dəqiqliklə və obyektivliklə əməl olunub. Belə ki, Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri haqqında 300-cü maddəsində istinad edilən bütün hallar işəgötürən tərəfindən araşdırılmaqla bütün tələblərə dəqiq riayət edilib.

İş materialları :

8. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, AS5984 nömrəli əmək müqaviləsindən görünür ki, bu əmək müqaviləsi AR ƏM-nin 47-ci maddəsinin f bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığına əsasən 21 iyul 2020-ci il tarixindən 21 yanvar 2021-ci il tarixinədək 6 ay müddətinə bağlanılmışdır. İşçinin əsas iş yeri üzrə qiymətə nəzarət üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. İşçinin məzuniyyət müddəti 42 gündür.

9. Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdehndə malların qəbulu və anbar üzrə köməkçi vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2025-ci il tarixinədək 4 il 6 ay 1 gün müddətinə bağlanmışdır. İşçinin məzuniyyət müddəti 42 gündür.

10. İddiaçı müraciətindən görünür ki, o, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək 1 həftə məzuniyyətdə olduğu halda balansından 20 gündən çox məzuniyyət silinməsi, halbuki işdə olması və buna görə də balansına əlavə edilməsi barədə müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, əməkdaşın məzuniyyətdə olması barədə əvvəlcədən rəyi alınmaqla məzuniyyət planlaşdırılması aparılmış, özü bu barədə məlumatlandırılmış və müvafiq olaraq əmrləşdirilmişdir.

11. Xidmət üçün müraciətlə bağlı bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixində Cavabdeh tərəfindən İddiaçı AR ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq həmin məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən onunla xx.xx.2020-ci il tarixində bağlanmış AS5984 nömrəli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam veriləcəyi barədə məlumat verilmişdir.

12. İş materiallarına İddiaçı məxsus kart hesabına dair xx.xx.2023-xx.xx.2025 dövrü əhatə edən hesabdan çıxarış əlavə edilmişdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən xx.xx.2025-ci il tarixdə əldə edilmiş “Əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayış”dan görünür ki, İddiaçı üçüncü dərəcəli müddətsiz əlildir.

14. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, W1004-24 nömrəli əmrdən görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nin malların qəbulu və anbar üzrə köməkçi vəzifəsində çalışan işçisinə şirkətin daxili nizam-intizam qaydasını pozduğuna görə, belə ki, market rəhbərliyi tərəfindən verilən tapşırığı (məhsulların təchizatçı, firmaya və mərkəzi anbara vaxtında geri qaytarılması və bununla bağlı düzgün sənədləşmənin aparılması) düzgün icra etmədiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsini rəhbər tutaraq şəxsi işinə yazılmaqla töhmət elan olunması əmr edilmişdir. Əsas mağaza müdiri İlkin İsmayılovun təqdimatı və işçinin xx.xx.2024-cü il tarixli izahatı olmuşdur.

15. “Mediasiya Şurası” Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, MŞB/8/2025-00223 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsə də, tərəflər öz tələblərində qaldıqlarından tam mediasiya sessiyasına getməkdən imtina etmişlər.

16. xx.xx.2024-cü il tarixli, “İnfoSMS”dən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək məzuniyyətdə olması barədə xəbərdar edilmişdir.

17. İş materialların İddiaçı kart hesabına dair xx.xx.2022-xx.xx.2025 dövrü əhatə dən hesabdan çıxarış əlavə edilmişdir.

18. İddiaçı göndərilən sms-dən görünür ki, İddiaçı 2024-cü ilin ikinci yarısı üzrə rəhbəri tərəfindən qiymətləndirilən fəaliyyət nəticəsi tələblərə cavab verilməsi kimi qiymətləndirmişdir.

19. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Cavabdehndə qiymətə nəzarət üzrə köməkçi vəzifəsi üzrə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli, xx.xx.2021-ci il tarixinədək bağlanılmışdır.

20. İddiaçı tərəfindən Cavabdeh kadrlar şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixində bölgə müdirləri tərəfindən aparılan mal qəbulu ərazisində ciddi nöqsanlar aşkar etmişdir. Mal qəbul vəzifəsini icra edən o, İddiaçı firmaların iadə olunmuş məhsullarını firmaya iadə kəsib, kəsintini təsdiq edən sənədi baş ofisin yaratdığı xüsusi kompüterdə saxlama bölməsinə əlavə etməmişdir. Hal-hazırda vəziyyət çox çətindir. Baş ofisdə məlum olmayıb, məhsullar itib, oğurlanıb və ya nə olub. Bununla yanaşı sifarişləri həm o, həm DC firmalara satış sayından çox verərək deponu doldurub bərbad vəziyyətə salır. Etdiyi bu nöqsanların iş prosesinə necə zərər vurduğunu dərk edir və üzr istəyir. Bundan sonra ən vacib məsələ məhsulun qəbulu yox, tapşırılacaq sənədlərin vaxtında sistemə işlənməsi olacaqdır.

21. Cavabdeh MMC-nin işçisi İlkin İsmayılovun xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixində bölgə müdiri tərəfindən anbarda DC-dən çatdırılması olmuş iadə məhsullar aşkarlanmışdır. Bu məhsullar DC tərəfindən çatdırılması olmağına baxmayaraq, qaytarılması birbaşa DC-ye olunmadığı üçün müəyyən təsdiqlərdən sonra DC və ya təchizatçıya qaytarılmalıdır. Dəfələrlə mal qəbulçusuna və müdir müavinlərinnə tapşımasına baxmayaraq hələdə qaytarılmamışdır. Bu mağazaya bir müddət mal qəbulçusu və müdir müavini təyin edilməkdə çətinlik yaranmışdır. Nəticə olaraq təyin olunan şəxslərdə üzərinə düşən vəzifələri natamam icra etdiyinin nəticəsində hazırki vəziyyət bəyənilməyən bir hal kimi qələmə verilir.

22. Cavabdeh MMC-nin işçisi İlkin İsmayılov tərəfindən Kadrlar şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, tabeçiliyində çalışan AS9944 İddiaçı xx.xx.2024-cü il tarixində bölgə müdiri tərəfindən aparılan return sənədlərinin skan olunaraq müvafiq qovluqlara yerləşdirilməsi yoxlanışı zamanı bir sıra sənədlərin tam skan olunmadığı və ya ümumiyyətlə skan olunmadığı aşkar olunmuşdur. Yuxarıda qeyd etdiklərinin nəzərə alınaraq həmin işçi haqqında tədbir görülməsini xahiş etmişdir.

23. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, T0153-25 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də malların qəbulu və anbar üzrə köməkçi vəzifəsində çalışan işçisi ilə bağlanmış AS5984 saylı əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (ƏM-nin bitməsi ilə) xx.xx.2025-ci il tarixində xitam verilməsi əmr edilmişdir. İstifadə edilməyən məzuniyyət 56 gün. Əsas İddiaçı ilə 21 iyul 2020-ci il tarixində bağlanılmış AS5984 saylı əmək müqaviləsi olmuşdur.

24. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, X3 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam verilmiş və bildiriş xx.xx.2025-ci il tarixində imzalanmışdır.

25. Cavabdeh MMC-nin “işdən azad olunanın qeyd vərəqəsi”ndən görünür ki, xx.xx.2025-ci ildə İddiaçı ilə təhvil-təslim aparılmışdır.

26. Cavabdeh MMC tərəfindən verilmiş əmək haqqından çıxarışdan görünür ki, İddiaçı 5 iş günü üçün 210.49 manat əmək haqqı, 56gün istifadə olunmayan məzuniyyət məbləği olaraq 1293.60 manat hesablanmış, 174.01 manat tutulmalarla 1330.08 manat məbləğində vəsait ödənilmişdir.

27. Cavabdeh MMC tərəfindən verilmiş əmək haqqı ödənişlərinə dair cədvəldən görünür ki, İddiaçı xx.xx.2025-ci ildə 1330.08 manat son haqq hesab köçürülmüşdür.

28. Cavabdeh MMC tərəfindən İddiaçı 2024-cü ilin yanvar ayından 2025-ci ilin yanvar ayınadək iş, istirahət, məzuniyyət, bayram günlərini əks etdirən cədvəl əlavə edilmişdir.

29. Cavabdeh MMC-nin işçiləri arasında aparılan elektron yazışmalardan görünür ki, İlkin adlı işçi İddiaçı töhmət alması və göstərdiyi performansın nəzərə alınaraq İddiaçı onun mağazasında fəaliyyətinə etiraz etmiş və İddiaçı digər mağazaya transfer edilməsini və ya əmək müqaviləsinin müddətinin uzadılmamasını xahiş etmişdir.

30. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, V006-23 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də malların qəbulu və anbar üzrə köməkçi vəzifəsində çalışan işçisinə AR ƏM-nin 114-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək xx.xx.2021-xx.xx.2022 iş ili üzrə 14 təqvim günü, o cümlədən əsas 14 təqvim günü məzuniyyət verilməsi əmr edilmişdir.

31. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, V030-23 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də malların qəbulu və anbar üzrə köməkçi vəzifəsində çalışan işçisinə AR ƏM-nin 114-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək xx.xx.2021-xx.xx.2022 iş ili üzrə 14 təqvim günü, o cümlədən əsas 14 təqvim günü məzuniyyət verilməsi əmr edilmişdir.

32. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, V049-23 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də malların qəbulu və anbar üzrə köməkçi vəzifəsində çalışan işçisinə AR ƏM-nin 114-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək xx.xx.2021-xx.xx.2022 iş ili üzrə 14 təqvim günü, xx.xx.2022-xx.xx.2023 iş ili üzrə 7 təqvim günü məzuniyyət verilməsi əmr edilmişdir.

33. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, İD1904-24 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də malların qəbulu və anbar üzrə köməkçi vəzifəsində çalışan işçisinə AR ƏM-nin 114-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək xx.xx.2022-xx.xx.2023 iş ili üzrə 7 təqvim günü, o cümlədən əsas 7 təqvim günü məzuniyyət verilməsi əmr edilmişdir.

34. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, VP09-24 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də malların qəbulu və anbar üzrə köməkçi vəzifəsində çalışan işçisinə AR ƏM-nin 114-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək xx.xx.2022-xx.xx.2023 iş ili üzrə 7 təqvim günü, o cümlədən əsas 7 təqvim günü məzuniyyət verilməsi əmr edilmişdir.

35. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, VP091-24 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də malların qəbulu və anbar üzrə köməkçi vəzifəsində çalışan işçisinə AR ƏM-nin 114-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək xx.xx.2022-xx.xx.2023 iş ili üzrə 7 təqvim günü, o cümlədən əsas 7 təqvim günü məzuniyyət verilməsi əmr edilmişdir.

36. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, VP010-24 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də malların qəbulu və anbar üzrə köməkçi vəzifəsində çalışan işçisinə AR ƏM-nin 114-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək xx.xx.2022-xx.xx.2023 iş ili üzrə 7 təqvim günü, o cümlədən əsas 7 təqvim günü məzuniyyət verilməsi əmr edilmişdir.

37. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, VP011-24 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də malların qəbulu və anbar üzrə köməkçi vəzifəsində çalışan işçisinə AR ƏM-nin 114-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək xx.xx.2022-xx.xx.2023 iş ili üzrə 7 təqvim günü, o cümlədən əsas 7 təqvim günü, xx.xx.2023-xx.xx.2024 iş ili üzrə 7 təqvim günü məzuniyyət verilməsi əmr edilmişdir. Əsas İddiaçı məzuniyyət qrafiki olmuşdur.

Tərəflərin izahatları :

38. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh marketdə anbardar kimi 2022-ci ilin sentyabr ayında işləməyə başlasa da, amma sənəddə oktyabr göstərilmişdir. Həmçinin qeyd etmişdir ki, onun əmək müqaviləsi 3 aydan bir uzadılmışdır. Digər işçilər ilə də əmək müqaviləsi müddətli, 3 ay və ya 6 ay müddətinə bağlanılmışdır.

39. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, müqavilə hər dəfə 6 ay müddətdə uzadılmışdır. Ən son olaraq isə xx.xx.2025-ci il tarixində xitam verilmişdir. İddiaçının 6 ay üçün 21 gün məzuniyyət hüququ olmuşdur.

İşin faktiki halı :

40. İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə 21 iyul 2020ci il tarixindən 21 yanvar 2021-ci il tarixinədək 6 ay müddətinə qiymətə nəzarət üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir.

41. İddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi hər dəfə 6 ay müddətinə uzadılmışdır.

42. İddiaçının vəzifəsi dəyişdirilərək malların qəbulu və anbar üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir.

43. Həmin vəzifə üzrə əmək müqaviləsinə dəyişiklik zamanı əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixinədək 4 il 6 ay bir gün müddətinə bağlanılmış və müddətin başlanğıcı xx.xx.2020-ci il tarixindən hesablanmışdır.

44. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, VP011-24 nömrəli əmri ilə İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək məzuniyyətində olmuşdur.

45. İddiaçıya Cavabdeh xx.xx.2024-cü il tarixli, W1004-24 nömrəli əmri ilə töhmət verilmişdir.

46. İddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, T0153-25 nömrəli əmri ilə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (ƏM-nin bitməsi ilə) xx.xx.2025-ci il tarixində xitam verilmişdir.

47. İddiaçıya xx.xx.2025-ci ildə son-haqq olaraq 56 gün istifadə etmədiyi məzuniyyətə görə 1293.60 manat, 5 iş gününə görə 210.49 manat hesablanmaqla, 174.01 manat tutulmalardan sonra 1330.08 manat məbləğində pul vəsaiti hesabına köçürülmüşdür.

Məhkəmə baxışının hədləri:

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

50. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar.

51. Azərbaycan Respublikası Əmək Məcəlləsinin :

2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: 9.q. əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır:

10. a. əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

10. b. əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 46.1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur;

99. 1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 165.1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 189.2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

Məhkəmənin mövqeyi:

52. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

53. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbi aşağıdakı hissələrdən ibarətdir:

1. xx.xx.2024-cü il tarixli, W1004-24 nömrəli “töhmət verilməsi barədə” əmrin ləğv edilməsi.

2. xx.xx.2025-ci il tarixli T0153-25 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsi.

3. İstifadə edilməmiş 21 təqvim günü əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi.

4. əmək kitabçasının verilməsi.

5. son-haqq hesabın ödənilməsi zamanı az ödənilmiş 100 manat məbləğində vəsaitin ödənilməsi.

6. İş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi.

İddia tələbinin Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, W1004-24 nömrəli “töhmət verilməsi barədə” əmrinin ləğv edilməsinə dair hissəsi ilə bağlı:

54. İddiaçı Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, W1004-24 nömrəli əmrin qanunsuz olmasını onun məzuniyyətdə olduğu halda işə cəlb edilməklə ona töhmət verilməsi, həmçinin töhmət verilməsi üçün əsas olmuş pozuntuların onun əmək funksiyasına daxil olmaması, həmin pozuntulara görə onun məsuliyyət daşımaması ilə əsaslandırmışdır.

55. İlk öncə qeyd edək ki, Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, W1004- 24 nömrəli əmrə əsasən "xxxx" MMC-nin malların qəbulu və anbar üzrə köməkçi vəzifəsində çalışan İddiaçı şirkətin daxili nizam-intizam qaydasını pozduğuna görə, belə ki, market rəhbərliyi tərəfindən verilən tapşırığı (məhsulların təchizatçı, firmaya və mərkəzi anbara vaxtında geri qaytarılması və bununla bağlı düzgün sənədləşmənin aparılması) düzgün icra etmədiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsi rəhbər tutularaq şəxsi işinə yazılmaqla “töhmət” növündə intizam tənbehi verilmişdir.

56. Məhkəmə qeyd edir ki, ilk növbədə Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, W1004-24 nömrəli əmrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin intizam tənbehinin verilməsi əsasları və qaydasını müəyyən edən 186 və 187-ci maddələrinin tələblərinə uyğunluğu yoxlanılmalıdır.

57. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər.

58. Göründüyü kimi əmək qanunvericiliyində işçi barəsində işəgötürən tərəfindən intizam tənbehinin verilməsi əsasları konkret olaraq göstərilmişdir. Həmin əsaslar işçi tərəfindən əmək funksiyasının yerinə yetirilməməsi, keyfiyyətsiz yerinə yetirilməsi, Əmək Məcəlləsi və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozmasıdır.

59. Hazırki mülki işin müəyyən edilmiş halı odur ki, İddiaçı barəsində Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, W1004-24 nömrəli “töhmət” əmrinin verilməsi üçün əsas İddiaçı tərəfindən firmaya geri qaytarılmış məhsulların sənədləşməsi ilə bağlı yol verilən nöqsanlar olmuşdur.

60. Məhkəmə iclasında iddiaçı ilə onun cavabdeh ilə bağladığı əmək müqaviləsi üzrə əmək funksiyası nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, nə qədərdə ki, iddiaçı müvafiq sənədləşmə işlərinin aparılmasına görə onun məsuliyyət daşımalı olmadığını bildirsə də, İddiaçı Əmək Müqaviləsinin 3.1.1-ci bəndində əks olunan əmək funksiyalarından biri geri göndərilən malların aktlaşdırılması olmuşdur.

61. İddiaçı onun tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli izahat ilə bağlı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, həmin izahatda yazılanlar ilə bağlı ona görə özünün təqsirli olduğunu yazmışdır ki, audit yoxlama olsa aydın olacaq ki, həmin yazılanlara görə o, yox mağaza müdiri məsuliyyət daşımalıdır. Lakin qeyd etdiyimiz kimi iddiaçının əmək funksiyasını nəzərdən keçirdikdə aydın olur ki, iddiaçıya töhmət verilməsi üçün əsas olmuş malların firmalara geri qaytarılması ilə bağlı sənədləşmə işlərinin aparılması onun əmək funksiyasına daxil olmuşdur.

62. İddiaçının əmrin qanunsuz olması ilə bağlı bildirdiyi hallardan biri də onun məzuniyyətdə olmasına baxmayaraq işə cəlb edilərək ona töhmət verilməsidir.

63. Məhkəmə ilk növbədə qeyd edilən hal ilə bağlı onu bildirir ki, iddiaçı məzuniyyətdə olduğu halda işəgötürən tərəfindən işə cəlb edildiyini bildirsə də, qeyd edilən halı sübuta yetirə bilməmişdir.

64. İddiaçı bildirir ki, onun həmin vaxt izahat yazması və ona töhmət verilməsi həmin halı təsdiq edir. Lakin həm izahat, həm təqdimatdan aydın olur ki, iddiaçıya töhmətin verilməsi üçün əsas olmuş nöqsanlar xx.xx.2024-cü il tarixində bölgə müdiri tərəfindən aparılan yoxlama zamanı aşkar edilmişdir. Yəni töhmət xx.xx.2024-cü il tarixində yol verilmiş nöqsanlara görə deyil, xx.xx.2024-cü il tarixində aşkar edilmiş nöqsanlara görə verilmişdir.

65. O da qeyd edilməlidir ki, İddiaçı Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, W1004-24 nömrəli əmrin qanunsuz olması ilə bağlı bir məqamda haqlıdır.

66. Belə ki, Əmək Məcəlləsinin 189.2-ci maddəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

67. İşin mübahsisəsiz halıdir ki, İddiaçı Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli VP011-24 nömrəli əmri ilə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək məzuniyyətdə olmuşdur.

68. Odur ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixli, W1004-24 nömrəli əmrin verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulduğu üçün əmr əsaslı olsa da, qanunsuz olduğu üçün ləğv edilməlidir.

İddia tələbinin Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli T0153-25 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı hissəsi ilə bağlı:

69. İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli T0153-25 nömrəli əmrin qanunsuz olması əlilliyi ilə əlaqədar onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin yolverilməzliyi və daimi iş yeri olduğu üçün onunla müddətli əmək müqaviləsinin bağlanılmasının yolverilməzliyi ilə əsaslandırılmışdır.

70. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).

71. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir.

72. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq 6 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək qiymətə nəzarət üzrə köməkçi vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. Daha sonra (özünün deməsinə əsasən 2022-ci ilin sentyabr ayında) malların qəbulu və anbar üzrə köməkçi vəzifəsinə keçirilmişdir. Tərəflər arasında bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq uzadılmışdır. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsiniə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməzdən öncə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində iddiaçıya onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam veriləcəyinə dair yazılı bildiriş göndərilmişdir.

73. Göründüyü kimi tərəflər arasında müddətli əmək müqaviləsi bağlanılmış və hazırda Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müddətin qurtarmasına görə xitam verilmişdir.

74. Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsi işəgötürən ilə işçi arasında fərdi qaydada, sərbəst surətdə bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquqlarını və vəzifələrini müəyyən edən yazılı müqavilədir. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

75. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

76. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində isə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilib.

77. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.

78. Bu baxımdan məhkəmə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə əmək müqaviləsinin bağlanılmasının mümkünlüyünü və bu müddət qurtardıqda ona xitam verilməsini müəyyən edən Əmək Məcəlləsinin 73-cü maddəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

79. Şərh olunan norma müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına həsr olunmuşdur. Həmin normaya əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir.

80. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: -birincisi, əmək müqaviləsinin müddətinin qurtarması; -ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.

81. Birinci əsas ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olub, 6 ay müddətinə bağlanılmışdır. Daha sonra tərəflərin qarşılığı razılığı ilə əmək müqaviləsinin müddəti uzadılmışdır. İddiaçının malların qəbulu və anbar üzrə köməkçi vəzifəsi üzrə işə qəbul edilməsi zamanı tərəflər arasında rəsmiləşdirilmiş əmək müqaviləsinə əsasən müəyyən edilir ki, iddiaçının əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddətini uzatmamış və əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam vermişdir.

82. İkinci əsas ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə qurtarması və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam veriləcəyinə dair xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir.

83. Göründüyü kimi Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilərkən tərəflər arasında bağlanılmış əmək müqaviləsinin müddəti qurtarmış və işəgötürən Cavabdeh MMC iddiaçı ilə əmək münasibətləırini davam etdirmək istəməmiş və İddiaçı bununla bağlı iradə ifadəsini bildirmişdir.

84. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarında işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

85. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı hüquq bərabərliyi prinsipini pozmaq niyyətində olması, hər hansı başqa məqsəd güdməsi də aşkar edilmir.

86. Belə ki, işin müəyyən edilmiş halıdır ki, iddiaçı tərəfindən yol verilmiş əmək funksiyası pozuntularına görə cavabdeh tərəfindən iddiaçı barəsində “töhmət” növündə intizam tənbehi tətbiq edilmişdir.

87. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin uzadılmaması üçün əsas olmuşdur. Yəni cavabdehin iddiaçıya münasibətdə qərəzli mövqeyi müəyyən edilməmişdir.

88. Həmçinin müəyyən edilmişdir ki (iddiaçının izahatına əsasən), Cavabdeh MMC tərəfindən digər işçilər ilə də müddətli əmək müqaviləsi bağlanılmışdır.

89. İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli əmrin qanunsuz olmasına dair məhkəməyə bildirdiyi faktiki hallardan biri onun əlil olması ilə bağlıdır.

90. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.3-cü maddəsinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

91. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X1 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.

92. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı üçüncü dərəcəli əlil olub, ƏM-nin 79.3-cü maddəsi ilə müəyyən edilmiş kateqoriyadan olan şəxslərə aid deyildir.

93. Odur ki, məhkəmə qeyd edir ki, Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyinin tələblərinə riayət edildiyindən, qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən əmrin ləğvi ilə bağlı tələb əsassızdır.

94. Məhkəmə iddia tələbinin işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı hissəsi iddia tələbinin əmrin ləğvi hissəsi ilə bağlı olduğundan və iddia tələbi həmin hissədə əsassız hesab edildiyindən iddia tələbinin həmin hissəsinə qiymət verilməsinə zərurət yoxdur, həmin hissədə də iddia tələbi təmin edilməməlidir.

İddia tələbinin “istifadə edilməyən məzuniyyət günlərinə görə əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı :

95. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsi onun istifadə etmədiyi 21 təqvim günü məzuniyyəti olmasına baxmayaraq, cavabdeh tərəfindən onun məzuniyyət balansından silinməsi ilə əsaslandırmışdır.

96. İlk növbədə, əmək qanunvericiliyinə əsasən işçinin hər il bu Əmək Məcəlləsində nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququ vardır.

97. Əmək Məcəlləsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

98. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

99. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

100. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmiş və xx.xx.2025-ci ildə son haqq-hesab aparılaraq iddiaçının istifadə etmədiyi 56 təqvim günü məzuniyyətə görə pul əvəzi ödənilmişdir.

101. İddiaçı iddia tələbinin hazırki hissəsi ilə bağlı məhkəmə iclasında izahat verən zaman bildirmişdir ki, o, əmək fəaliyyətinə başladığı vaxtdan ilk iki il normal məzuniyyət hüququndan istifadə etmişdir. Lakin son iki ildə, yəni 2023-2024-cü illərdə onun ərizəsi olmadan, məzuniyyət hüququndan istifadə etmədən onun məzuniyyət balansından silinmə olmuşdur. Belə ki, o, 2024-cü ilin noyabr ayının əvvəli məzuniyyətə çıxan zaman müdir ona bildirmişdir ki, onun 98 gün istifadə etmədiyi məzuniyyəti var. Daha sonra noyabr ayının ortasında maraqlandıqda isə ona bildirilmişdir ki, onun 70 gün istifadə etmədiyi məzuniyyəti var. O noyabr ayında 7 gün məzuniyyətdə olmuş, 98 gündən 7 günü çıxdıqdan sonra 91 gün istifadə etmədiyi məzuniyyəti qalmalı olduğu halda 70 gün istifadə etmədiyi məzuniyyəti qalmışdır. Odur ki, həmin silinmiş 21 gün məzuniyyət balansı bərpa edilməli və həmin məzuniyyət günlərinin kompensasiyasının cavabdeh tərəfindən ödənilməli olduğunu bildirmişdir.

102. İddiaçı tərəfindən iddia tələbinin istifadə etmədiyi 21 təqvim günü məzuniyyətə görə kompensasiyanın ödənilməsi hissəsi ilə bağlı məhkəməyə bildirilənlərdən görünür ki, iddiaçı tərəfindən tələb edilən istifadə etmədiyi 21 təqvim günü məzuniyyət şifahi mülahizədən ibarətdir. Yəni onun həqiqətən də onun ərizəsi olmadan cavabeh Cavabdeh MMC tərəfindən onun məzuniyyət günlərindən silinmə aparılması barədə məhkəməyə təqdim edə biləcəyi sübutu yoxdur. Bildirdiklərindən görünür ki, onun hazırki tələbi yalnız müdirinin ona bildirdiklərinə əsaslanır.

103. Bununla belə iddiaçı tərəfindən mübahisələndirilən son iki il ilə bağlı iddiaçının məzuniyyət hüququndan istifadə edib-etməməsi, ödənilməmiş məzuniyyət haqqı olubolmaması məhkəmə tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçıya son iki il üzrə ödənilməmiş məzuniyyət haqqı qalmamışdır.

104. Belə ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinə əsasən işçinin əsas məzuniyyətinin müddəti 42 təqvim günüdür. Belə olan halda iddiaçının 2022-2023, 2023- 2024 iş ili üzrə məzuniyyət müddəti 84 təqvim günü, xx.xx.2024-xx.xx.2025-ci il üzrə isə məzuniyyət müddəti 21 təqvim günü təşkil etmişdir.

105. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən zaman istifadə edilməmiş 56 təqvim günü məzuniyyətə görə pul əvəzi ödənilmişdir. Qalan 49 təqvim günü məzuniyyət müddəti isə Cavabdeh MMC tərəfindən təqdim edilən son iki il üzrə əmək məzuniyyətinin verilməsi ilə bağlı əmrlər tədqiq edilən zaman müəyyən edilmişdir ki, iddiaçının məzuniyyət hüququ təmin edilmiş, iddiaçıya 49 təqvim günü məzuniyyət verilmişdir.

106. İddiaçının mübahisələndirdiyi məqamlardan biri o, olmuşdur ki, Cavabdeh MMC tərəfindən təqdim edilən əmrlərdə ona məzuniyyət verilməsi qeyd edilsə də, o həmin tarixlərdə məzuniyyətə çıxmamış, son iki ildə yalnız iki dəfə 02 sentyabr tarixində və noyabr ayının əvvəli o məzuniyyət hüququndan istifadə etmişdir.

107. Qeyd etmək lazımdır ki, iddiaçı cavabdeh tərəfindən verilən əmrləri mübahisələndirsə də, həmin əmrləri şübhə altına alacaq, o cümlədən onun həmin tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.

İddia tələbinin “iş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı :

108. Əmək qanunvericiliyinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödənilir.

109. İddiaçı iddia tələbinin iş vaxtından artıq işlərə cəlb edilməsi hissəsini onun həftə içi 40 saat işləməli olmasına baxmayaraq işəgötürənin göstərişi əsasında onun həftə içi 48 saat, bəzən isə daha çox işləməsi, həmçinin bazar günləri də işləməsi ilə əsaslandırmışdır.

110. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

111. İddiaçı Cavabdeh MMC tərəfindən iş vaxtından artıq işlərə cəlb edilməsini qeyd etməsinə baxmayaraq məhkəməyə iş vaxtından artıq işə cəlb edilməsini, hansı müddətə iş vaxtından artıq işə cəlb edilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.

112. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin iş və istirahət vaxtını tənzimləyən 4.15-ci bəndində nəzərdə tutulmuşdur ki, işçi çevik iş rejimi üzrə çalışır və müəyyən edilmiş vaxtlarda istirahət hüququndan istifadə edir. İş vaxtının illik cəmlənmiş uçotu aparılır və bir qayda olaraq işin başlama və bitmə vaxtı müəyyən edilərkən illik iş vaxtının müddəti illik iş saatının normasından artıq olmamaqla müəyyən edilir. İş növbəsinin başlama və bitmə vaxtı istehsalat zərurətindən asılı olaraq işçinin rəhbəri tərəfindən həftəlik müəyyən edilir və hər həftənin sonunda növbəti həftə üçün iş qrafiki işçiyə bildirilir. İş vaxtının faktiki uçotu işçinin rəhbəri tərəfində aparılır. Cəmiyyətin müəyyən etdiyi iş vaxtının rejimi qaydalarına müvafiq olaraq müəyyən edilən normal iş saatlarında işçi əmək funksiyasını yerinə yetirir və qalan saatlarda öz mülahizəsi ilə istirahət və nahar fasiləsindən istifadə edir.

113. Əmək qanunvericiliyinə əsasən işçinin iş vaxtı əmək müqaviləsi ilə müəyyən edilir.

114. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən göründüyü kimi iddiaçı tərəfindən işlərin işəgötürən tərəfindən tərtib edilən növbəli iş cədvəli üzrə yerinə yetirilməsi müəyyən edilmişdir. Həmçinin həftənin bir günü istirahət günü olaraq müəyyən edilmişdir.

115. İddiaçı tərəfindən isə məhkəməyə işəgötürən tərəfindən tərtib edilmiş cədvəl və belə cədvəl üzrə müəyyən edilmiş iş vaxtından artıq işlədiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir.

116. İddiaçı qeyd edilən halı təsdiq etmək üçün bildirmişdir ki, marketdə aparılan barmaq izlərinin qeydiyyatı ilə sübuta yetirilə bilər ki, o iş vaxtından artıq, o cümlədən bazar günləri də işə cəlb edilmişdir. Qeyd edilən barmaq izləri Cavabdeh MMC-dən tələb edilsə də, bildirilmişdir ki, həmin qeydiyyat müddət keçdiyi üçün saxlanılmamışdır. Həmçinin iddiaçının izahatı əsasında müəyyən edilmişdir ki, həmin barmaq izləri təqdim edilmiş olsa idi belə, iddiaçının bildirdiklərinin əksi olacağı halda həmin sübutun mötəbərliyini şübhə altına alacaqdır.

117. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

118. Maddənin məzmunundan göründüyü kimi sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

119. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

120. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

121. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

122. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

123. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

124. Buna görə də məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz.

125. İddia tələbinin “son-haqq hesabın ödənilməsi zamanı az ödənilmiş 100 manat məbləğində vəsaitin ödənilməsi” hissəsini iddiaçı onunla bağlanılmış əmək müqaviləsinə xitam verilən zaman son haqq-hesabın düzgün aparılmaması və əmək haqqının az ödənilməsi ilə əsaslandırılmışdır.

126. İddiaçı tərəfindən ona son haqq-hesab aparılan zaman əmək haqqı az ödənildiyi bildirilsə də, məhkəmə iclasında (xx.xx.2025) iddiaçının iştirakı ilə iş materialları tədqiq edilən zaman iddiaçı onun tərəfindən hesablanmanın düzgün aparılmadığını qəbul etmişdir. İddiaçı izahatında bildirmişdir ki, onun tərəfindən hesablama aparılan zaman yalnız işdə olduğu günləri deyil, işdə olmadığı günləri də nəzərə aldığından hesablamada yanlışlığa yol vermişdir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman 210.49 manat əmək haqqı olaraq ödənilmiş, daha sonra isə xx.xx.2025-ci il tarixində 353.41 manat əmək haqqı ödənilmişdir.

127. İddia tələbinin əmək kitabçasının qaytarılması hissəsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman təhvil-təslim aparılması ilə bağlı sənəd təqdim edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında qeyd edilən məsələ ilə bağlı izahatında iddiaçı bildirmişdir ki, ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr təqdim edilən zaman o, əmək kitabçasını götürməsinə dair blanka imza atsa da, ona əmək kitabçası təqdim edilməmişdir.

128. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd edilən izahatı əmək kitabçasının işəgötürən tərəfindən ona təqdim edilməməsi ilə bağlı sübutemə yükünü onun üzərinə qoyduğundan, lakin iddiaçı tərəfindən qeyd edilən halı təsdiq edən hər hansı bir sübut təqdim edilmədiyindən iddia tələbinin hazırki hissəsi təmin edilə bilməz.

Nəticə :

129. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, W1004-24 nömrəli əmr ləğv edilməli, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir.

130. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, W1004-24 nömrəli əmr ləğv edilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar