Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5605/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Sağlamlıq X3rşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X10 cəlb olunmaqla) qarşı mülki iş (Açar sözlər: «işə bərpa») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3017/2025 saylı, 11 avqust 2025ci il tarixli qətnaməsindən cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X22 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: “Bakı Sağlamlıq Mərkəzi” X22 ilə İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Bakı Sağlamlıq Mərkəzinə, doğum şöbəsi İİ Zahılıq bölməsinə tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir.
2. X10 xx.xx.2025-ci il tarixli 453/05 nömrə ilə qeydə alınmış ərizədə göstərib ki, şikayət etdikdən sonra xəstə baxıcısı Lamiyə, tibb bacısı Flora palataya daxil olub müdaxilə edərək yazmağına mane oldu, Nuridənin tərəfini saxlayıb basqı etdilər. Eyni tarixli 454/05 nömrəli ərizədə isə göstərib ki, keser əməliyyatı olmuşdur. Həkimlərdən razıdır. Qulluqdan razıdır. Yeməklərdən razıdır. Uşağa baxanlardan razıdır. Sadəcə 6-dan 7-nə keçən gecə Nuridə xanımın rahat davranmağından razı deyildir. Çağıranda çox gec gəlir və bir az əsəbi davranır, zəngi basandan ən az 20 dəqiqə sonra gəlir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Sağlamlıq Mərkəzi” X13 “X1, tibb bacısı İddiaçı və kiçik tibb işçisi X4 əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli 132 nömrəli əmrində göstərilib ki,... tibb bacısı İddiaçı ilə bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “e” bəndi- əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) 18 mart 2025-ci il tarixdən xitam verilməsi, işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 9 təqvim günü kompensasiya ödənilsin... əmrin icrasından irəli gələn məsələlərin həlli İnsan resursları (Ramilə Heydərzadə) və son haqqhesab hissəsi Maliyyə və planlama (Kamalis Nağıyev) şöbələri tərəfindən təmin edilməsi əmr edilmişdir.
4. 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiqlənən X6 xx.xx.2025-ci il tarixli **********880 nömrəli ərizəsində göstərilib ki, İddiaçı ilə aralarında heç bir mübahisə olmamışdır, ona qarşı heç bir şikayət, iddia və qarşılıqlı tələbi yoxdur, göstərdiklərinin nəzərə alınmasını xahiş edir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X11rşı işə bərpa, maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işəgötürənin 18 mart 2025-ci il tarixli 132 nömrəli əmrini ləğv edib işə bərpa olunmağı, məcburi iş buraxmaya görə əmək haqqının, 579 manat maddi, 3000 manat mənəvi zərər əvəzi tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
6. İddiada göstərilib ki, xx.xx.2016-cı ildə Bakı Sağlamlıq Mərkəzinə tibb bacısı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci ildə doğum şöbəsinə tibb bacısı vəzifəsinə keçirilərək xx.xx.2025-ci ilə kimi həmin vəzifədə işləmişdir. İşlədiyi dövr ərzində intizam tənbehi almamışdır. xx.xx.2025-ci ildə qanunsuz olaraq işdən azad edilmişdir. İşdən azad edilməyi onunla əsaslandırılıb ki, xx.xx.2025-ci ildə o, kiçik tibb bacısı X8 ilə birlikdə xəstələr Həqiqət Bayramova və Səidə Babayevanın palatasına daxil olaraq onlardan mama Nuridə Əzizovadan şikayətini geri götürmələrini tələb etmişlər. Onun hərəkətlərində hər hansı bir təhdid və təzyiq olmamışdır, olması da mümkün deyil. Belə hərəkətlər onun davranışına ziddir. Digər tərəfdən hər hansı bir təhdid və təzyiqə zərurət olmamışdır. Xəstələr ondan deyil, mama Nuridə Əzizovadan şikayət etmişdi. Onun xəstələrin palatasına getməyinə səbəb xəstələrdən şikayət etməmələrini xahiş etməyi olmuşdur. Göstərilən xəstələrin onun işi ilə heç bir əlaqəsi yoxdur. Onlar onun xəstələri olmayıblar. Həqiqət bunlardan ibarətdir. Lakin müdiriyyətin ona qarşı qərəzli münasibəti olması səbəbindən onu da cəzalandırmaq istəyib. Belə ki, xx.xx.2024-cü ildə müdiriyyətdən kollektiv şəkildə şikayət etmişlər. Şikayətləri əsaslı olduğundan təmin edildi. Əmək müqaviləsinin xitam verilməsini işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ixtisaslaşdıraraq həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozduğunu göstərmişdir. Əmrin məzmununda göstərilir ki, əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verərək hüquq pozuntusuna yol vermişdir ki, nəticədə işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Əmrin məzmununda göstərilən halların heç biri mövcud olmamışdır. Əmək müqaviləsinə xitam verərkən işəgötürən kobud səhvlərin konkret olaraq nədən ibarət olmasına aydınlıq gətirməli idi. Belə bir aydınlıq gətirilməyib. Xəstədən bir işçidən şikayət etməməsini xahiş etmək əmək fəaliyyəti zamanı kobud səhvə yol vermək kimi qiymətləndirilə bilməz. İş yoldaşının cəzalandırılmaması üçün etdiyi xahiş humanist məqsədlərə xidmət edir. Hüquq pozuntusunun nədən ibarət olması ümumi ifadə kimi işlədilib. Hansı hüquq pozuntusundan bəhs olunması müəmma olaraq qalır. Əsl hüquq pozuntusunu işəgötürən törədib və istinad etdiyi Əmək məcəlləsinin normalarının tələblərinə düzgün əməl etməyib. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək fəaliyyəti zamanı əmək vəzifələrinin kobud şəkildə pozulması halları göstərilib. Həmin maddənin “e” bəndində əmək fəaliyyəti zamanı yol verilən kobud səhvlər işçinin əmək vəzifələrini düzgün icra etməməsi nəticəsində vurulan təqsirli hərəkəti nəzərdə tutur. Tibb bacısı kimi vəzifəsinin icrası zamanı qüsurlara yol verməmişdir. Xəstələrdən etdiyi xahiş işəgötürənin Əmək Məcəlləsinin 11-ci maddəsində sadalanan hər hansı bir hüququnu pozmayıb. Əmək müqaviləsinə xitam verərkən həmkarlar ittifaqı komitəsinin razılığı alınıb və onun şikayəti təmin edilməyib. Lakin ona cavab verilməyib. Müdiriyyətin ona qarşı qərəzli mövqeyi xx.xx.2024-cü ildə müdiriyyətin qanunsuz hərəkətlərindən şikayət etməyi olmuşdur. Yol verdiyi qanusuzluqlara görə əmək müfəttişliyi tərəfindən qınağa məruz qalmışlar. İşəgötürənin qanunsuz əməlləri nəticəsində ona maddi və mənəvi zərər dəyib. 18 mart 2025-ci ildən etibarən əmək haqqından məhrum olmuşdur. Hüquqi xidmət üçün vəkilə 500 manat xidmət haqqı, mediasiya təşkilatına müraciət üçün 61 manat, etibarnamənin verilməsi üçün 17.25 manat rüsum ödəmişdir. Vurulan mənəvi zərəri 3000 manat qiymətləndirir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3017/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia tələbinin qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Sağlamlıq Mərkəzi” X22 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 132 nömrəli əmrin tibb bacısı İddiaçı münasibətdə ləğv edilməsi; İddiaçı əvvəlki işinə (vəzifəsinə) - Bakı Sağlamlıq X18 Şəxsin doğum şöbəsinin tibb bacısı vəzifəsinə bərpa olunması; məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi X12 tutularaq İddiaçı Sərdar qızına ödənilməsi; cavabdeh Bakı Sağlamlıq Mərkəzi X12 578.25 (beş yüz yetmiş səkkiz manat, iyirmi beş qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı Sərdar qızına ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirdiyindən həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında əmr tərtib edilərkən istinad olunan əsas dəlil konkret olaraq pasiyentlərin müraciəti şəklində təqdim olunmuş şikayətlər olmuşdur. Başqa sözlə, əmək münasibətlərinə xitam verilməsinin başlanğıc əsası (“kökü”) və hüquqi faktı məhz həmin müraciətlər təşkil etmişdir. İş materiallarının təhlilindən aydın olur ki, şikayət müəllifi X2 izahatında ilkin müraciətinin məzmununu təsdiq etməmiş, əksinə, İddiaçı qarşı hər hansı narazılığı olmadığını, iş prosesində ona yardım göstərildiyini və tibbi xidmətin normal qaydada aparıldığını bəyan etmişdir. Hətta o, yazdığı şikayəti geri götürmüş və narazılığının yalnız digər tibb işçisi ilə bağlı olduğunu açıq şəkildə göstərmişdir. Bu hal onu göstərir ki, işəgötürən tərəfindən irəli sürülən iddia və verilmiş əmrin hüquqi dayağı sonradan öz təsdiqini tapmamış, şikayət faktının mötəbərliyi aradan qalxmışdır. Əgər əmək müqaviləsinə xitam verilməsinin əsası kimi çıxış edən şikayət hüquqi qüvvəsini itirirsə, həmin şikayətə istinad etməklə verilmiş əmr də hüquqi legitimliyini saxlamır. Digər tərəfdən, işdən azad olunma səbəbinin “əmək funksiyalarının kobud şəkildə pozulması” ilə əsaslandırılması iş materialları ilə təsdiqini tapmamışdır. Qanunvericiliyin tələb etdiyi kimi, işçinin hansı konkret əməl və ya hərəkətinin işəgötürənin qanuni mənafelərinə ciddi xələl gətirdiyi barədə əmr məzmununda aydın və dəqiq əsaslandırma göstərilməmiş, hüquq pozuntusunun tərkibi konkretləşdirilməmişdir. Bu isə işçinin davranışına hüquqi qiymət verilməsində qeyri-müəyyənlik yaradır və işdən azadetmənin obyektivliyini şübhə altına alır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70- ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Halbuki, cavabdeh iddiaçının əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə belə, cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi də məhkəmə tərəfindən müəyyən edilməmişdir (cavabdeh tərəf əksini sübuta yetirə bilməmişdir). Bundan başqa, digər pasiyentlərin ərizələrindən də görünür ki, onların narazılıqları birbaşa olaraq mama Nuridə Əzizovanın xidməti ilə bağlı olmuş, İddiaçı fəaliyyəti ilə bağlı hər hansı hüquqa zidd davranış və ya peşə öhdəliklərinin pozulması halları göstərilməmişdir. Məhkəmə iclasında cavabdeh tərəf bir sıra şahidlərin ifadələrinə istinad etmişdir. Lakin həmin şahidlərin hamısı cavabdeh təşkilatın bilavasitə əməkdaşları olduqlarına görə, onların ifadələri obyektivlik və qərəzsizlik meyarlarına tam cavab vermir. Çünki onlar həm işəgötürənin tabeliyində olan şəxslərdir, həm də nəticəsi bilavasitə cavabdeh qurumun maraqlarına toxunan mübahisədə iştirak edirlər. Bu baxımdan, onların ifadələrinin sübutedici qüvvəsi məhdud qiymətləndirilməlidir və həmin ifadələr təkbaşına əmək müqaviləsinə xitam verilməsinin qanuniliyini təsdiq edən yetərli dəlil sayıla bilməz. Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Beləliklə, işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsi üçün zəruri olan faktiki əsas və hüquqi şərtlər mövcud olmamış, işdən azad edilmə prosesi sübutlarla dəstəklənməmişdir. İşəgötürən tərəfindən qəbul edilmiş əmr əsassız şikayətə söykəndiyindən, işçinin əmək hüquqlarının bərpası zəruridir. Göstərilənlərə əsasən, məhkəmə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi X13 “X1, tibb bacısı İddiaçı və kiçik tibb işçisi X4 əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli 132 nömrəli əmrinin tibb bacısı İddiaçı münasibətdə qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən edərək hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X18 Şəxsin xx.xx.2025-ci il tarixli, 132 nömrəli əmri tibb bacısı İddiaçı münasibətdə əmri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X18 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 132 nömrəli əmri tibb bacısı İddiaçı münasibətdə ləğv edildiğindən, İddiaçı əvvəlki işinə (vəzifəsinə)- Bakı Sağlamlıq X18 Şəxsin doğum şöbəsinin tibb bacısı vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə iddianın məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, əsas tələb təmin edildiyindən, digər tələb olan məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsi təmin edilməli, İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi X12 tutularaq İddiaçı ödənilməlidir. Hazırda iddiaçı hüquqi xidmət üçün vəkilə 500 manat xidmət haqqı, mediasiya təşkilatına müraciət üçün 61 manat rüsum və etibarnamənin verilməsi üçün 17.25 manat rüsum ödədiyini bildirərək onları cavabdehdən tələb etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki işin materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən mediasiya arayışının əldə edilməsi üçün 61 manat məbləğində mediasiya rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəməyə sübut olaraq təqdim edilmiş ödəniş qəbzinin surətindən görünür ki, hüquqi xidmət üçün Vəkil1 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə hesab edir ki, 500 AZN məbləğində vəkil rüsumu cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi X12 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçının vəkilə verdiyi etibarnamə üçün 17.25 manat məbləğində xərcləri ilə bağlı qeyd edir ki, iddia əsaslı olduğundan iddiaçı, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən alınıb xeyrinə ödənilməsi hüququna malikdır. Beləliklə iddiaçı tərəfindən xx.xx.2025-ci ildə vəkili Vəkil1 verdiyi etibarnamə üzrə 17.25 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi X12 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “3000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edib ki, hazırki iş üzrə cavabdeh və ya onun tabeçiliyində olan vəzifəli şəxsin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, bu hissədə də iddia tələbi təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X22 (nümayəndəsi Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərib ki, Bakı Sağlamlıq Mərkəzinin Baş həkimi, digər rəhbər və həkim heyətinin imzası ilə müəssisənin İcraçı direktoruna ünvanlanmış 7 mart 2025-ci il tarixli təqdimatda Doğum şöbəsində çalışan mama Nuridə Əzizovanın, tibb bacısı İddiaçı və kiçik tibb işçisi X4 əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi xahiş edilmişdir. Belə ki, təqdimatda hər iki işçinin iş yoldaşları olan N.Əzizovanın rəftarı ilə bağlı şikayət etmiş Doğum şöbəsinin pasiyentləri - 2 zahı qadının palatasına daxil olması və onlara təzyiq göstərilməsi (təhdidlə qorxudulması) olmuşdur. Belə ki, onlar iş yoldaşları Nuridə Əzizova barəsində yazılmış şikayətlərin təzyiq edərək geri götürülməsini tələb etmişlər. Bundan əlavə, pasiyentlər Nuridə Əzizova ilə bağlı şikayətlərinin geri götürülməsi üçün İddiaçı və Məmmədova Lamiyə tərəfindən onlara qarşı təzyiq göstərilməsini tibb müəssisəsinin digər işçilərinə bildirmişlər. Pasiyentlərdən biri Həqiqət Bayramova təlaş içərisində tibb müəssisəsini dərhal tərk etmək istədiyini bildirmiş və hazırlanıb çıxarkən liftin qarşısında Nuridə Əzizovanın təzyiqi ilə qarşılaşmışdır. Qeyd edilən halla bağlı müvafiq video görüntü Nuridə Əzizovanın işə bərpa ilə bağlı iddia tələbinə ayrıca icraatda baxan Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə xanım Heydərovanın sədrliyi ilə keçirilən iclasda təqdim edilmişdir. Həmin prosesdə həmçinin hər iki pasiyent həmin işçidən şikayətçi olduqlarını məhkəmə zalında bildirmişlər. Tibb müəssisəsində yaxınlarını gözləyən digər pasiyent Səidə Babayeva isə şikayətini yazılı şəkildə müəssisəyə təqdim etmişdir. Müəssisədə qeyd edilən məsələ araşdırılarkən tibb müəssisəsinin işçilərinin də ifadələri dinlənilmiş müvafiq rəsmiləşdirmə işləri aparılmışdır. Lakin məhkəmənin yekunda qəbul etdiyi qərar işin hallarına uyğun olmamışdır. Belə ki, sonradan şikayətçilərdən biri Səidə Babayeva öz ifadəsini İddiaçı xeyrinə dəyişsə də, niyə belə etməsinə məntiqli izah verə bilməmişdir. Eləcə də, məhkəmə cavabdeh tərəfdən təqdim edilən şahid ifadələrini və digər pasiyentin mövqeyini nəzərə almamışdır. Bununla da məhkəmə işə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, buna istinad edilməsi məhkəmə tərəfindən şahid ifadələrinin əsassız olaraq yalan hesab edilməsi deməkdir. Yəni, məhkəmə digər işçilərin İddiaçı qarşı nə üçün qərəzli yanaşmasının izahını verə bilməmiş, qətnamədə formallığa yol vermişdir. Belə çıxır ki, ümumiyyətlə pasiyentlər tibb müəssisəsində hər hansı işçidən narazılıq, irad və ya şikayət etmək üçün digər dövlət orqanlarına müraciət etməlidir və müəssisə rəhbərliyi hər hansı pasiyentdən şikayət qəbul edə bilməz. X16 şikayət ərizəsini İddiaçı əlindən almışdı. Sual olunur ki, nə üçün İddiaçı şikayət ərizəsini əlində saxlamışdır. Əgər onun bu işə müdaxilə məqsədi yox idisə nə üçün belə edirdi. Pasiyentlərin müraciəti ilə Lamiyə Məşədiyeva işçiləri palatadan çıxarmış və bundan sonra Səidə Babayeva şikayətlənərək onlardan yazılı şəkildə şikayət yazmaq istəməsini bildirmişdir. Ən vacib məqam ondan ibarətdir ki, əgər Səidə Babayevanın sonradan bildirdiyi kimi onlara heç kim basqı etməmişdirsə, nə üçün pasiyent Həqiqət Bayramova uşağından ehtiyatlanaraq təlaş içərisində bu hadisədən dərhal sonra tibb müəssisəsindən çıxmaq istədiyini bildirmiş və təcili çıxmışdır?
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” X13 nümayəndəsi məhkəmə iclasında iştirak etmədi. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd edilir ki, hazırda prosesdə iştirak edəcək hüquqşünasları olmadığından məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş edir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 9 (“q” bəndi). Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Maddə 11.1 (“b” bəndi). Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Maddə 12.1 (“b” bəndi). Bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187.4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
21. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
22. Əvvəla, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin(bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarla əlaqədar, yəni 72-ci maddənin e) bəndi ilə - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə qeyd olunan əsasla əmək müqaviləsinə xitam verilməsi üçün mötəbər sübutlar olmalıdır. İşdə yalnız cavabdehin təqdim etdiyi X10 tərəfindən yazılan xx.xx.2025-ci il tarixli 453/05 və eyni tarixli 454/05 nömrəli ərizələr mövcuddur(i.v.82-84). Bu ərizələrin məzmunu yuxarıda paraqraf 2-də göstərilib. Yəni, bu ərizələr eyni gündə yazılıb, nömrə ardıcıllığına görə 1-ci ərizədə iddiaçı barədə fikirlər olsa da, 2-ci ərizədə isə ümumiyyətlə hər hansı bir fikir söylənilməyib. Səidə Babayeva xx.xx.2025-ci il tarixli məhkəmə iclasında(i.v.75) ərizəni hansı şəraitdə yazdığını, yəni cavabdehin nümayəndəsinin göstərişi ilə yazdığını göstərib, üstəlik xx.xx.2025-ci il tarixli **********880 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsində də göstərib ki, İddiaçı ilə aralarında heç bir mübahisə olmamışdır, ona qarşı heç bir şikayət, iddia və qarşılıqlı tələbi yoxdur. Göründüyü kimi, məhz Səidə Babayevanın təsir altında yazılmış ərizəsinə və bu ərizədə göstərilənlər ən ağır intizam tənbehi verilməsinə səbəb olan intizam xətasının tərkibini yaratmadığı üçün iddiaçıya ən ağır intizam tənbehi verilməsi yolverilməz idi. Ancaq cavabdeh tərəf bu hallara əhəmiyyət vermədən iddiaçıya qarşı olan qərəzli mövqeyini bu cür əmr verməklə nümayiş etdirmişdir.
23. Göründüyü kimi, Səidə Babayevanın təsir altında yazılmış ərizəsinə və iddiaçının intizam xətası yaratmayan hərəkətlərinə görə ən ağır intizam tənbehinə məruz qalması onun əmək hüquqlarının kobud pozulmasına səbəb olub. Bu cür vəziyyətdə cavabdehin iddiaya etirazı ümumiyyətlə başadüşülən olmamışdır. Çünki bu halları, yəni etirazının əsası kimi istinad etdiyi halları sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür, ancaq cavabdeh tərəf bu halları sübut edə bilmir. Əksinə iddiaçının göstərdikləri, yəni cavabdeh tərəfin ona qarşı qərəzli mövqeyinin xx.xx.2024-cü ildə qanunsuz hərəkətlərindən şikayət etməyi olması barədə dəlillər işin halları ilə təsdiq olunmaqla yanaşı, həm də inandırıcı və ağlabatan hesab edilir. Çünki Əmək Məcəlləsinin 187.4-cü maddəsinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. İddiaçının cavabdeh qurumun korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsinə dair işdə imzaladığı şikayət(i.v.13-15)mövcuddur. Demək ki, cavabdeh bu şikayətdən bir neçə ay sonra iddiaçı barədə ən ağır intizam tənbehi tətbiq edirsə, intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalı idi. Ancaq əmrdə intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəldiyi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığı hər hansı bir formada əsaslandırılmayıb, heç buna cəhd belə göstərilməyib. Bu cür vəziyyətdə iddianın əsaslı, apellyasiya şikayətinin isə əsassız olduğu bir daha öz təsdiqini tapır.
24. Apellyasiya şikayətinin növbəti dəlili ilə bağlı qeyd olunur ki, Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları nəzərdə tutulmuşdur. Bu əsaslardan biri də tərəflərin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları isə həmin Məcəllənin 70-ci maddəsində göstərilib. Bu maddədə 6 əsas nəzərdə tutulub. Bunlardan biri “ç” bəndidir, hansı ki, Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndində həm də ən ağır intizam məsuliyyəti və intizam tənbehi növü kimi nəzərdə tutulub. Deməli, əmək müqaviləsinin ləğv edilməsi, o cümlədən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından 70-ci maddəsinin “ç” bəndi həm də intizam tənbehi növü olduğuna görə əmək qanunvericiliyi bunu fərqləndirmişdir. Başqa sözlə, bu əsasla əmək müqaviləsinin ləğv edilməsi yalnız intizam xətası törədildiyinə görə, üstəlik ən ağır intizam tənbehi tətbiq edilməklə baş verir. Cavabdeh tərəfin təqdim etdiyi şahidlərin ifadəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokolunda mövcuddur(i.v.75-76). Şahid ifadələrinə birinci instansiya məhkəməsinin verdiyi qiymətin düzgün olmadığını cavabdeh qeyd etsə də, bu ifadələrin məzmunu da şikayətin əsaslılığı baxımından heç nəyi dəyişmir. Çünki bu iki şahidin ifadəsində iddiaçının ən ağır intizam tənbehinə məruz qalacaq pozuntuya yol verməsi də göstərilmir. X9 şikayət ərizəsini İddiaçı əlindən almasına dair ifadə verməsi də işdən görünmür. Bu cür vəziyyətdə məhkəmə şahid ifadəsinə necə düzgün hüquqi qiymət verə bilərdi ki, cavabdeh də bundan “razı” qalsın. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də cavabdeh tərəf şikayətində bu cür dəlillərdən istifadə edərkən bunun, yəni düzgün qiymət vermənin necə olduğuna dair də arqumentini göstərməli idi ki, apellyasiya instansiya məhkəməsi də bununla əlaqədar hüquqi dəyərləndirmə apararkən nəzərə ala bilsin. Ancaq şahid ifadələrinə düzgün hüquqi qiymət verilməmə dəlili yalnız kəlmə olaraq şikayət xatirinə göstərildiyindən apellyasiya şikayətini də əsaslı etmir.
25. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3017/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3017/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.