Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-665/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi), (ƏM-in 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla)) Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5807/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri 9 nömrəli xüsusi internat məktəbinin direktoru Nümayəndə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 112№-li əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən, İddiaçıt Nüsrət qızı - Məktəbin tərbiyəçisi əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2. İddiaçı əmək kitabçası 5 dekabr 2023-cü il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Xəbərnamənin ünvançı bölməsində “Mahmudova” soyadı yazılmış və imza qoyulmuş, üstü xətlənmişdir.
3. Azərbaycan Respublik ası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 3-29-69/2-M-76-4/2023 nömrəli xx.xx.2023-cü il tarixli İddiaçı göndərilmiş məktubda E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli xüsusi İnternat məktəbinin xx.xx.2023-cü il tarixli 112 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi, Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxıldığından hüquqlarının pozulduğunu hesab edilirsə, müvafiq qaydada məhkəmə orqanlarına müraciət edə bilməsi göstərilmişdir.
4. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/2-04109 saylı, 26 yanvar 2024-cü il tarixli arayışda İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdiyi, “E.Qu liyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbinin nümayəndəsinin isə iştirak etmədiyi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehlər “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 №-li xüsusi İnternat məktəbi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində 04 dekabr 2023-cü il tarixli 112 nömrəli əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının hesablanmaqla ödənilməsi və 3000 manat məbləğində dəymiş mənəvi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xa hiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı Xüsusi İnternat məktəbində uzun müddət çalışmışdır. Sonuncu dəfə işlədiyi məktəbə zəng edərək övladının xəstəxanaya yerləşdirildiyini və bununla bağlı bülleten götürdüyünü bildirmişdir. Bülletenə çıxdıqdan sonra məktəbə yaxınlaşaraq bülleteni təqdim etmək istədikdə məktəbə buraxılmamış və bildirilmişdir ki, onu məktəbdən çıxarılması barədə əmr mövcuddur. İşə buraxılmadığı üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsinə şikayət etmiş və 04 dekabr 2023-cü il tarixli 112 nömrəli əmr ilə onunla bağlanmış əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilməsinə dair cavab məktubu almışdır. Hal-hazırkı müddətə qədər əmə k kitabçası və əmr nə rəsmi, nə də poçt vasitəsi ilə iddiaçıya təqdim olunmamışdır. İddiaçı mediasiyaya müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə cavabdeh iştirak etməmiş və cavabdehin hərəkəti ilə bağlı iddiaçı əmək müfəttişliyinə müraciət etmiş və əmək müfəttişliyi cavabdehi inzibati qaydada cərimə etmişdir. İddiaçı uzun müddətdir həmin məktəbdə çalışır və barəsində əmr qəbul edilərkən bülletendə olmuş və bülleten götürmə səbəbi övladının əməliyyat olunması ilə əlaqədar olmuşdur. Bunu təsdiq edən sənədlərin surəti iddia tələbinə əlavə olunur. Cavabdehin hərəkətinin nəticəsi olaraq iddiaçının səhhətində problemlər yaranmış və təhqir olunmasının nəticəsi olaraq mənəvi ziyan dəymişdir. Bu əsasla da cavabdehdən 3000 manat mənəvi ziyan istəyir.
7. Birinci instansiya məhkəməsində cavab deh “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 №-li xüsusi İnternat məktəbinin direktoru Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Ərizəni bununla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi o, xx.xx.2023cü il tarixdə əmək müqaviləsinə xitam verildiyi müddətdən 4 aydan artıq vaxt keçdikdən sonra "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi barədə" məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən, bu müddət 1 ay təşkil edir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzrlü səbəbdən ötürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1623/2024 saylı, 16 iy ul 2024- cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Aslanova) iddia tələbinin qismən, yəni cavabdeh 9 saylı İnternat Məktəbinə münasibətdə təmin edilərək cavabdeh “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbinin xx.xx.2023-cü il tarixli, 112 №-li “İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə” əmrin ləğv edilməsi, İddiaçı “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbində əvvəlki iş yerinə bərpa edilməsi və ona işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə münasibətdə təmin edilməməsi qət edilmişdir.
9. Birinci insta nsiya məhkəməsi ilk növbədə iddia müddəti ilə bağlı ərizəyə hüquqi qiymət verərək qeyd etmişdir ki, işin mübahisəsiz halına görə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, həmin tarix işçinin son iş günü olmuş, həmin tarixdə iddiaçı işdə olmuş və işə gəlməməsinin səbəbləri barədə izahat vermiş, lakin iddiaçıya əmək kitabçası və son-haqq hesab sənədləri, eləcə də, əmək müqaviləsinə xitam verilməsi barədə əmr sonuncu iş günü təqdim edilməmişdir. Bu fakt cavabdeh «E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün» 9 nömrəli xüsusi İnternat məktəbinin direktoru tərəfindən məhkəmə iclasında inkar edilməmiş, əksinə həmin sənədlərin iddiaçıya sürətli poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərildiyi bildirilmiş, həmin poçt zərfi iş materiallarına ə lavə edilmişdir.
10. Cavabdeh hesab edir ki, sənədləri poçtla göndərərək işəgötürən kimi öz üzərinə düşən öhdəliyi icra etmişdir, fərdi əmək mübahisəsi üçün 1 aylıq iddia müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır, iddiaçı isə xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə həmin müddəti ötürmüşdür.
11. İddiaçı göstərilən məktubu heç vaxt almadığını, poçt zərfindəki üstü xətlənmiş yazının onun tərəfindən icra edilmədiyini, onun imzasının və xəttinin başqa cür olduğunu bildirmiş, xx.xx.2023-cü il tarixdə işdə olmasına baxmayaraq ona əmək kitabçasının və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilmədiyini, onun məcburi şəkildə rəhbərliyin tapşırığı əsasında mühafizə tərəfindən məktəbin ərazisindən uzaqlaşdırıldığını qeyd etmiş, eyni zamanda poçt vasit əsilə əmək kitabçasının və digər sənədlərin göndərilməsinə dair işəgötürənə razılıq vermədiyini bildirmişdir.
12. Məhkəmə əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin işçiyə göndərilməsi barədə işəgötürənin təqdim etdiyi poçt zərfinə münasibət bildirərək qeyd etmişdir ki, həmin əmrin poçtla göndərilməsi barədə tərəflər arasında razılıq olmamış, işçi İddiaçı bununla bağlı razılığını bildirməmiş, işəgötürən tərəfindən qeyd edilən sənədlər sonuncu iş günü işçiyə rəsmi qaydada təqdim edilməsi barədə sübutlar təqdim edilməmiş, işəgötürən əmək kitabçasını, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surətini işçiyə məhz sonuncu iş günü təqdim etməməsinin ağlabatan səbəblərini bildirməmiş, işçinin son iş günü işdə olmasına baxmayaraq, hansı səbəbdən həmin sənədləri poç t vasitəsilə göndərməsini işəgötürən əsaslandırmamış və ya işçinin əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrini qəbul etməkdən imtina etməsi ilə bağlı hal müvafiq qeyd aparılmaqla rəsmiləşdirilməmişdir. Əlavə olaraq, işə əlavə edilmiş həmin poçt zərfi vasitəsilə göndərilmiş məktubun surəti təqdim edilməmiş, nəticədə həmin zərf vasitəsilə hansı məlumatın göndərilməsi müəyyən edilməmiş, zərf vasitəsilə göndərilməsi iddia edilən əmr və əmək kitabçasının İddiaçı tərəfindən imzalanmaqla qəbul edilməsi barədə xəbərnamə təqdim edilməmiş, iddiaçı həmin zərfi ümumiyyətlə görmədiyini bildirmiş, eləcə də, zərfdə üzərindən xətlər çəkilmiş “Mahmudova sözü və imza”nın vizual baxışla (iddiaçının işdə olan imzası və yazdığı ərizə ilə müqayisə etdikdə) iddiaçıya aid olmaması aydın olur.
13. Göstərilənlərə əsasən, əmək müqaviləsinə xitamla bağlı müvafiq sənədlərin poçt vasitəsilə göndərilməsi əsasları (işçinin son iş günü işdə olmaması və öz razılığı) hazırkı işdə yaranmadığından, cavabdehin təqdim etdiyi poçt zərfi əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin işçiyə qanunla müəyyən edilmiş qaydada təqdim edilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilmədiyindən cavabdeh «E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün» 9 nömrəli xüsusi İnternat məktəbi həmin sənədlərin işçiyə təqdim edilməsi ilə bağlı sübutetmə yükünü yerinə yetirmədiyi üçün müddətin tətbiqi barədə verdiyi ərizə təmin edilə bilməz.
14. Məhkəmə - cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsinin iddiaçının İdarəyə xx.xx.2023-cü il tarixdə hazırkı m əsələ ilə bağlı şikayət etməsi və hüququnun pozulmasını ən azı həmin tarixdə bilməsi dəlilinə - münasibət bildirərək qeyd etmişdir ki, nə qədər ki, əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri işçiyə qanunla müəyyən edilmiş qaydada təqdim edilməyib, nə mediasiya sessiyasının nəticələri barədə müvafiq arayışın (protokolun) verilməsi tarixindən, nə də ki, işçilərin hüquqlarının müdafiəsi ilə bağlı dövlət orqanlarına edilmiş şikayət və ya müraciətlər ilə “işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin ləğv edilməsi barədə” iddia müddətinin axımı başlanmış sayıla bilməz.
15. Məhkəmə iddia tələbin “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələbin ə əsasən (71-ci maddə), işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli 112№-li əmr belə əsaslandırılmışdır: İddiaçı ilə əmək müqaviləsinə əmək funsiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əsas: Tərbiyə işləri üzrə direktor müavini Şahid xx.xx.2023-cü il tarixli təqdimatı. Qeyd edilən təqdimatda göstərilir: Məktəbin tərbiyəçisi İddiaçı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan və heç bir məlumat vermədən işə gəlməmişdir. Göründüyü kimi, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsası 70-ci maddənin “ç” bəndi və onun üç iş günü ərzində işdə olmaması olmuşdur.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının oğlu Nurlan Mahmudovun xx.xx.2023-cü il tarixdə səhər saatlarında təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılaraq kəskin qanqrenoz - perforativ apendisit (yayılmış peritonitlə) diaqnozu ilə əməliyyat edilməsi və xx.xx.2023-cü il tarixədək universitet təhsilindən azad edilməsi barədə iş materiallarına sənədlər təqdim edilmiş və göstərilənlər işin mübahisəsiz halıdır. Eyni zamanda, iddiaçının vəsatətinə əsasən məhkəmənin müvafiq qərardadı əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş İddiaçıya məxsus 050 840- 30-43 mobil nömrədən gedən və həmin nömrəyə daxil olan zənglərin X1 aydın olur ki, xx.xx.2023-cü il tarixdə, saat 13:57:41-də ********** mobil nömrəsi ilə iddiaçıya məxsus ********** mobil nömrəsi arasında əlaqə saxlanılmışdır. ********** mobil nömrəsinin «E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün» 9 nömrəli xüsusi İnternat məktəbinin direktor müavini Şahid aid olması barədə “getcontact” programından əldə edilmiş çıxarışlar iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin xitamı barədə sözügedən əmrin verilməsinə əsas olan təqdimatda göstərilən hallar, yəni İddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlər iş günü olduğu halda tam iş günü işdə olmamasının ağlabatan üzrlü səbəbinin olması aşkardır. Belə ki, oğlunun kifayət qədər ciddi cərrahi əməliyyat keçirməsi səbəbindən iddiaçının bir ana kimi narahatlılıq hisləri keçirməsi, mənəvi bağlılıq nü mayiş etdirərək daim övladının yanında qalma arzusu duyması, eləcə də övladının zəruri ehtiyaclarını qarşılamaq üçün onun yanında olması təbii və gözlənilən haldır. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində məhz insan həyatı üçün mənəvi əhəmiyyət kəsb edən bu kimi hallar istisna olaraq müəyyən edilmiş və yaxın qohumunun xəstələnməsi halında bütün iş günü işə gəlməmək işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməmişdir.
17. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, «E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün» 9 nömrəli xüsusi İnternat məktəbinin xx.xx.2023-cü il tarixli 112№- li Əmri yaxın qohumunun xəstə olması halında tam iş günü işə gəlməməsinə baxmayaraq, iddiaçının öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirm əməsi əsası ilə, yəni əmək qanunvericiliyinin müvafiq maddələrində nəzərdə tutulmuş ləğv edilmə əsasları pozularaq qəbul edildiyindən həmin əmr ləğv edilməli, iddiaçı əvvəlki iş yerinə bərpa edilməli və Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələbinə əsasən, məcburi iş buraxmaya görə əmək haqqı hesablanmaqla ona ödənilməlidir.
18. İddia tələbinin “3000 manat məbləğində dəymiş zərərin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdıraraq müəyyən etmişdir ki, iddiaçı mənəvi zərəri əmək hüquqlarının pozulması ilə əsaslandırmış, bu hüquqların pozulması məhkəmə araşdırması zamanı aşkar edilmişdir. İddiaçı tərəfindən hə min hüquqların bərpa edilməsinə qədər keçən müddətdə onun hər hansı mənəvi iztirab (sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi) yaşaması barədə sübutlar təqdim edilməmiş, mənəvi sarsıntı (ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması) halının olmasına isə ehtimal vermək olar. Lakin məhkəmə qeyd etmişdir ki, istənilən hüquq pozuntusunun hüquqi pozulan şəxsin şüurunda mənfi psixi reaksiyaya səbəb olması aşkar haldır və şəxsin mənəvi stres yaşaması (şəxsin yaxınının ölməsi və ya özünün sağlamlığına ziyan dəyməsi, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi istisna olmaqla) bu tələblərin təmin olunması üçün birmənalı əsas ola bilməz. Məhkəmə bununla bağlı qənaətini belə əsaslandırır ki, hüquq pozuntusu nəticəs ində mənəvi sarsıntı baş versə belə, bu iddiaların təmin edilməsi üçün həmin pozuntu müəyyən mənəvi dəyərlərə, şəxsin sağlamlıq vəziyyətinə, cəmiyyətdəki statusuna və ya şəxsi həyatına mənfi təsir göstərməli, bu təsirin müəyyən real nəticələri olmalı, həmin nəticələrlə hüquq pozuntusu arasında səbəbli əlaqə olmalıdır. Belə ki, gündəlik həyat fəaliyyətinə insanın reallaşmayan istənilən arzu və planları mənəvi stress və mənfi psixi reaksiyalara səbəb olur. Odur ki, mənəvi sarsıntıya görə zərərin ödənilməsi tələblərinin təmin edilməsi üçün əsas qismində - hüquq pozuntusu aradan qaldırıldıqdan sonra belə bərpası mümkün olmayan mənəvi itkilər, hüquq pozuntusu törədən şəxsin uzun müddət qəsdən və təkidlə davam edən hüquqi zidd hərəkəti çıxış edə bilər. Göstərilən mövqedən çıxış edərək, hüquq poz untusunun aradan qaldırılmasından sonra iddiaçının bərpası mümkün olmayan mənəvi sarsıntı və məhrumiyyətlər yaşaması halı hazırkı mübahisədə olmadığı üçün məhkəmə hesab etmişdir ki, mənəvi zərərin ödənilməsi hissəsində iddia təmin edilməməlidir.
19. İddiaya cavab verməli olmayan şəxs olduqlarından cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə münasibətdə iddia təmin olunmamalıdır. Belə ki, əmək müqaviləsinə xitam verilməsi həmin orqanlar tərəfindən həyata keçirilmədiyi, eyni zamanda işə bərpa olunmalı olan orqan qismində çıxış etmədiklərindən, əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə iddiaçının işə bərpa edilməsi həmin cavabdehlər tərəfindən icra edilə bilməz.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 375, 1096.2, 1097.1-ci, Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəllə) 70, 71, 72, 74, 76, 83, 84, 288, 290, 292, 294, 296, 297, 300, 301-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23- cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarlarına, MPM-in 9.1, 9.3, 14.2, 54.1, 54.2, 76.1, 77.1, 106.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəm əsindəki icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmamış, mövcud sübutların sübut əhəmiyyətli olub-olmamasına, sübutların əldə edilməsinin mötəbərliliyinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının məktəbdə həftədə 3 iş günü var- bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri. İddiaçı 27, 28 və 29 noyabr, yəni iş günlərində işdə olmamış, bununla bağlı da onlara heç bir məlumat verməmişdir. İddiaçı xüsusi tərbiyəyə ehtiyacı olan 12 şagirdi heç kimə məlumat vermədən tək qoyub çıxıb gedib. Həmçinin, şəxsin bundan öncə etdiyi pozuntulara görə ona töhmət və xəbərdarlıq verilmişdir. Müəllimlərin davamiyyət jurnalı var. Hər müəllim işə gələn zaman onu imzalayır. Həmin günlərdə iddiaçının imzası yoxdur. Yəni, iddiaçının həqiqətən də 27, 28, 29 noyabr 2023-cü il tarixdə işdə olmaması da davamiyyət jurnalı ilə təsdiqini tapmışdır. 4 dekabrda iddiaçı məktəbə gələrkən isə işdə olmamasının səbəbilə bağlı hansısa sənəd təqdim etməmişdir. İşçinin əmək müqaviləsinə isə 4 dekabrda xitam verilmişdir. İşçi üzrlü səbəbdən işdə olmamasının səbəbləri barədə məlumat verməli olduğu halda bunu etməmiş və bu məlumatı işdə olduğu gün 4 dekabr tarixində verməmişdir. Məhkəmənin əsaslandığı əsas meyar ondan ibarətdir ki, “iddiaçının vəsatətinə əsasən məhkəmənin müvafiq qərardadı əsasında "xxxx " MMC tərəfindən təqdim edilmiş iddiaçıya məxsus 050 840-30-43 mobil nömrədən gedən və həmin nömrəyə daxil olan zənglərin X1 aydın olur ki, xx.xx.2023- cü il tarixdə, saat 13:57:41-də ********** mobil nömrəsi ilə iddiaçıya məxsus ********** mobil nömrəsi arasında əlaqə saxlanılmışdır. ********** mobil nömrəsinin “E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün” 9 nömrəli xüsusi İnternat məktəbinin direktor müavini Şahid aid olması barədə “getcontact” proqramından əldə edilmiş çıxarışlar iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir”. "xxxx" tərəfindən verilmiş cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:57:41-də direktor müavini Şahid məxsus olan ********** mobil nömrəsi ilə iddiaçıya məxsus ********** mobil nömrəyə zəng edilmişdir. Lakin aralarında heç bir danışıq olmamış, iddiaçı ümumiyyətlə telefona cavab verməmişdir. Həmçinin iddiaçı ilə əlaqə saxlamağa çalışan şəxs də məhz direktor müavinidir. Belə olduğu təqdirdə iddiaçı direktor müavini tərəfindən ona zəng edilməsini gördüyü və bildiyi halda Sevinc Mehrəliyevə geri zəng etməmişdir. Bundan başqa, “getcontact” proqramından əldə edilmiş çıxarış iddiaçı tərəfindən deyil, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasının audio-video yazılarına diqqət etdikdə də həmin xüsusat öz təsdiqini tapmış olacaqdır. “Getcontact” məlumatlarının isə hansı dərəcədə sübut hesab edilib-edilə bilməyəcəyi isə qanunvericiliyə əsasən mübahisə edilir. Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən əmək mübahisələrində ilkin mediasiya sessiyasında iştirak etmək imperativdir. Lakin id diaçı məhkəmə prosesi zamanı və öncədən ilkin mediasiyada iştirak etməsini təsdiq edəcək sənədi məhkəməyə təqdim etməmiş, həmin sənədin surəti yekun məhkəmə aktı çıxarıldıqdan sonra məhkəmə prosesindən kənar qərarın hazırlanması prosesi zamanı məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, prosessual qanunvericiliyin tələbləri də məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Çünki mediasiya prosesi zamanı iddiaçı ilə razılığa gəlmək də mümkün ola bilərdi. Mediasiya Prosesinin məqsədi isə məhz bundan ibarətdir. Həmçinin, Mülki-Prosessual Məcəllədə ilkin mediasiyada təsdiq edən sənədin əslinin təqdim edilməsi şərt kimi tanınmışdır. Məhkəmə iclasının audio-video yazılarına diqqət etdikdə də həmin xüsusat öz təsdiqini tapmış olacaqdır. Bundan başqa, məhkəmənin səthi əsaslandırma etməsinin digə r bir təsdiqi isə aşağıdakı əsaslandırmadan ibarətdir: “zərfdə üzərindən xətlər çəkilmiş “Mahmudova sözü və imza”nın vizual baxışla (iddiaçının işdə olan imzası və yazdığı ərizə ilə müqayisə etdikdə) iddiaçıya aid olmaması aydın olur.” Əmək kitabçası və işdən çıxarılma əmri iddiaçıya sürətli poçt vasitəsilə göndərilmiş, iddiaçı qol çəkərək həmin sənədləri təhvil almış, sonradan isə ad, soyad imza yerinin üzərindən qərəzli və qəsdən xətt çəkərək qaralamışdır. Bununla bağlı məhkəməni aldadaraq guya əmək kitabçası və işdən çıxarılma əmrinin onda olmadığını, guya poçtdan özünün əldə etməsini bildirmişdir. Ali Məhkəmənin Qərarlarında məhkəmələrə edilmiş tövsiyyələrdən də aydın olur ki, imza nümunələrinin şəxsə məxsus olub-olmaması mübahisə doğurursa, məhkəmə ekspertiza təyin etməli və sübutun m ötəbərliyini aydınlaşdırmalıdır. Lakin məhkəmə buna sadəcə vizual görüntü əsasında qiymət verərək düzgün hüquqi nəticəyə gəlməmişdir. Həmçinin, hakim özü məhkəmə prosesinin keçirilməyəcəyini bildirmiş, iclası özü təxirə salmış və cavabdehə əvvəlcədən iclasın təxirə salınacağını bildirmişdir. Həmin təxirə salınmış iclasdan sonra axırıncı baxış iclasında şahidin və cavabdehin əməliyyat olunmasını bildirsə də, hakim həmin halları nəzərə almadan iclası onların və şahidin iştirakı olmadan keçirmişdir. Halbuki, iclasın təxirə salınması zərurəti üzrlü səbəbdən baş vermişdir. İş materiallarından göründüyü kimi, İddiaçı müraciətinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cümaddəsi ilə 900 manat məbl əğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmiş, lakin Qaradağ Rayon Məhkəməsinin 3(002)884/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-in 192.4-cümaddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin qeyd etdiyi xüsusatlara birinci instansiya məhkəməsi tərəfindən səthi və işin faktiki hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5807/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmiş, b irinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmiş, ödənilmiş mediasiya xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir.
24. Apellyasiya instansiya məhkıməsi müəyyən etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 112 №-li əmrə əsasən İddiaçıt Nüsrət qızı - Məktəbin tərbiyəçisi əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə əmr və əmək kitabçası poçt vasitəsilə iddiaçıya göndərilmiş, ancaq iddiaçı həmin tarixdə əmri və əmək kitabçasını almadığını göstərir. Bununla yanaşı, xx.xx.2023-cü il tarixdə iddiaçıya çatacaq son haqq-hesab bank hes abına köçürülmüşdür. Bundan əlavə, iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərilmiş xx.xx.2024cü il tarixlərdə mediasiya prosesi keçirilmiş, ilkin mediasiya sessiyasında cavabdehin iştirak etməməsi barədə 26 yanvar 2024-cü ildə arayış verilmişdir (i.v;3;33;127-129). İddiaçı isə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Demək ki, ilkin mediasiya sessiyasında cavabdehin iştirak etməməsi səbəbindən bu barədə 26 yanvar 2024-cü ildə arayış verildiyi tarixdə iddiaçı artıq hüququnun pozulduğu bilsə də yenə də qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.
25. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində göstərilib ki, hüququnu n pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə iddiaçıya çatacaq son haqq-hesab bank hesabına köçürülmüşdür. Ən azından həmin tarixdən iddiaçı hüququnun pozulduğunu bilirdi. Başqa sözlə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində hüququnun pozulmasının aşkar edildiyi g ünün yalnız işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının verildiyi gün olduğu qənaətinə gəlmək düzgün deyildir. Çünki bu maddədə sadalanan digər əsaslar da vardır. Ona görə də yalnız əmək kitabçası və əmrin surətinin iddiaçıya çatdırılmasının sübut olunmamasına görə iddia müddətinin axımının başlana bilməz kimi qənaəti yanlış olmuşdur. Bu normanı məhkəmə səhv təfsir etmişdir.
26. Göstərilənlərdən əlavə, iddiaçı Mediasiya Təşkilatına müraciət edərək əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mediasiya prosesinin tətbiqini xahiş etmişdir. İddiaçı əmək kitabçasının və əmri almamışdırsa, yaxud bundan məlumatı olmamışdırsa bu cür təkliflə Mediasiya Təşkilatına müraciət edə də bilməzdi. Bütün bu qeyd olunanlara baxmayaraq ilkin mediasiya sessiyasında cavabdeh tərəfin nümayəndəsinin iştirak etməməsi barədə 26 yanvar 2024-cü ildə arayış aldıqdan sonra iddiaçı artıq hüquqlarının pozulduğu günü bilib və həmin tarixdən iddia müddətinin axımı davam etsə yaxud başlasa belə yenə də 1 aylıq müddəti ötürmüş, 70 gün sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi əmək münasibətlərində işçinin daha zəif tərəf olduğunu nəzərə alaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan müddətin üzrlü səbəbdən ötürülməsinə əsas olan səbəblərin mövcud olub-olmaması barədə də hüquqi dəyərləndirmə aparmışdır. Ancaq nə bu normada nəzərdə tutulan səbəblər, nə də digər obyektiv hallar aşkar edilməmişdir. Hətta iddiaçı da nə birinci, nə də apellyasiya instansi yası məhkəməsində bu cür üzrlü səbəblərin olmasına dair nəinki sübut təqdim edib, ümumiyyətlə hansısa arqument də gətirmədi. Yalnız məhkəməyə vaxtında müraciət etməsini israr etdi. Bu cür vəziyyətdə iddiaçının düşdüyü vəziyyət başadüşülən olsa da ötürülmüş müddətin üzrlü səbəbdən baş verməsi də hər hansı bir sübutla təsdiq edilmədiyindən məhkəmə tərkibi iddia müddətinin tətbiq edilməməsi üçün əsas müəyyən etmədi.
28. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edi lir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 35-ci Mülki Məcəllənin 372.1, 372.2, 375.2, 37, 377.1-ci, Əmək Məcəlləsinin 10, 11, 12, 68.1, 70, 72, 296.2, 296.3, 296.6, 296.7, 300.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.7, 384.0, 385.1, 385.1.1, 385.12.4, 387.1, 390-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə barədə yeni qərar çıxarılmasın ı xahiş etmişdir.
31. Kassasiya şikayəti MPM-in 130.1, 130.3, 135.5, 135.6, 360, 363.1.3, 366.1 və 366.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin “elektron kabinet”ində xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş son tarix xx.xx.2024cü il olmuş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti verilmiş, müəyyən edilmiş müddətin 4 gün keçməsinə baxmayaraq prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Qanunvericiliyə əsasən bu vəziyyətdə apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda qaytarılmamış və apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayəti qəbul edilməmiş hesab edilməli olduğu halda mümkün hesab edilərək apellyasiya şikayətinə baxılaraq qətnamə qəbul edilmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən prosessual hüquq normaları pozulmuş, bu prosessual hüquq pozuntuları qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. b)
32. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
33. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
34. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
35. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun öl məsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
36. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
38. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
39. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tə rəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
40. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
47. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirili r və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozu ntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yo xlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində yalnız prosessual normaların pozulmasına istinad edərək, cavabdehin apellyasiya şikayətinin müddət buraxılmaqla icraata qəbul edildiyini göstərmişdir.
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilləri əsasında araşdırma aparar aq müəyyən etdi ki, “Elektron məhkəmə” informasiya sistemindəki məlumatlara görə cavabdeh həmin sistemdə xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmişdir. Bu isə o deməkdir ki, kassasiyada göstərildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsinin onun elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilməsi mümkün deyildir. Cavabdeh elektron kabineti xx.xx.2024-ci il tarixdə yaradaraq apellyasiya şikayəti vermişdir.
56. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə göndərilmiş, xx.xx.2024-cü il tarixdə ünvan üzrə poçt şöbəsinə çatdırılmış, həmin göndəriş rabitə orqanının eyni tarixli “imtina edilib” qeydi ilə geri qaytarılmış, təkrarən məhkəmə xx.xx.2024-cü il tarixdə qətnaməni tərəfə çatdırılması üçün Sahil qəsəbə inzibati ərazi dairə si üzrə nümayəndəliyə göndərmiş, xx.xx.2024-cü il tarixdə cavabdehin direktoru qətnaməni şəxsən məhkəmədən götürmüşdür.
57. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Prossesual Məcəllənin 137.1-ci maddəsinin tələbinə görə ünvan sahibin məhkəmə sənədlərini qanuni əsas olmadan qəbul etməkdən imtina edərsə, həmin sənədlər çatdırılmış hesab edildiyindən cavabdehin apellyasiya şikayəti vermə müddəti onun imtina etdiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla, təkrar apellyasiya şikayətinin verildiyi xx.xx.2024-cü il tarix apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddət daxilində verilmiş hesab olunur.
58. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müddətə görə geri qaytarılmamış və apellyasiya instansiya məhkəməsi tərəfindən baxılmas ı üçün icraata qəbul edilərkən hər hansı prosessual hüquq normasının tələbləri pozulmamışdır.
59. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5807/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.