Məhkəmə qərarları › İş №2(006)-4980/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4980/2020

29.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4980/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci ildə anadan olmuş X2 xx.xx.2020-ci ildə ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yoldaşı X5 onlarla birgə yaşamamışdır. xx.xx.2020-ci ildə ağır xəstə olduğuna görə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilmişdir. xx.xx.2020-ci ildə evə X5 evə gətirilmişdir və həmin gün vəfat etmişdir. Bu barədə təcili və təxirə salınmaz tibbi yardım stansiyası tərəfindən ölüm haqqında arayış vermişdir. Bundan sonra o, Maraqlı şəxsnə X2 ölümün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Burada da ona rədd cavabı verərək bildirmişlər ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadan ölümü qeydə alınması mümkün deyildir. Hüquqi faktların əhəmiyyəti ondan ibarətdir ki, onların əsasında müxtəlif orqanlar və vəzifəli şəxslər vətəndaşların və təşkilatların subyektiv hüquqlarının yaranması, dəyişməsi və ya ləğvi barədə fikir irəli sürürlər. Adətən, hüquqi faktların mövcudluğu müvafiq sənədlərlə və ya digər yazılı aktlarla təsdiqlənir. Lakin hüquqi fakt heç də həmişə təsdiqlənə bilmir. Belə hallar üçün hüquqi faktların müəyyən edilməsinin məhkəmə qaydası nəzərdə tutulur. Göstərilən faktların müəyyən edilməsinin hüquqi əhəmiyyəti var. Həmin faktların müəyyən edilməsi, yoldaşının ölüm haqqında şəhadətnaməsinin alınması və sonradan dəfn müavinətinin alınması və s. hüquqların keçirilməsinə gətirib çıxarır. Yuxarıda göstərilənlərə əsasən xx.xx.1950-ci ildə anadan olmuş X2 xx.xx.2020-ci ildə ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Bələ ki, Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçi X9 ünvanlanan xx.xx.2020-ci il tarixli, 05/Q-1088/15 nömrəli məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs X2 ölümünün qeydə alınması ilə bağlı xx.xx.2020-ci il tarixli ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, ərizəçi ərinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 08820684 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1950-ci il tarixdə Füzuli şəhərində anadan olmuşdur. Nizami VVAQ şöbəsi tərəfindən xx.xx.1974-cü il tarixdə verilmiş İ-ЖГ seriyalı 294070 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 xx.xx.1974-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 319 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həşimov, arvada Həşimova soyadı verilmişdir. “Bakı şəhəri Təcili və X8 Stansiyası” PHŞ BŞT və TTYS-nin 9 saylı Bölməsinin Sahə həkimi xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 10:00-da X2 adına çağırış verilmişdir. Kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkillərində X2 xx.xx.1950-ci ildə doğulduğu, xx.xx.2020-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, mərhum X2 gəlinidir. xx xxxxxx 2020-ci il tarixdə o, qayınanası Ərizəçi yaşadığı mənzilə gəldikdə Tofiq Həşimovun öldüyünü görmüşdür. Daha sonra X16 qəbirstanlığında dəfn olunmuşdur. Tofiq Həşimovun heç bir xəstəliyi olmamışdır. Təcili tibbi yardım xidmətinin işçisi də onun ürəktutmasından öldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Ərizəçi ilə qonşudurlar. Ərizəçi əri Tofiq Həşimov ilə uzun müddətdir ki, ayrı yaşayır. X17 səhhətində problemlər yarandığından onu Ərizəçi ünvan 2 ünvanında yerləşən yaşadığı evə gətirmişlər. Tofiq Həşimov xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında ölmüşdür. Tofiq Həşimov öldükdən bir müddət sonra təcili tibbi yardım xidmətinin işçiləri oraya gəlmişlər. Daha sonra X16 qəbirstanlığında dəfn olunmuşdur. Ölkə ərazisinədə pandemiya ilə əlaqədar karantin rejimi tətbiq edildiyindən yas mərasimi təşkil edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Tofiq Həşimov onun yaxın dostu olmuşdur. Tofiq Həşimov xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, Ələsgər Qayıbov küçəsində yerləşən evdə ölmüş və Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Ölkə ərazisinədə pandemiya ilə əlaqədar karantin rejimi tətbiq edildiyindən yas mərasimi keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5ərizəçinin əri olmuşdur. O, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X1 rayonunun Xırdalan şəhər qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən ölümün dövlət qeydiyyatına alınması zəruri olan sənəd təqdim edilmədiyindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar