Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5036/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1932-ci ildə Rusiya Federasiyası, Vladimir şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan X4 xx.xx.2024-ci il tarixdə saat 20:42-də, ünvan 2 ünvanında qəflətən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası- xx.xx.1932-cü ildə Rusiya Federasiyası, Vladimir şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan X4 xx.xx.2024-ci il tarixdə halı qəflətən pisləşərək vəfat etmişdir. Onlar 103 çağrı mərkəzinə dərhal zəng vurub və BŞT və TTYŞ-nin 2 saylı bölməsindən həkim briqadası gəlib, lakin briqada gələnədək anası artıq ölmüşdür. Həkimlər saat 20:42-də gələrək anasının nəbzini yoxladıqdan sonra onun öldüyünü təsdiqləyiblər. Ondan sonra həkimlər polisə bu barədə məlumat verib. Həkim tərəfindən onlara xx.xx.2024-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi” verilib. Həmin vərəqədə Ölümün ilkin səbəbi qrafasında “Həkimə gədər ölüm. Qadın cinsli meyit. 21 saylı polis bölmə leytenant Əhmədov qəbul etdi saat 20:52 ” qeydi aparılmışdır. O həmin vərəqəni götürərək ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün “Bakı Baş Səhiyyə Mərkəzi” X10 9 saylı poliklinikasına müraciət edib. Lakin ona gec müraciət etdiyi üçün məhkəməyə getməyi tövsiyə edilmişdir. Maraqlı şəxsndən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinə imtina verilmişdir. Anasının 92 yaşı olduğu üçün onunla ünvan 2 ünvanında yaşayırdı. Onun ölüm faktının təsdiq edilməsi faktını qızı xx.xx.1987-ci il təvəllüdlü X7 təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, o, ölən şəxsin nəvəsidir. Nənəsi 07 avqust tarixində onların evində rəhmətə gedib. O, yas mərasimində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, o, ölən şəxslə ailəvi dost olub, onu tanıyırdı. Məhrum X2 rəhmətə getdiyini və Hövsanda olan dəfnində iştirak etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin (03NLFJYC) sürətindən görünür ki, X4 xx.xx.1932-ci il tarixində Rusiya Federasiyası, Vladimir şəhərində doğulmuşdur. İş materiallarında olan Suraxanı rayonu, Zığ Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən məhrum xx.xx.1932-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıqvəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Təcili və X5 Stansiyasının “ölüm haqqında” xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:42-də xəstənin yanına gəlinmiş və qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş qəbrüstü fotoşəkildən görünür ki X1 xx.xx.1932-ci il tarixində doğulmuş, xx.xx.2024-cü ildə isə ölmüşdür. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına qəbrüstü şəkillər əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi X2 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1932-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1932-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-5036/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5036/2024
29.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver