Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5042/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Orucova X4 Mehman Paşa oğlu maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizədə qeyd olunmuşdur ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikahla ailə qurmuş və bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaq ərizəçinin yanında saxlanılmışdır. Aliment tələbinə dair məsələnin həlli ilə bağlı ilk olaraq Mediasiya Şurasına müraciət etmişlər. Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatında qarşı tərəflər hər ikisinin razılığı ilə Mediator mediasiya sessiyasına qarşı tərəfi dəvət etmiş və cavabdeh sessiyaya gəlmişdir. Bu səbəbdən mediator aralarında xx.xx.2024-cü il tarixdə MŞB/16/2024-000958 nömrəli Barışıq sazişi imzalamışdır. Barışıq sazişinin şərtlərinə əsasən ata Maraqlı şəxs övladı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat məbləğində aliment ərizəçiyə ödənilməli, Maraqlı şəxs tərəfindən aliment hər ayın 20-dən 31-dək ərizəçinin bank hesabına ödənilməlidir. Göründüyü kimi aralarında olan mübahisənin barışıq sazişi imzalamaqla həll edərək, bütün məsələlər üzrə qarşı tərəflə razılığa gəlmişlər. Lakin hazırda aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-000958 nömrəli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Ərizəçi və Maraqlı şəxs arasında 16 saylı Mediasiya Təşkilatı vasitəsilə bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-000958 nömrəli saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq sədrlik edənin sualına qarşı tərəfin vaxtlı-vaxtında alimenti ödəmədiyini, tələb etdikdə aralarında dava olduğunu və hazırda alimentin ödənilməsinin rəsmi şəkildə təsdiq edilməsini tələb etdiyini bildirmişdir. 4.Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi ilə və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən tərəflər müəyyən şərtlər əsasında razılığa gəlmişdir. Hazırda ərizəçi həmin barışıq sazişinin təsdiq edilməsini xahiş edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan AZE seriyalı, 12862191 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidir. 8.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3559/2020 saylı qətnaməsinə əsasən Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 393 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. 9.Mülki işin materiallarında olan Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-000958 nömrəli Barışıq Sazişindən görünür ki,
1. İkinci tərəf Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 adlı övladına hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin ödənilməsini öz öhdəsinə götürür.
2. İkinci tərəf Maraqlı şəxs aliment tələbi barədə 2024-cü ilin iyul ayından başlayaraq hər ayın 20-sindən, 30-dək 235 (iki yüz otuz beş) manat məbləğində alimenti birinci tərəf Ərizəçi ABB 5522 0993 6230 7142 nömrəli kart hesabına ödəniləcəkdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 11.Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır. Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. 12.Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. 13.Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. 14.Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 15.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024- 000958 nömrəli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: “1. İkinci tərəf Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 adlı övladına hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin ödənilməsini öz öhdəsinə götürür.
2. İkinci tərəf Maraqlı şəxs aliment tələbi barədə 2024-cü ilin iyul ayından başlayaraq hər ayın 20-sindən, 30-dək 235 (iki yüz otuz beş) manat məbləğində alimenti birinci tərəf Ərizəçi ABB 5522 0993 6230 7142 nömrəli kart hesabına ödəniləcəkdir”. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.