Məhkəmə qərarları › İş №2(006)-5043/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5043/2022

20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5043/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində göstərilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində göstərilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1938-ci ildə Lənkəran şəhərində anadan olmuş həyat yoldaşı X2 13 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi həyat yoldaşı X8 xx.xx.1938-ci ildə Lənkəran şəhərində anadan olmuş, sonuncu qeydiyyat ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 73, mənzil 34-dür. Ərizəçi Zamanov X5 Asya Səlimovna ilə nikahlarını 17 yanvar 2004-cü il tarixində rəsmi qaydada qeyd etdirmişlər. X2 səhhətində son illər kəskin problemlər yaranmış və “parkinson” xəstəliyindən əziyyət çəkmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və statistika İdarəsinin “Forma 027U” arayışından görünür ki, X2 tam diaqnozu “Parkinson” xəstəliyidir. Həmçinin X8da “onkoloji” xəstəlik olmuş və “süd vəzisinin bəd xassəli şiş” xəstəliyindən əziyyət çəkmişdir. X8 kimyəvi dərman müalicəsi qəbul etmişdir (bu barədə xəstənin diaqnozu və xəstəlik tarixçəsindən çıxarış ərizəçi tərəfindən məhkəməyə təqdim ediləcək). Ərizəçinin həyat yoldaşı X8 02 may 2022-ci il tarixində yıxılaraq sağ bud sümüyü sınmış, “MediClub” medikal servisin Hacıyeva Asya barəsində vermiş olduğu xx.xx.2022-ci il tarixli rentgen müayinəsinin cavabı: “Sağ bud sümüyünün boynunun yerini dəyişən sınığı rentgün əlamətləri.” X8 bununla əlaqədar əməliyyat olunmuşdur. Respublika Diaqnostika Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X8 sağ bud oynağından əməliyyat olunmuşdur (“sağ bud-çanaq oynağı endoprotezindən sonrakı vəziyyət”) Ərizəçinin həyat yoldaşı son aylar qeyd edilən xəstəliklərdən çox əziyyət çəkmiş və vəziyyəti də son dərəcə ağır olmuşdur. X2 xx.xx.2022-ci il tarixdə vəziyyəti pisləşdiyindən Təcili və X1 çağırılmış, arterial təzyiqi 70/50-yə, nəbzi 108, hərarəti 35.0 olmuşdur. X6 təcili olaraq “kofein benzooat natrium 20 faizli” vurulduqdan sonra sonuncunun vəziyyəti daha da ağırlaşmağa doğru getmişdir. Ərizəçi bu müddətdə X6 lazım olan müalicəni etdirmişdir. Müalicələrə baxmayaraq X2 yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 73, mənzil 34 ünvanında 13 oktyabr 2022-ci il tarixdə saat 22:30-da vəziyyəti həddindən artıq pisləşdiyindən ərizəçinin çağırıdığı Təcili və X1 saat 22:50-də ünvana gəlmişdir. Lakin Təcili və X1 gec gəldiyinə görə X2 həyatını xilas etmək mümkün olmamış, X8 həmin tarixdə vəfat etmişdir. Ərizəçi həyat yoldaşı X8 barəsində ölüm haqqında şəhadətnamənin təqdim edilməsi üçün qeydiyyatda olduğu ünvanın aid olduğu Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 1 saylı Şəhər Poliklinikasına müraciət etmiş, poliklinika tərəfindən yazılı şəkildə ərizəçiyə bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 73, mənzil 34 ünvanında qeydiyyatda olmuş, lakin 13 oktyabr 2022-ci il tarixində vəfat etmiş xx.xx.1938-ci il təvəllüdlü X2 1 saylı Şəhər Poliklinikasında ambulator kartası və hər hansı xəstəliyi ilə əlaqədar müraciətləri olmadığına görə ölüm haqqında “106 saylı” arayış verilməsi mümkünsüzdür. Həmçinin ərizəçi ölümün qeydə alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə ərizə ilə müraciət etsə də, ona xx.xx.2022-ci il tarixli cavab məktubu ilə imtina verilmiş və həmin məktubda qeyd edilmişdir ki, “ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 20 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X2 Sabunçu rayon Zabrat 1 qəbiristanlığında xx.xx.2022-ci il tarixində Ərizəçi tərəfindən dəfn edilmişdir. Ölüm faktının müəyyən olunması və qeydə alınması Ərizəçi müəyyən sənəd işləri ilə əlaqədar olaraq ailə tərkibi barədə arayışın təqdim edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndənin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşı, mərhum X8 isə qardaşının həyat yoldaşı olmuşdur. X4koloji xəstəlikdən əziyyət çəkirdi, səhhətində son illər kəskin problemlər yaranmışdı. Mərhum 13 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. O anasının dəfn və yas mərasimində iştirak etmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, ərizəçi onun dayısı, mərhum X8 isə dayısının həyat yoldaşı olmuşdur. X8 son zamanlar xəstə idi. Mərhum 13 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. O mərhumun yas mərasimində iştirak etmişdir. Mülki işin materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan AZE seriyalı 19136075 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1938-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur Mülki işin materiallarında olan AZ-İ seriyalı 082529 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X2 nikahı Nəsimi rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 yanvar 2004-cü il tarixdə 35 № ilə qeydə alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, qısa anamnez, diaqnostik müayinələr, xəstəliyin gedişi, aparılmış müalicə, göndərilmə və çıxarılma zamanı xəstənin vəziyyəti qeydinin qarşısında “xəstə X8 xx.xx.2021, 7.01.22, 31.03.21, 13.06.19, 02.05.19 tarixlərində mütəmadi olaraq parkinson xəstəliyi ilə müraciət edib, müalicə alıb qeyd” göstərilmişdir. Mülki işin materiallarında olan “MediaClub” medikal servisin xx.xx.2022-ci il tarixli rentqen müayinəsinə dair sənədindən görünür ki, Asya Hacıyevada “Sağ bud-çanaq oynağının düz proyeksiya rentgenoqrammasında müşahidə olunur, sağ bud sümüyünün boynunun yerini dəyişən sınığı müqayisədə sağ bud sümüyü nisbətən yuxarıda yerləşir. Sağ bud sümüyünün boynunun yerini dəyişən sınığı rentgen əlamətləri.” X8 bununla əlaqədar əməliyyat olunmuşdur. Mülki işin materiallarında olan Respublika Diaqnostika Mərkəzinin xx.xx.2022-ci il tarixli tibbi sənədindən görünür ki, X8 sağ bud oynağından əməliyyat olunmuşdur (“sağ bud-çanaq oynağı endoprotezindən sonrakı vəziyyət”) qeydi verilmişdir. Mülki işin materiallarında olan Bakı şəhər Təcili və X1 Stansiyasının PHŞ-nin 8 saylı bölməsinin verdiyi «işdən və dərsdən azad etməyə əsas verən Xəbərarlıq vərəqəsi»ndən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:50 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanına X2 adına çağırış daxil olmuşdur. Çağırışı 8 saylı bölmənin həkimi İbrahimzadə Ayşən, tibb bacısı Sadıqova Nəzakət yerinə yetirmiş, aparılmış müalicə tədbirləri qrafasının qarşısında «Sol kofein benzoat natrium 20%-1,0, “Xəstənin vəziyyəti yaxınlarına izah olundu” ifadəsi qeyd edilmişdir». Mülki işin materiallarında olan Bakı şəhər Təcili və X1 Stansiyasının PHŞ-nin 8 saylı bölməsinin verdiyi «Ölüm haqqında Xəbərarlıq vərəqəsi»ndən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:50 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 73, mənzil 34 ünvanına X2 adına çağırış daxil olmuşdur. Çağırışı 8 saylı bölmənin həkimi İbrahimzadə Ayşən, tibb bacısı Sadıqova Nəzakət yerinə yetirmiş, aparılmış müalicə tədbirləri qrafasının qarşısında “Həkimə qədər ölüm. Qadın cinsli meyit” ifadəsi qeyd edilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-1704/75 №-li məktubda X2 ölümünün qeydə alınması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 1 №-li Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 280 №-li məktubunda qeyd edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 73, mənzil 34 ünvanında qeydiyyatda olmuş, lakin xx.xx.2022-ci il tarixdə rəhmətə getmiş xx.xx.1938-ci il təvəllüdlü X2 1 №-li Şəhər Poliklinikasında ambulator kartası və hər hansı xəstəliyi ilə əlaqədar müraciətləri olmadığına görə ölüm haqqında “106 saylı” arayış verilməsi mümkünsüzdür. Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 20 oktyabr 2022-ci il tarixli 69 nömrəli arayışından görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X2 Sabunçu rayon Zabrat 1 qəbiristanlığında xx.xx.2022-ci il tarixində Ərizəçi tərəfindən dəfn edilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 552 nömrəli 4 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qəbristanlıqların salınması və idarə olunması” Qaydalarının 18.1 bəndinə əsasən qonşu qəbir yeri əvvəlcədən onun adına rezervasiya edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəsinin verilməsinə görə Ərizəçi tərəfindən 100 manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1938-ci ildə Lənkəran şəhərində anadan olmuş X8 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi ərinin ölümü haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1938-ci ildə Lənkəran şəhərində anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Müki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1938-ci ildə Lənkəran şəhərində anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar